İCRA BAŞÇISININ QURDUĞU RÜŞVƏT MEXANİZMİ
Tarix: 4-06-2013, 11:58 | Çap et
ABŞERON RAYON İCRA HAKİMİYYƏTİNDƏ BAŞ VERƏN ŞOK OLAYLAR DİA.AZ-DA
DİA.AZ: - Abşeron rayonu Masazır kəndi Hüseyn Arif küçəsi 52 saylı evdə yaşayan Alıyeva İlahə Qədir qızı DİA.AZ-a şikayət ərizəsin ilə müraciət edib. Redaksiyamıza daxil olan müraciətdə deyilir:
“1998-ci ildə ailə qurmağımla əlaqədar oxuduğum Xətai rayonundakı 194 saylı orta məktəbin 9-cu sinifindəki təhsilimi yarımçıq qoymalı oldum. Sonradan 2011-ci ildə natamam orta təhsil haqqında şəhadətnamə məktəb tərəfindən mənə verilmədiyindən, mən bu barədə millət vəkili Qənirə Paşayevaya həmin sənədin verilməsi, eləcə də ailə vəziyyətimlə əlaqədar mənim yaşayış sahəsi və işlə təmin edilməyim barədə müraciət etdim. Müraciətim əsasında Qənirə xanım Paşayeva tərəfindən mənim qeyd etdiyim problemlərimin həll edilməsi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fəracova həvalə edildi.
Bundan sonra 2012-ci ildə Abşeron Rayon İcra Hakimiyyətindən mənə zəng edən Hafiz müəllim məni icra hakimiyyətinə çağıtdıraraq bildirdi ki, problemlərimin həll edilməsi barədə millət vəkili Qənirə Paşayevanın məktubunu almışlar və icra başçısı bu problemlərin həllini ona tapşırmışdır. O, mənə kömək edəcəyinə söz verdi. Bundan iki gün sonra mənə yenə Abşeron Rayon İcra Hakimiyyətindən zəng olundu. Zəng edən şəxs özünü Eldəniz müəllim kimi təqdim edərək, işimin ona həvalə olunduğunu bildirərək, Abşeron Rayon İcra Hakimiyyətinə gəlməyimi xahiş etdi. Mən icra hakimiyyətinə gəlib onunla görüşərkən o, bildirdi ki, icra başçısının tapşırığı ilə mənə şəhadətnamə, attestat, o cümlədən diplom və Abşeron rayonundakı məktəblərin birində əmək müəlliməsi vəzifəsi ilə təmin olunmağım tapşırılmışdır. Mən onun bu sözlərindən sonra mənim savadımın olmamasını əsas gətirərək işləyən bilməyəcəyimi bildirəndə o, dedi ki, «sən əvvəlcə mədəniyyət evində kursa göndəriləcəksən». Bundan iki gün sonra o, zəng edərək özümlə 3×4 ölçüdə şəkil, kənd icra nümayəndəliyindən yaşayış yeri üzrə arayış, şəxsiyyət vəsiqəmin və doğum şəhadətnaməmin surətlərini gətirməyi xahiş etdi. Ertəsi gün mən həmin sənədləri ona verdim.
Təxminən üç gün sonra o, yenidən mənə zəng edərək dedi ki, işlərim düzəçlib, lakin bir balaca problem yarandığından yenə icra hakimiyyətinə bu barədə danışmaq üçün \gəlməyi təklif etdi. Həmin gün mən icra hakimiyyətinə gələrək onunla görüşdüm. O, bildirdi ki, başqa adam olsaydı, bu işlərin görülməsinə 15000 manat xərci çıxacaqdı. Lakin məni Qənirə xanım tapşırdığından mənim 1000-1200 manat arası xərcim çıxacağını bildirdi. Lakin mən ona imkanım olmadığını bildirdim. O isə dedi: fikirləş, mənə bir məlumat ver. Təxminən iki ay sonra, yəni 2012-ci ilin yanvar ayında mən 500 manat taparaq aparıb şəxsən Eldənizə verdim. Qalan pulu isə düzəldib ona verəcəyimi bildirdim. Səhəri gün isə o, zəng edərək dedi ki, mən 1000 manatda verməliyəm. Fevral və mart 2012-ci ildə mən iki dəfəyə (500, 500) ona 1000 manat pul verdim. O, bildirdi ki, yayda mənim diplomumu verəcək. Sentyabr 2012-ci ildən isə mən Masazır kəndindəki 1 saylı məktəbdə işlə təmin olunacağam.
2012-ci ilin mart ayında ona pulu verərkən o, bildirdi ki, Zakir Fərəcov Masazırdakı göldə, eləcə də icra hakimiyyətinin qabağında və Xırdalan qəsəbəsindəki texnikumun qabağında əlillər üçün ev tikdirir. Əlavə etdi ki, onun qohumlarından biri ayağından əlil olduğu üçün icra başçısı tərəfindən həmin evlərdən birində 3-cü mərtəbədə 2 otaqlı mənzil vermişdir. Lakin o, həmin evi istəməyib, həyət evi istədiyinə görə icra başçısı tapşırıb ki, ona verilən evi mənə versinlər. Belə ki, qohumuna həyət evi tikilib veriləcəkdir. Lakin Eldəniz dedi ki, qardaşımla danışıb 22000 manat pul versəm, bu məsələ həll olunar. Mən 9000 manat düzəldib Eldənizə verdikdən sonra bildirdim ki, qardaşım 2-3 aya qalan pulu da verəcək. Səhəri o zəng edərək 1000 manatda gətirməyi təklif edərək, qalan pulu isə sonra verəcəyimə razı oldu. Bu məqsədlə o, kirayədə yaşadığım evə özü gələrək anamın yanında məndən 1100 manat aldı.
Təxminən iki ay sonra qardaşım 20000 manat gətirdiyindən mən həmin pulu ona vermək istədikdə o, dedi ki, onun əlil qohumunun evinə 24000 manat xərci çıxdığından artıq 20000 deyil, ona 22000 manat verməliyəm. Səhəri gün gəlib o, məndən annam Verdiyeva Solmazın və uşaqlarımın yanında 22000 manat aldı və bildirdi ki, 2012-ci ilin sentyabr ayının axırı və ya oktyabrın əvvəli tam təmirli evimə köçəcəyəm.
2012-ci ilin iyun ayında Eldəniz müəllimə zəng edib diplomum barədə soruşduqda o, dedi ki, diplom hazırdır, amma işləyəcəyim məktəbə verəcəkdir. Belə olan halda mən ona dedim ki, qonşum uşağını texnikuma qoymaq istəyir və məndən xahiş edir ki, diplomumu ona göstərim yoxladacaq. Əgər həqiqi olsa da, o da uşağını texnikuma qoyacaq. Mən bu sözləri onu yoxlamaq məqsədilə dedim.
Belə olan halda o iki saat sonra diplomu gətirərək dedi ki, qonşuna göstər, axşam gəlib təsdiq etdirmək üçün Təhsil Nazirliyinə aparacağam.
Belə ki, dostu orada işləyir və diplomu ona dostu gizlin vermişdir. Mən onun bu sözlərini mobil telefonuma yazdım. Həmin gün o, axşam gələrək diplomu apardı və dedik ki, kim istəsə ona diplom düzəldə bilərəm.
2012-ci ilin təxminən avqust ayında o, diplomumu mənə təqdim edib bildirdi ki, 2013-cü ilin yanvar ayından işə çıxacağam.
Avqust 2012-ci ildə o, kirayədə qaldığım evə gələrək bildirdi ki, Prezidentin göstərişinə əsasən əlillərin evlərinə dəyəri 15000 manat məbləğində olan mebel və məişət avadanlıqları verilmişdir. Təklif etdi ki, həmin avadanlıqlara görə ona 4000 manat versəm, mebel dəsti əlil qohumundan alıb mənə verəcəyi mənzildə qalacaq. 2013-cü ilin fevral ayında mən ona bu məqsədlə 4000 manat verdim. Həmin puldan o, mənə 250 manat qaytararaq, bunu uşaqlarıma pay olaraq verdiyini bildirdi.
Lakin bu söhbətdən bir neçə müddət keçdikdən sonra o, hər dəfə bir bəhanə ilə verdiyi sözü yerinə yetirmədi. Sonuncu dəfə isə fevral 2013-cü ildə o, dedi ki, 10 mart 2013-cü ilədək o, ya evi verəcək, ya da ki, məndən aldığı 27750 manat pulu qaytaracaq. Belə ki, o, aprel ayının 15-də yüksək vəzifəyə gedir. Ona görə də buna qədər bu məsələni həll edəcək.\
01.04.2013-cü il tarixdə mən televizor vasitəsilə gördüm ki, Prezident İlham Əliyev Abşeronda qaçqınlara evlərin təqdim edilməsində iştirak edir. Mən Eldəniz müəllimə zəng edərək bu haqda ona bildirib niyə mənə evin verilmədiyini dedim.
\O, dedi ki, bu xəbər qəflətən 30.04.2013-cü il tarixdə başçıya gəldiyindən əlillərin evinin açılışını etməyə imkan tapa bilməmişik. Dedi ki, qarşıdan Abşeronun 50 illiyi gəlir və bu münasibətlə prezident yenidən Abşerona gələndə əlillərin evi paylanacaq.
01.04.2013-cü ildəmənim ondan pulunu qaytarmasını tələb etdiyimi görüb, o, bizə gələrək bildirdi ki, «mən bilmirəm, sənin evin nə vaxt veriləcək. Belə olan təqdirdə biz ona dedi ki, pulumuzu qaytar. O, dedi ki, mən pulu icra başçısı Zakir Fərəcova vermişəm, ondan pulu ala bilmərəm. Ona görə də nə pulu verəcək, nə də ki, evi. Hətta mənə onu da dedi ki, «hara şikayət edirsən et, sənə heç kim inanmayacaq».
Belə ki, Milli Məclisin sədri Oqtay Əsədov Zakir Fərəcovun xalası oğludur. Zakirin qardaşı isə deputatdır, Onlar ona himayədarlıq edirlər. Ona görə də mənə dedi ki, «sənə heç kim inanmaz ki, icra başçısı sənin pulunu alıb. Belə olan təqdirdə mən onun səsi yazılmış diski ona təqdim etdim. Həmin disakdə onun mənə dedikləri sözlər yazılmışdı. Mən ona dedim ki, əgər mənim pulumu qaytarmasan, həmin diskin digərini hüquq-mühafizə orqanlarına göndərəcəyəm. O, diski götürüb \getdi.
Bundan iki saat sonra o, mənə zən\g edərək hədə-qorxu gəldi ki, Zakir müəllim səni Azərbaycanda yaşamağa qoymayacaq, uşaqlarını öldürtdürəcək, səni isə tutduracaq. Guya o, pulu Zakir Fərəcova verdiyimdən o da onu müdafiə edəcək. O, bundan sonra dəfələrlə mənə zəng edib hədələməyə başladı.
02.04.2013-cü il tarixdə mən Abşeron Rayon Polis İdarəsinə gedib, bu barədə yazılı məlumat verdim.
Orada iş Rəfail müəllimə verildi. O, məndən diski və Eldənizin verdiyi diplomu aldı. Sonradan isə iş müstəntiq Ayaz Kazımova verildi. O, isə dedi ki, Eldəniz diskdə olan səsini və diplomu təşkil etməsini boynuna almır. Ona görə də o, həmin diski ekspertiziya göndərəcəyini bildirdi. Hətta müstəntiq onu da əlavə etdi ki, diplomun verildiyi Göyçay Dövlət İdarəetmə və Texnolo\giya Kollecinə sorğu göndərilmiş, oradan isə bildirilmişdir ki, diplom qeydiyyatdan keçməmiş və saxtadır. Həmçinin onu da əlavə etdi ki, guya Eldəniz demişdir ki, diplomu mənə Vəli adlı şəxs düzəltmişdir. Bu barədə müstəntiq tərəfindən həmin şəxs barəsində sorğu göndərilmiş və müəyyən edilmişdir ki, həmin şəxs vəfat edilmişdir.
Həmin vaxtdan bu günədək müstəntiq tərəfindən heç bir iş aparılmır və mənə istintaqın gedişatı barədə məlumat verilmir. Diskdəki səsin, diplomdakı xəttin və möhürün həqiqiliyini yoxlamaq üçün müstəntiq tərəfidəen ekspertiza təyin ediləcəyi bildirsə də, bu günədək o, bu prosessual hərəkətləri etməmişdir. Sonuncu dəfə isə müstəntiq bildirmişdir ki, iş Abşeron Rayon Prokurorluğundadır. Lakin prokurorluğun işçisi Aynur xanım bildirmişdir ki, onlara iş gəlməyib və iş müstəntiq Ayaz Kazımovun özündədir. Qeyd edim ki, mənim Milli Məclisə etdiyim şikayətdən sonra məni oradan İbrahim müəllim 08.04.2013-cü il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yanına göndərmiş və icra başçısı göstəriş vermişdir ki, bu məsələ araşdırılaraq mənə dəymiş ziyan bir həftəyə ödənilsin. Lakin həmin ziyan mənə ödənilmədi. Mən yenidən 15.04,2013-cü il tarixdə icra başçısının yanına gəlib qəıbulda gözləyərkən, müstəntiq icra hakimiyyətinə gələrək məni Abşeron rayon Polis İdarəsinin rəisi Namiq müəllimin yanına apardı. Namiq müəllim isə üstümə hirslənərək «niyə qapılarda sülənirsən» deyib, məni təhqir etdi. Həmçinin rəis onu da dedi ki, «Eldəniz boynuna almır, işin baxılma qaydası var, get otur yerində, sənə məlumat veriləcək».
25.04.2013-cü il tarixdə mənim Ombudsman Elmira Süleymanovaya və digər dövlət orqanlarına etdiyim müraciətlər Abşeron Rayon İcra Hakimiyyətinə göndərildiyindən mən icra başçısı ilə əlaqə saxlamaq istədikdə polis məni icra hakimiyyətinə buraxmadı».
Alıyeva hesab edir ki, Abşeron Rayon İcra Hakimiyyətində işləyən Eldəniz mənim kimi digər vətəndaşların da etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə məşğuldur. Bu işdə ona havadarlıq edənlər var. Bu hal isə icra hakimiyyətində korrupsiya hallarının baş verdiyindən xəbər verir. Ona görə də bu vaxta qədər Eldənizin məsuliyyətə alınmaması, digərlərinin də məsuliyyətdən kənarda qalmasına gətirib çıxarmışdır. Buna isə marağı olan şəxslər var. Çünki Eldəniz məsuliyyətlə cəlb edilərsə, onda zəncirvari olaraq digərləri də ifşa olunacaq. Ona görə də müstəntiq işi tam obyektiv aparmaq iqtidarında deyil.
Onun fikrincə, iş materialı Abşeron Rayon Polis İdarəsindən alınaraq Respublika Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
|