YAQUB EYYUBOVUN NAZİRLƏ PUL DAVASI
Tarix: 27-05-2013, 09:32 | Çap et
BAŞ NAZİRİN MÜAVİNİ HANSI MƏMURLARLA DÖYÜŞÜR?Baş nazirin birinci müavini Yaqub Eyyubovdan ciddi narazılıq var. Buna səbəb vitse-premyerin bəzi iri məmurlarla açıq konflikt aparmasıdır.
Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, Yaqub Eyyubovun hazırda tutduğu vəzifə ona bir çox üstünlüklər verir: В«Söhbət xüsusilə baş nazirin birinci müavininin ayrı-ayrı nazirliklərə və dövlət qurumlarına ayrılacaq büdcə vəsaitləri üzərində təsir imkanlarının geniş olmasından gedir. Məsələn, hansısa nazirin müxtəlif ehtiyaclar üçün büdcə vəsaiti əldə etməsi lazımdır, amma bundan ötrü ilk növbədə Yaqub Eyyubovun razılığı tələb olunur. Vitse-premyer isə bu razılıq üçün bəzi özünəməxsus kriteriyaların həyata keçirilməsini mühüm sayır. Bunlardan biri həmin nazirin və ya digər yüksək çinli məmurun baş nazirin birinci müavininin şərtlərini yerinə yetirməsidir. Söhbət ayrılacaq vəsaitin bir hissəsinin əvvəlcədən Eyyubovun ixtiyarına verilməsindən gedir”. Məlumatı verən mənbə digər önəmli xüsusların da üzərində dayanıb. Məsələn, hansısa nazirliyə və qeyri mühüm dövlət qurumuna büdcədən hər hansı ehtiyaclar naminə vəsait ayrılarkən həmin qurumun rəhbərinin iqtidar içində Yaqub Eyyubova mənfi münasibəti ilə seçilməyən qrupda yer alması vacib şərtdir: В«Ümumiyyətlə isə baş nazir müavininin haqqında danışdığımız xüsusiyyətləri zaman-zaman müəyyən konfliktlərin baş verməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, nazirliklərdən bəzi zəruri ehtiyaclar naminə dövlət vəsaitinin ayrılması üçün müraciət etsə də, son anda məsələyə baş nazirin birinci müavini Yaqub Eyyubov müdaxilə edib və həmin nazirliyin tələbi geri çevrilib. Buna səbəbsə adı bizə məlum olsa da, açıqlamaq istəmədiyimiz o nazirlik rəhbərinin baş nazir müavini ilə ayrılacaq vəsaitlə bağlı ənənəvi sövdələşməyə razılıq verməməsidir”. Məlumatı verən mənbə bildirib ki, Yaqub Eyyubova yaxın şəxslər baş nazirin birinci müavininin himayəsinə sığınaraq bir çox müəmmalı işlərə imza atıblar: В«Ən əsası isə odur ki, vitse-premyerin ətrafındakı şəxslərdə nədənsə belə bir əminlik hökm sürür ki, vitse-premyer qarşıdakı prezident seçkilərindən sonra böyük ehtimalla baş nazir postuna sahiblənəcək. Bu da onun himayəsindəki biznes adamlarına özlərini daha rahat hiss edərək qarşılarındakı iş adamlarını asanlıqla sıradan çıxarmaq və bazarda güclənmək imkanı verir”. Məlumatlarda həmçinin bildirilir ki, Yaqub Eyyubova iqtidar daxilində kifayət qədər ciddi şəkildə mənfi münasibət hakimdir: В«Vitse-premyeri bir çox köklü iri məmurlar qəbul etmirlər, imtiyazca, təsir imkanları etibarı ilə daha zəif məmurlar isə baş nazirin birinci müavininin onlarla hökmran kimi rəftarından narazıdırlar. Hər iki halda Yaqub Eyyubova qarşı hökumət kulislərində əsasən mənfi münasibətin hökm sürməsi onun hazırki baş nazir Artur Rəsizadənin varisi olacağına dair inamları kəskin şəkildə azaldır”. Bu arada Yaqub Eyyubovun özünə yaxınlığı ilə seçilən məmurlarla bağlı ciddi şübhələr yaşadığı və onlara etibar etmədiyi yönündə də bilgilər var. Həmin məlumatlarda iddia olunur ki, vitse-premyer В«Azərenerji” prezidenti Etibar Pirverdiyevin ona arxa çevirməsindən sonra özünə yaxın olan məmurlara etimadını itirib: В«Məsələ burasındadır ki, Sumqayıt Texnologiyalar Zavodu yaradılarkən orada Yaqub Eyyubovun da payı olub. Bu zavod "Azərenerji" prezidenti Etibar Pirverdiyevə məxsus "Azinko" şirkəti tərəfindən açılıb. Həmin vaxt Pirverdiyev Baş nazirin birinci müavini tərəfindən himayə edildiyindən zavoda pay sahiblərindən biri də elə Yaqub Eyyubov olub. Amma sonradan Etibar Pirverdiyevin hakimiyyət içində himayədarı dəyişib. Pirverdiyevlə baş nazirin birinci müavininin münasibətləri zədələndi, bundan sonra "Azərenerji" və onun rəhbəri prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun nəzarətinə keçdi. Bu nüans Yaqub Eyyubovu o qədər qəzəbləndirib ki, o hələ də В«Azərenerji” prezidentini bağışlamır, eyni zamanda öz himayəsindəki bəzi məmurların da Pirverdiyevin yolu ilə gedərək, ona xəyanət edəcəyindən çəkinir”. Mənbənin sözlərinə görə, bütün bunlar baş nazirin birinci müavininin hökumət rəhbəri postuna gətirilmə ehtimallarının üstündən xətt çəkir: В«Hər bir halda açıq görünür ki, Eyyubov haqqında yaranan mənfi ictimai rəy, hökumət daxilində çeşidli dairələrlə arasındakı ixtilaflar, adının bir çox qalmaqallarda keçməsi onun Artur Rəsizadəni əvəzləmək ehtimalını sfıra endirir. Bu isə faktiki olaraq В«mayanın batması” deməkdir, çünki Eyyubovun uzun müddətdən bəridir yeganə hədəfi baş nazir postuna əyləşməkdir”. Qeyd edək ki, yuxarıda səslənən fikirlərlə bağlı yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə və çap etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04 |
|
|
|
| • Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01 |
|
|
|
| • Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59 |
|
|
|
| • Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36 |
|
|
|
| • Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33 |
|
|
|
| • “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22 |
|
|
|
| • “İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19 |
|
|
|
| • Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13 |
|
|
|
| • Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10 |
|
|
|
| • Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56 |
|
|
|
| • İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50 |
|
|
|
| • Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45 |
|
|
|
| • Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40 |
|
|
|
| • Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35 |
|
|
|
| • Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48 |
|
|
|
| • Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Dünən, 15:45 |
|
|
|
| • "...nə qədər desən də xeyri yoxdur"
Dünən, 15:26 |
|
|
|
| • "Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 15:14 |
|
|
|
| • “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Dünən, 15:10 |
|
|
|
| • Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Dünən, 15:07 |
|
|
|
| • Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Dünən, 15:05 |
|
|
|
| • Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Dünən, 15:03 |
|
|
|
| • Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Dünən, 14:59 |
|
|
|
| • Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Dünən, 14:58 |
|
|
|
| • Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Dünən, 14:26 |
|
|
|
| • Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Dünən, 14:20 |
|
|
|
| • Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Dünən, 14:14 |
|
|
|
| • Abbas Lisani saxlanıldı – 4 milli fəal Evin həbsxanası qarşısında həbs olundu
Dünən, 14:07 |
|
|
|
| • Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı - TƏFƏRRÜAT
Dünən, 14:00 |
|
|
|
| • Putin və Tramp arasında telefon danışığı tez bir zamanda ola bilər - Kreml
Dünən, 13:57 |
|
|
|
| • Dövlət Baxçalı KİMƏ İŞARƏ ETDİ? - AKTUAL
Dünən, 13:04 |
|
|
|
| • Paşinyan seçkiyə “müharibəmi, sülhmü?” şüarı ilə qatılacaq - ONA GÖRƏ DƏ...
Dünən, 13:00 |
|
|
|
| • Ramiz Mehdiyev komandası iki əsas üzvünün Rusiya biznesi – Büdcədən oğurlanan 100 milyonlar hakimiyyətə qayıdışın təminatı imiş
Dünən, 12:56 |
|
|
|
| • Simonyan Aİ səfirləri ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Dünən, 12:54 |
|
|
|
| • Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
Dünən, 12:18 |
|
|
|
| • TRAMPIN AMERİKASI... - bizə sərf edir...
Dünən, 12:14 |
|
|
|
| • "İsrail və İran arasında yeni müharibə yalnız zaman məsələsidir" - "The New York Times"
Dünən, 12:07 |
|
|
|
| • Qusar bazarında yumurta QITLIĞI – “Kənd yumurtası” adı ilə alıclar necə aldadılır?
Dünən, 12:01 |
|
|
|
| • Əcnəbilər Şuşada nə qədər pul xərcləyiblər? – Ölkələr üzrə tam siyahı
Dünən, 11:54 |
|
|
|
| • “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək” – DETALLAR
Dünən, 11:53 |
|
|
|
| • Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində – 7 il əvvəl…
Dünən, 11:47 |
|
|
|
| • Elçin Ağamalı: Fəzail müəllimə bu mesajları çatdırmışam - Məhkəməyə verəcəyik
Dünən, 11:44 |
|
|
|
| • Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Dünən, 11:39 |
|
|
|
| • Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Dünən, 11:31 |
|
|
|
| • Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Dünən, 11:26 |
|
|
|
| • “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Dünən, 11:17 |
|
|
|
| • Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Dünən, 11:15 |
|
|
|
| • Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Dünən, 11:12 |
|
|
|
| • Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Dünən, 11:10 |
|
|
|
| • “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Dünən, 11:06 |
|
|
|
|