"PETERBURQ DÖRDLÜYÜ" HAQDA DƏHŞƏTLİ FAKTLAR
Tarix: 17-05-2013, 09:35 | Çap et
İLHAM ƏLİYEV HANSI ÇEVRƏNİN ADAMI İDİ: PİTERDƏ AZƏRBAYCAN MAFİYASI
DİA.AZ: - “Əslən Masallıdan olan, quldur təfəkkürlü Maşqür (Məşhur) Qasımov 90-cı illərin axırı 2000-ci ilin əvvələrində İsmayıl Rəhimov ilə birlikdə Azərbaycan etnik cinayət qruplaşmalarına rəhbərlik edirdilər”. Bu sözlər Rusiyada dərc olunan bir məqalədə yer alıb. DİA.AZ olaraq bildiririk ki, Sankt Peterburqda “qarpız kralı” kimi tanınan İlya (İlham) Əliyevin həbsindən sonra rus KİV-ləribdə davamlı olaraq azərbaycanlı iş adamları və kriminalları ilə bağlı faktlar yer almaqdadır. Biz də bu istiqamətdə apardığımız araşdırmalar nəticəsində ortaya ilginc məqamları çıxardıq.
Qeyd edək ki, İsmayıl Rəhimov öldürüləndən sonra (maşınında partlatdırılmışdır) onun bütün irsinə, malı-mülkünə Maşqür (Məşhur) Qasımov sahib çıxdı, o cümlədən qeyri-leqal çaxır istehsalı ilə məşğul olan “Vilaş” çaxır sexinə də.
Bu yaxınlarda adı gedən sexdə qanunsuz çaxırların hazırlanması faktı da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilmişdir. Hal-hazırda faktla bağlı araşdırmalar aparılır. (http://www.fontanka.ru/2013/03/13/232/)
Həmin məqalələrdə deyilir ki, əslən Gürcüstandan olan, “Azərros”un Sankt-Peterburq filialının rəhbəri Vaqif Məmişov 90-cı illərdə Sankt-Peterburqda kabab satırdı. O, M.Qasımovla İ.Rəhimovun əlaltısı idi, onlar tərəfindən alçaldılır və hər cür təhqirlərə məruz qalırdı.
İsmayıl Rəhimovun ölümündən sonra M.Qasımovla V.Məmişov birləşərək, Sankt-Peterburqda uğurlu azərbaycanlı biznesmenləri məhv etməyə başladılar. Şəhərdə özlərindən başqa uğurlu, qabaqçıl biznesmen görmək istəmirdilər. M.Qasımov “Azerros”da V.Məmişovun birinci müavini oldu.
“Azərros”u diaspor adı ilə əllərində tutaraq, alət kimi istifadə edirdilər.
2008-ci ildə şəhərdə heç bir güclü azərbaycanlı biznesmeni gəbul etməyərək, Vaqif Məmişov uğurlu biznesmen İlham Əliyevlə (hazırda həbs olunan –red.) qarşı-qarşıya durdu. Lakin sonradan İlham Əliyevlə Məmişov arasında olan problem bağlandı.
Yuxarıda qeyd etdiyimiz kimi V.Məmişov və M.Qasımov şəhərdə İtaliya mafiyasına bənzər bir tandem yaratdılar. Bu tandem vaxt getdikcə adı çəkilən İlham Əliyev də daxil oldu. Bununla da bir neçə gün əvvəl barəsində danışdığımız məşhur “Peterburq dördlüyü” formalaşmış oldu.
Onlar bir çox azərbaycanlıların bizneslərində problemlər yaradır, “payok” yığmaq üçün hər bir yola əl atırdılar.
Məsələn, Sankt-Peterburqda polis vəzifəsində çalışan azərbaycanlı, əslən Naxçıvandan olan Azər Əliyevə V.Məmişov təklif etmişdir ki, A.Əliyev dövlət adamı olaraq, “payok” vermək istəməyən azərbaycanlılara qarşı və ümümiyyətlə qabaqçıl azərbaycanlı biznesmenləri məhv etmək üçün V.Məmişova köməklik göstərsin. Azər Əliyev təklifi qətiyyən rədd edərək, Məmişovun bilavasitə vasitəçiliyi ilə 6 ay həbsxanada saxlanıldı. Yalnız A.Əliyev özünə bəraət qazandıqdan sonra azadlığa buraxılır, günahı olmadığı sübüt edilir.
V.Məmişovla M.Qasımovun növbəti nişanı milliyətcə azərbaycanlı, Rusiya Federasiyası subyekt səviyyəsində yeganə deputat Səyyad Əliyev oldu. Onlar Səyyad Əliyevi hədələyir, onunla bağlı müvafiq orqanlara çoxsaylı anonim məktublar yazdırır, təsir göstərməyə cəhd edirdilər. Səyyad Əliyev öz hesabına Leningrad vilayətində kilsə tikir və kilsənin açılışına Vladimir Putin gəlir. V.Məmişov açılış mərasiminə gələrək, tədbirə sahib çıxmağa cəhd edir, yalnız S.Əliyev buna əngəl olur. Rusiya Federal Mühafizə Xidməti Məmişovu tədbirə buraxmır. Orda Məmişov deyir ki, artiq S.Əliyev onun düşmənidir və S.Əliyevi məhv edəcək.
Bundan başqa Məmişov bir neçə dəfə Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialını ələ keçirməyə cəhdlər edib, yalnız istəyinə nail olmayıb.
Qeyd etmək lazımdır ki, son 3 ildə qohumluq əlaqələri vasitəsi ilə Məmişov – Qasımov tandemi daha da sıx birləşib. M.Qasımovun oğlu evlənib Məmişovun bacısı qızına, Qasımovun ikinci oğlu isə yuxarıda adı çəkilən İlham Əliyevin qızını alıb. Bu amil İlhamın Məmişov-Qasımov tandeminə qoşulmasının əsas səbəblərdən biridir. Onu da bildirək ki, rus mətbuatında yer alan bu faktları DİA.AZ-a açıqlamasında Məmişov şəxsən təkzib etdi və elə danışdı ki, sanki hətta İlham Əliyevlə şəxsi tanışlığı belə yoxdur.
Şəhərdə digər azərbaycanlı biznesmen, “Şuşa” restoranının sahibi Əli Salmanov da bu qruplaşmanın üzvlərinə daxil olur. Əli Salmanovun bir oğlu V.Məmişovun bacısı qızını, o biri oğlu isə İlham Əliyevin ikinci qızını alır. Və bununla da məşhur “Peterburq dördlüyü” tamamlanır.
“Şuşa” restoranı isə çevrilir “razborka”məkanına. Ə.Salmanovun müavini Nizami Hüseynov quldur və bandit üslubları ilə Həbibovlar adlı bir ailəyə qarşı cinayyətlər törədirdir, o cümlədən başqa başqa azərbaycanlı kiçik sahibkarlara da qarşı. Bu fakt da hal-hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, cinayət işləri açılıb.
Belə ki, qohumluq nəticəsində İlham Əliyev mafiyaya bənzər və V.Məmişov tərəfindən idarə olunan bir qruplaşmaya düşür. İ.Əliyev onların bandit üslublarını özünə nümunə götürərək ayrı-ayrı azərbaycanlıların bizneslərini əllərindən alır.
Lakin qruplaşmanın öz sıralarında da liderlik uğrunda mübarizə gedir. Belə ki bir tərəfdə M.Qasımovla İlham Əliyev, digər tərəfdə isə V.Məmişov,onun qardaşları və Əli Salmanov bir güvvə kimi çıxırlar.
İlham Əliyev M.Qasımov ilə birgə azərbaycanlılara məxsus balaca mağazaları, restoran, kafeləri və küçə alverini ələ keçirillər. Bildirək ki, Sankt-Peterburqda fəaliyyət göstərən Sofiyskaya adlı meyvə-tərəvəz bazası şəmkirlilərə məxsusdur. İ.Əliyevlə M.Qasımovu həmin bazanı ələ keçirməyə cəhd etsələr də, lakin bu plan baş tutmur.
Başqa bir nümünə: V.Məmişov, M.Qasımov və İ.Əliyevin müəllifliyi nəticəsində Məhərrəm Behbudova məxsus “M-industriya” adlı böyük şirkət müflis olur. Hər halda bu şirkət sırf Azərbaycan kapitalı idi və bu şirkətdə çalışan soydaşlarımız Azərbaycandakı yaxınlarına da qazanclarından pay göndərirdilər.
Digər bir azərbaycanlı biznesmen İslam Sadıqova məxsus “Usadba”restoranı M.Qasımov və İ.Əliyev tərəfindən ələ keçirildi. Əvvəlcə restoranın yerləşdiyi torpaq sahəsinin sazişi V.Məmişovun dövlət orqanları ilə danışıqları nəticəsində İ.Sadıxovla uzadılmır, sonra da həmən torpaq sahəsi İlham Əliyevə məxsus şirkətin adına yazılır. Bu azmışkən İslam Sadıqovun həyat yoldaşının maşını yandırılır, ailə üzvləri isə hədələrə məruz qalırlar. Bu səbəbdən də İslam Sadixov ailəsi ilə bir müddət Azərbaycana gedəsi oldu ki, özünün və yaxınlarının həyatını qorusun. Bu torpaq sahəsi ilə bağlı indiyə kimi mübarizə gedir. Bununla bağlı Rusiya KİV-də müvafiq məqalə dərc olunub http://www.fontanka.ru/2012/12/07/090/
Hal-hazırda İlham Əliyevin adı biznesmen Leonid Kolesnikovu sifariş etməkdə hallanır. (Həmən Kolesnikov İslam Sadıxovun tərəfində idir, onu müdafiə edirdi) İ.Əliyev tərəfindən sifariş olunan killer Kolesnikovu öldürə bilmir və işin üstü açılır.
Yuxarıda yazılan faktlar onu göstərir ki, İlham Əliyev M.Qasımov-V.Məmişov mafioz tandeminin təsirinə düşərək, onların qurbanı oldu.
Hal-hazırda həm V.Məmişov, həm M.Qasımov İ.Əliyevi azadlığa buraxılması üçün cəhdlər göstərirlər ki, onların birgə törətdiyi işlər üzə çıxmasın. Məsələn, onların birgə törətdiyi işlərdən biri Telman Məmişovla (V.Məmişovun həmsoyadıdır, qohumu deyil) bağlıdır. Telman Məmişova məxsus “Lider” Ticarət Mərkəzinin qruplaşma tərəfindən ələ keçirtmək cəhdləri baş tutmadır.
Belə ki, bu mafioz qruplaşma ayrı-ayrı azərbaycan biznesmenlərə problemlər yaradır, reketliklə məşğul olur, “payok”larını almadığı təqdirdə hər bir yola əl ataraq, azərbaycanlıların bizneslərini əllərindən alırlar. Eyni zamanda azərbaycanlı polisləri hədələyir, onlar etiraz etdiyi təqdirdə isə çoxsaylı anonim məktublar göndərirlər.
Deyilənlərə görə, İlham Əliyev isə V.Məmişov və M.Qasımovdan fərqlənirdi, ona görə də çoxları baş verən hadisəyə inanmırlar. Onun qurban olduğunu deyirlər. Güman etmək olar ki, İ.Əliyevin həbs olunmasında V.Məmişovun əli var ki, M.Qasimov-İ.Əliyev cütlüyünü zəiflətsin.
Qeyd etmək lazımdır ki, Vaqif Məmişov “oliqarx” mifini ətrafında özü yaradıb. Sözün həqiqi mənasında ona biznesmen demək olmaz.
Araşdırmalarımızdan aydın olur ki, Məmişovun gəliri bir neçə qeyri leqal yollarla qazanılıb:
1. Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukov 15 il əvvəl Sankt-Peterburqda Vergilər üzrə komitədə, sonar da bütün Rusiya üzrə Vergilər naziri işlədiyi müddət Vaqif Məmişov onunla dostluq münasibətləri qurmuşdur. Vaqif Məmişov ayrı-ayrı dövlət strukturlarından Serduyukovun dinməz razılığı ilə əlavə dəyər vergisini oğurlayaraq pul qazanırdı.
2. Bəzi Rusiya məmurlarını korrupsiya yönəldib, onların əli ilə azərbaycanlılara problemlər yaradır, özü yaratdığı problemlərin həlli üçün onlardan külli miqdarda pul yiğırdı. Bunun nəticəsində müvafiq dairələrdə Məmişov “reşalşik” kimi tanınır.
Bu işlərdə ona Adil Mahmudov (carı ilin martında qətlə yetirilən) (http://www.fontanka.ru/2013/03/05/165/ ; http://www.kp.ru/daily/26041/2956069/ ) kömək edirdi. Adil Mahmudovun öldürülməsində Məmişovun əlinin olduğu barədə fikirlər söylənilir. A.Mahmudovun aradan götürülməsi V.Məmişovun qaranlıq işlərinin izlərini itirməkdən ibarətdir.
Məmişov “reşalşik”olaraq 5 il Moskvada işlədi, yəni azərbaycanlılara problemlər yaradıb – pul qazandı. Həmçinin ordakı nüfuzlu azərbaycanlı oliqarxların sıralarına da daxil olmağı cəhd etdi. Yalnız onlar Məmişovun hansı “yuvanın quşu” olduğunu tez başa düşdülər.
Məmişovun indiyə kimi heç bir ciddi lahiyənin həyata keçirilməməsi, heç bir obyektin tikilməməsi onun şəxsiyyətinə şübhəylə yanaşmağa yol verir. Sual yaranır ki, əgər bu insan qəzet səhifələrində yazılan kimi 15 milyarda sahibdirsə, niyə “Forbes”in “milyarderlər siyahısında” adına rast gəlinməyib. Heç olmasa milyonçu kimi? Deməli, nəticə çıxarmaq olar ki, Məmişov yalnız Azərbaycan diasporunun adından sui-istifadə edən, xalqına düşmən kəsilən dolandırıcıdır. Bunu sübuta yetirən kifayət qədər faktlar var.
Milli marağa gəldikdə isə, Məmişovun Sankt-Peterburqda Sovet vaxtı Farfor qəbirsanlığı yerləşən sahədə Əyləncə mərkəzinin tikilməsi cəhdi bütün Sankt-Peterburq azərbaycanlılarına yerli əhali tərəfdən nifrət oyatdı. Yerli sakinlər biznes layihədə olan problemi milli zəmində görürlər. Artiq 8 aydır ki bütün Sankt-Peterburq KİV-i bu məsələni diqqətdə saxlayırlar. Radikallar, millətçilər azərbaycanlıları hədələyir, “Gedin Azırbaycanda qəbirsanlıqda Əyləncə mərkəzləri tikin”, “Allahsız millət” kimi şüarlarla çıxışlar edirlər. Vaqif Məmişovun ambisiyalı və yalnız pul qazanmaq məqsədinə cavab verən planları nəin ki, Peterburqda yaşayan azərbaycanlıları təhlükə altına goyur, hətta Azərbaycan xalqına ümumilikdə olaraq ləkə gətirir. http://www.novayagazeta.spb.ru/2013/16/7 http://www.cogita.ru/a.n.-alekseev/andrei-alekseev-1/g-n-vagif-mamishev-i-ego-posobniki-apofeoz-besstydstva
Məmişovun qohumlarına gəldikdə isə, necə deyərlər alma alma ağacından uzaq düşməyib. Onun qardaşı uşaqları ermənilərlə birlikdə dələduzluq, xuliqanlıq edir, hətta müdafiəsiz qızlara hücüm edib, cinayət törədirlər. http://spb.kp.ru/online/news/927335
Hər halda bu faktlar artıq Piterdəki mənzərədən müəyyən bilgilərin əxz olunması üçün yetərlidir. Araşdırmalaırımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Bu gün, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Bu gün, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Bu gün, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Bu gün, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Bu gün, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Bu gün, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Bu gün, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Bu gün, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Bu gün, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Bu gün, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00 |
|
|
|
• Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58 |
|
|
|
• Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01 |
|
|
|
• MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57 |
|
|
|
• Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50 |
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07 |
|
|
|
|