В«AKKORDВ»DA KÜRD FƏHLƏLƏR
Tarix: 10-12-2011, 12:22 | Çap et
TİKİNTİ ŞİRKƏTİNƏ QARŞI ŞOK İDDİALAR
DİA.AZ: - В«AkkordВ» Şirkətlər Qrupu ilə bağlı mətbuatda müntəzəm məlumatlar dərc olunur. Bu şirkətin şübhəli şəkildə qazandığı tenderlərdən, bu tenderlərin icrası zamanı mənimsənilən milyonlarla vəsaitdən tutmuş işçi heyətinə qədər bir çox mətləblərə toxunulur. В«AkkordВ» ölkənin ən iri tikinti şirkəti olduğundan onun fəaliyyəti istər-istəməz ictimai maraq kəsb edir. Amma şirkətin mətbuatın hədəfinə çıxmasının ən başlıca səbəbi tam başqadır.
İndi isə redaksiyamıza adıçəkilən şirkətlə bağlı yeni məlumatlar daxil olub. Xeyli müddətdir ki, В«Mingəçevir MaşınqayırmaВ» ASC-nin bir hissəsi В«AkkordВ» şirkətinin nəzarətinə keçib. Şirkət ilk günlər yerli əhalini yüksək məvaciblə şirnikləndirib işə dəvət etməyə başladı.
Son günlərədək mingəçevirlilərin çalışdığı müəssisəyə iyunun 1-dən etibarən türk fəhlələr cəlb olunub. Rəhbərlik ənənəvi olaraq В«ixtisarВ» adı altında onlarla yerli işçini müəssisədən kənarlaşdırıb.
Mingəçevirdəki mənbəmizin sözlərinə görə əslində zavoda cəlb olunan işçilər türklər yox, kürd kökənli Türkiyə vətəndaşlarıdır: В«Bu adamların yerli fəhlələrdən hansı kriteriyaya görə fərqləndiyi məlum deyil. Bəlli olan odur ki, rəhbərlik tərəfindən bizə В«gedin gözləyin, ehtiyac olsa 10-15 günə özümüz çağıracağıqВ», tapşırığı verilib. Halbuki müdiriyyətin bu addımı heç cür anlaşılan deyil. Gah dedilər təchizat zəifdir, gah da başqa bəhanə gətirdilər. Görəsən, kiçik əyalət şəhərində işsizliyin tüğyan elədiyi bir zamanda birdən-birə müəssisəyə bu qədər əcnəbini cəlb etməkdə əsl məqsəd nədir?В»
Maraqlıdır ki, minlərlə insanın qazanc yeri olduğu ilə öyünən, işçilərini onlar üçün ən dəyərli sərvətlərdən biri adlandıran şirkət rəhbərliyi nədənsə onlarla fəhləyə heç bir izahat vermədən qapını göstərməsinin səbəbini açıqlamır. Onu da bildirək ki, В«AkkordВ» Qazax rayonunda sement zavodu inşa etməyi planlaşdırır. Həmin işçilər də Mingəçevirə bu məqsədlə gətirilib. Yeri gəlmişkən, Mingəçevirdə işsizliyin bir nömrəli problem olaraq qalmasına rəğmən bu, əcnəbilərin şəhərə ilk belə axını deyil.
Məlumat üçün bildirək ki, 2008-ci ilin əvvəllərində də şəhərə xeyli sayda çinli fəhlə cəlb olunmuşdu. Əsasən arxitektura abidəsi hesab olunan binaların üzərini suvayıb rəngləməklə məşğul olan həmin çinlilər bir müddət sonra şəhəri tərk etdilər. Bundan başqa, В«KürВ» Olimpiya İdman Tədris Mərkəzinin tikintisinə də xeyli sayda Serbiya vətəndaşı cəlb olunmuşdu. Sonradan həmin serblərin ölkəmizə aldadılaraq ucuz işçi qüvvəsi kimi qeyri-leqal yolla gətirildiyi ortaya çıxdı. Çinlilərdən fərqli olaraq pasportları əllərindən alınan həmin insanlar uzun müddət Mingəçevir şəhərində az qala səfil həyat tərzi keçirdilər.
Ümumiyyətlə, bu son zamanlar Mingəçevirlə bağlı ilk belə hal deyil. Belə ki, 2008-ci ildə Azərbaycan İES-də uzun illər çalışmış işçilər müxtəlif adlarla keçmiş Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsinə, hazırda В«İnterenerjiВ» MMC adı altında fəaliyyət göstərən quruma keçirilmişdi. 2009-cu ilin may ayının sonlarından başlayaraq stansiyanın yaxınlığında Daş emalı zavodunun tikintisiylə əlaqədar sonuncunun əksər işçiləri bu dəfə В«AZİNKOВ» ASC-yə keçirildilər.
Mingəçevirdən əldə etdiyimiz məlumata görə, “Akkord”un bu şəhərə yığdığı kürd fəhlələr Türkiyədən qovulmuş PKK simpatizanlarıdır. Mənbəmiz dedi ki, bu şirkət indiyədək Azərbaycana xeyli PKK-çı gətirib: В«Türkiyə dövlətinin təqiblərindən qaçan terrorçuları Azərbaycanda gizli əllər himayə edir. Və müxtəlif şirkətlərdə işə düzəldir. Belə şirkətlərdən ən başda gələni В«AkkordВ»durВ». Deyilənlərlə bağlı В«AkkordВ» ŞQ-nun rəhbərliyinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Buna baxmayaraq şirkətin mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14 |
|
|
|
• 5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09 |
|
|
|
• Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58 |
|
|
|
• Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56 |
|
|
|
• Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48 |
|
|
|
• 102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41 |
|
|
|
• “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40 |
|
|
|
• “Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37 |
|
|
|
• "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27 |
|
|
|
• Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25 |
|
|
|
• Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21 |
|
|
|
• Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14 |
|
|
|
• `Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57 |
|
|
|
• Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47 |
|
|
|
• DİN araşdırma başlatdı
Bu gün, 08:41 |
|
|
|
• Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32 |
|
|
|
• “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30 |
|
|
|
• Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29 |
|
|
|
• Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25 |
|
|
|
• Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12 |
|
|
|
• “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10 |
|
|
|
• " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07 |
|
|
|
• Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56 |
|
|
|
• İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46 |
|
|
|
• Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41 |
|
|
|
• "Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34 |
|
|
|
• Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29 |
|
|
|
• Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27 |
|
|
|
• Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25 |
|
|
|
• "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21 |
|
|
|
• Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16 |
|
|
|
• Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11 |
|
|
|
• Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• “Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58 |
|
|
|
• Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56 |
|
|
|
• Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53 |
|
|
|
• İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48 |
|
|
|
• Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45 |
|
|
|
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42 |
|
|
|
• "Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38 |
|
|
|
• İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35 |
|
|
|
• SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31 |
|
|
|
• Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27 |
|
|
|
• Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03 |
|
|
|
• Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54 |
|
|
|
• Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51 |
|
|
|
• Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13 |
|
|
|
• İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11 |
|
|
|
|