Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                 

KEÇMİŞ İCRA BAŞÇISINDAN NARAZILIQ EDƏN VAR
Tarix: 1-06-2013, 11:23 | Çap et
KEÇMİŞ İCRA BAŞÇISINDAN NARAZILIQ EDƏN VAR
LAÇIN SAKİNİ HƏLƏ DƏ HAQQINI BƏRPA EDƏ BİLMİR: SƏSİNİ EŞİDƏN YOXDUR

DİA.AZ: - Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün Baxışov Müqabil Baxış oğlu redaksiyamıza göndərdiyi məktubda korrupsiya hüquqpozmaları ilə bağlı şikayətçi olduğundan təqibə və cəzaya məruz qaldığını yazır. Vətəndaşın infom.az-a göndərdiyi məktubu olduğu kimi təqdim edərkən xatırladırıq ki, müraciətdə yer alan faktların doğruluğu tərəfimizdən nə təsdiq, nə də inkar olunur.

Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovun qanunsuz əməllərindən cana doyan məcburi köçkünlər, Ağcabədi rayonunun “Taxta körpü” ərazisində salınmış 552 evlik qəsəbənin paylanışı zamanı əyintilərdən sonra sərt addımlar atmağa məcbur oldu. 2012-ci ilin martın 7-də bir qrup rayon sakini əllərində ulu öndərimiz H. Əliyevin portretləri olmaqla Qarakeçdi obasından başlayaraq Ağcabədi -Zərdab magistral yolu istiqamətində dinc aksiya keçirməyə cəhd etdilər. Köçkünlər bu yolla rayonda baş alıb gedən korrupsiya əməllərinə etirazlarını bildirmək istəyirdilər. Lakin polis aksiyanın genişlənməsinə imkan vermədi.

Həmin vaxtlar mən rayon təhsil şöbəsində metodist vəzifəsində çalışırdım. Dəfələrlə R. Cəbrayılovun qəbulunda olub, rayonda baş verənlərə öz kəskin etirazımı bildirmişdim. Buna görə R. Cəbrayılov şübhələnirdi ki, aksiyanın təşkilatçısi mən və səhiyyə şöbəsinin müdir müavini Z. Əhmədovdur. Doğrusu aksiyanın keçirilməsində mənim heç bir rolum olmayıb. Lakin R. Cəbrayılov milliyyətcə kürd olduğumu əldə bayraq edərək, məndən qisas almaq məqsədilə sosial şəbəkələrdə belə bir dezinformasiya yaydırdı ki, guya PKK-nın Suriya və İraqda olan liderlərindən Laçın qış yataqlarına gələn olub, burada olan kürd əsilli sakinlərlə görüşüblər və mən də həmin görüşdə iştirak etmişəm.

Mən teleqram və ərizələrlə DİN-ə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik nazirliyinə müraciət etdim ki, məsələ araşdırılsın. Əgər həqiqətən PKK-çılarla görüş olubsa və həmin görüşdə mənim hər hansı iştirakım varsa, barəmdə cinayət işi açılsın, yox, barəmdə yalan məlumat yayılıbsa, onda bu məlumatı yayanlar cəzalandırılsınlar. Çox təssüf ki, bu orqanlar müraciətlərimə cavab vermədilər.
Məcburiyyət qarşısında qalıb Z. Əhmədovla 19 mart 2012-ci il tarixdə “Gündəlik Bakı” qəzetinin redaksiyasına getdik. Əlimdə olan təkzibolunmaz korrupsiya faktlarını, “Taxta körpü”də satılmış evlərin siyahısını və rayon xeyriyyə fondundan oğurlanmış pulların rəsmi cədvəllərinin surətini redaksiyaya təqdim etdim. Bu faktlar adıçəkilən qəzetdə dərc olunandan sonra mənə qarşı təzyiqlər getdikcə gücləndi. Dəfələrlə Rayon Təhsil Şöbəsinin müdiri M. Vəliyev mənə bildirdi ki, ya R.Cəbrayılovla barış, ya da işdən azad olunmağın barədə ərizəni yaz. Bir neçə dəfə səbəbini göstərməklə işdən azad olunmağım barədə ərizə yazsam da, şöbə müdiri qəbul etmədi.
24 mart 2012-ci il tarixdə səhhətimlə bağlı tutduğum vəzifədən azad olunmağım üçün ərizəmi M. Vəliyevə təqdim etdim. Müraciətim iştirakımla təhsil işçilərinin həmkarlar təşkilatında müzakirə olunarkən mən bildirdim ki, səhhətimdə heç bir problem yoxdur, lakin icra başçısı məni təhdid edir, ölümlə hədələyir, buna görə də iş yerimə gəlməyimə qorxuram. Təəssüf ki, icra başçısının diqtəsiylə işləyən bu orqan işdən azad olunmağıma razılıq verdi. Yuxarı orqanlara müraciət etsəm də, sanki mən bu ölkənin vətəndaşı deyiləm kimi əhəmiyyət verilmirdi. Həyatım olduqca təhlükə altında idi, hətta yaxınlarım da başıma gətiriləcəklərdən ehtiyatlanırdı.

04 iyun 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdim. Rayonumuzda baş verənlərlə bağlı kü3tləvi informasiya vasitələrinin əməkdaşlarına ətraflı məlumat verməklə yanaşı, Baş Prokurorluğa, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlilərinə, beynəlxalq hüquq müdafiəsi təşkilatlarına müraciət edərək həyatımın təhlükədə olduğunu, yaxın 15-20 gündə şərlənərək həbs olunacağımı bildirdim. 14 gün sonra- 18 iyun 2012-ci il tarixdə həbs olundum. R.Cəbrayilovun yaxın dostu, Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun götərişi ilə üzümə adam dirədib, məndən “xuliqan” düzəltdilər. Doğrusu, mən həbs olunandan sonra dövlətə və hökumətə olan inamım sarsıldı. 4 ay 16 gün Gəncə 2 saylı istintaq təcridxanasında saxlandıqdan sonra Ağcabədi rayon məhkəməsinin qərarı ilə 3 il şərti cəza alıb, buraxıldım.

Ağcabədi rayon polis və prokurorluq orqanlarında, xüsusən Ağcabədi rayon məhkəməsində olan ədalətsizliklə barışa bilmirdim. Biləndə ki, atamın, mənim və qardaşlarımın əmlakı bahasına azadlığa buraxılmışam, bunu sinirə bilmədim və atam Baxışov Baxışdan rüşvət qismində alınmış pulların geri qaytarılmasını tələb etdim. Bu vaxt həm Ramiz Cəbrayılovun, həm də Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadovun hədələrinə məruz qaldım. Başıma gətirilənləri mətbuat orqanları ilə bölüşdüyüm üçün DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mənsurzadə DİN adından təkzib etməklə yanaşı, unvanıma təhqiramiz ifadələr işlədib. Bundan sonra yenidən təqibə məruz qalmışam.

Əlimdə R. Cəbrayılovun korrupsiya əməllərini ört-basdır olunması üçün sifarişlə həbs olunduğumu, Ağcabədi RPŞ-də və Ağcabədi rayon məhkəməsində ciddi qanun pozuntularına yol verildiyini sübut edəcək təkzibolunmaz faktlar var. Lakin onları araşdırmaqda maraqlı olan bir orqan yoxdur. Pozulan hüquqlarımın bərpası üçün bilmirəm bundan sonra hara, kimə müraciət edim.

Baxışov Müqabil Baxış oğlu,
Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru