В«HEYDƏR BABA SAĞ OLSAYDI...В»
Tarix: 16-12-2011, 12:52 | Çap et
TOQQUŞMA ZAMANI BALIQÇILAR YARALANIB
Dekabrın 15-də axşam saatlarında Lənkəran rayonunun Nərimanabad-2 kəndində sərhədçilərlə sakinlər arasında insident baş verib. Onlarla insan etiraz aksiyası keçirib.
Sərhədçilər yerli sakinləri balıq ovuna buraxmadıqları üçün tərəflər arasında qarşıdurma olub.
Bununla bağlı Daxili İşlər Nazirliyi dekabrın 16-da məlumat yayıb. Məlumatda deyilir ki, bir qrup sakin dəniz sərhədlərini pozaraq qanunsuz balıq ovlayıb. Bu zaman onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb:
В«Həmin şəxslərin yaxınları, təxminən 150 nəfər kənd sakini sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər.
Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Amma onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblərВ».
Nazirliyin məlumatında bu da deyilir ki, ictimai qaydanı pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılsa da, 6-sı saxlanıb. Fakt üzrə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
NƏRİMANABADDA YARALANANLAR VAR
Nərimanabad sakinləri AzadlıqRadiosuna deyirlər ki, onlar 9 nəfər həmkəndlilərinin buraxılması üçün sərhəd zastavasının qarşısına yığışıblar. Az sonra kəndə Daxili Qoşunların əsgərləri və hərbi texnika yeridilib. Kənd sakinləri müxbirimizə gecə atılan rezin güllələrin qalıqlarını göstəriblər.
Yaralananlar da var. Dəqiq say deyilmir. Yenə də kənd sakinlərinin dediklərinə görə, bir nəfərin halı daha ağırdır. O, Rahil Vəliyevdir. Üstündən PDM keçib. İndi o, Lənkəranda В«Böyük XəstəxanaВ» kimi tanınan müalicə müəssisəsinə yerləşdirilib.
В«QARDAŞIMI HƏYƏTİMDƏ VURUBLARВ»
В«Onu bəlkə də Bakıya apardılar. Bir nəfər də yaralanıb. Ramiz Xankişiyev, qardaşımdır. Onu öz həyətimdə vurublar. Ona atılan güllə də əlimdədir. Gecənin bir yarısı öz xalqına belə basqın olar? Belə deyirdilər ki, biz sizi Xocalıdan betər edəcəyikВ».
Bunu kənd sakini İsrail Xankişiyev deyir.
В«Bu, prezidentə qarşı təxribatdır. Camaatı veriblər gülləbarana. Elə adam var evinin içində yaralayıblar. Gözyaşardıcı qazdan istifadə ediblər. 70 yaşında ananın ürəyi getdiВ».
В«QAYIQLARI BATIRDILARВ»
İsrail Xankişiyev deyir ki, Nərimanabad sakinlərinin yeganə dolanışıq yeri dənizdir. Amma onlara da balıq ovlamağa imkan vermirlər. Dünən dənizə çıxan balıqçıları da buna görə saxlayıblar:
В«Balıqçılar dənizə gedirlər çörəkpulu qazanmaq üçün. Dənizçilərin qayıqlarını tutub batırıblar, sındırıblar. Dünəndən əsir-yesir olmuşuq. 9 nəfər tutublar. Camaat da xahiş elədi ki, uşaqları buraxın. Bir də gördük ki, Daxili Qoşunlar kəndə daxil olduВ».
İsrail Xankişiyev deyir ki, saxlananlar arasında eləsi var yeməkxanadan çıxıb evinə gedirmiş:
В«Elə adam var yolda tutublar, qohum evinə getdiyi yerdə. Eləsi də var yeməkxanadan çıxanda, içkili halda tutublar. Ağlı başında olmayan adamı aparıblar ki, guya dövlət əleyhinə çıxıb...В».
В«HEYDƏR BABA SAĞ OLSAYDI...В»
Nərimanabad sakini Tamilla Ağayeva həyəcandan çox danışa bilmir:
В«Balalarımızı öldürürlər. Dünən bizim kəndimizi gülləbaran etdilər. 20 yanvar 15 dekabrla əvəz olunubВ».
Dilarə Eyvazova isə bunları söyləyir:
В«Qəhrəman anayam, 20 uşağım var. Sabah müharibə olsa, birinci mənim uşaqlarım gedəcək. Bizim uşaqlarımızı tuturlar. Əlimizdə avtomatdan tökülən güllələr var. Uşaqlarımızı dəryada toka verib tutdular. 71 yaşım var, müharibədə belə şey görmədim. Uşaqlarımız xəstəxanadadırlar. Heydər baba sağ olsaydı, bizə zülm etməzdilərВ».
Kənd sakinləri deyirlər ki, həbs olunanlar buraxılmasalar, Bakıya gələcəklər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Bu gün, 18:19 |
|
|
|
| • Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Bu gün, 18:18 |
|
|
|
| • Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Bu gün, 17:58 |
|
|
|
| • Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
| • Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:44 |
|
|
|
| • Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Bu gün, 17:39 |
|
|
|
| • TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Bu gün, 17:37 |
|
|
|
| • Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Bu gün, 17:31 |
|
|
|
| • Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Bu gün, 17:27 |
|
|
|
| • Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Bu gün, 17:19 |
|
|
|
| • Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:12 |
|
|
|
| • Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Bu gün, 17:11 |
|
|
|
| • “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Bu gün, 17:07 |
|
|
|
| • Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Bu gün, 17:01 |
|
|
|
| • London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Bu gün, 16:48 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Bu gün, 16:44 |
|
|
|
| • Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Bu gün, 16:36 |
|
|
|
| • Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Bu gün, 16:33 |
|
|
|
| • 10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Bu gün, 16:30 |
|
|
|
| • Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Bu gün, 16:28 |
|
|
|
| • Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Bu gün, 16:27 |
|
|
|
| • Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:17 |
|
|
|
| • Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Bu gün, 16:15 |
|
|
|
| • Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Bu gün, 16:10 |
|
|
|
| • Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Bu gün, 16:06 |
|
|
|
| • Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Bu gün, 15:56 |
|
|
|
| • "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Bu gün, 15:54 |
|
|
|
| • Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Bu gün, 15:48 |
|
|
|
| • Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:39 |
|
|
|
| • “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:28 |
|
|
|
| • “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Bu gün, 15:22 |
|
|
|
| • “İndi meydanı veriblər Manafa” - Xalq artisti
Bu gün, 15:21 |
|
|
|
| • Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Bu gün, 15:10 |
|
|
|
| • Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:08 |
|
|
|
| • “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Bu gün, 14:50 |
|
|
|
| • Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 14:47 |
|
|
|
| • “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Bu gün, 14:34 |
|
|
|
| • Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Bu gün, 14:28 |
|
|
|
| • Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Bu gün, 14:27 |
|
|
|
| • Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Bu gün, 14:24 |
|
|
|
| • "Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22 |
|
|
|
| • Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17 |
|
|
|
| • “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09 |
|
|
|
| • Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05 |
|
|
|
| • Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02 |
|
|
|
| • Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54 |
|
|
|
| • "Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52 |
|
|
|
| • Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47 |
|
|
|
| • Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43 |
|
|
|
|