Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                     "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" .....                     Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər .....                     Bakıda taxta bazarında güclü yanğın .....                     Bu gün onların şəhadətə ucalmasından 5 il ötür .....                     Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                 

KTN ŞEFİNİN ANALOQU OLMAYAN ÖZƏLLƏŞDİRMƏ İŞİ
Tarix: 9-05-2013, 10:40 | Çap et
KTN ŞEFİNİN ANALOQU OLMAYAN ÖZƏLLƏŞDİRMƏ İŞİ
DEPUTATIN QARDAŞININ DA ADININ KEÇDİYİ İLGİNC KREDİT MAXİNASİYALARI

DİA.AZ: “Bir Kredit İttifaqının Sədri kimi özümə borc bilib aşağıda qeyd edəcəyim məlumatları ictimaiyyətin və lazımi qurumların nəzərinə çatdırmaq istərdim”. Bu sözlər DİA.AZ-a göndərilən və kənd təsərrüfatı naziri İsmət Abbasova qarşı çox ciddi ittihamların da yer aldığı məlumatda qeyd olunub. Məlumatı verən mənbə anonimliyini qoruyaraq daha sonra aşağıdakıları ifadə edib:

“Artıq üç ildir ki, İsmət Abasovun kadrı olan “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (İKA) Baş Direktoru Arif Əliyev İsmət Abasovun göstərişi ilə Kredit İttifaqlarından rüşvət yığaraq, eyni zamanda Dövlətin zəmanəti ilə Dünya Bankı tərəfindən ölkəyə ayrılan 18,8 milyon ABŞ dolları məbləğində vəsaiti də talamaqda davam edir. Paradoks ondan ibarətdir ki, adı çəkilən Bank Olmayan Kredit Təşkilatı - İKA məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyi (AKİA) olmuşdur.

Layihə çərçivəsində kəndlli fermerlər və kiçik sahibkarlar Kredit İttifaqları (Kİ) vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə edərək öz güzəranlarını yaxşılaşdırmalı idilər. Onu da qeyd etmək istərdim ki, bu vəsaitin ölkəmizə gətirilməsi və İKA vasitəsilə Kİ-lərə paylanılması müvafiq Hökumət qurumu və Dünya Bankı tərəfindən İKA-nın təsisçisinin tam olaraq İctimai Birlik, yəni AKİA-nın olması təqdirində razılaşdırılmışdır. Yəni İKA-da 18,8 milyon ABŞ dolları vəsaitinin dövriyyəsindən əldə olunan mənfəət heç bir fiziki şəxsin marağı olmadan ilin sonu nizamnamə kapitalına əlavə olunmalı və Layihə bitdikdən sonra Dövlət Büdcəsinə ötürülməli idi.

Belə ki, müxtəlif korrupsiya dolu yollarla təşkilatın pullarını mənimsəyən İsmət Abbasova bütün bunlar az etdiyi üçün yeni özəlləşdirmə metodunu da icad edib və bu metodun həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Direktor müavini Famil Rüstəmova tapşırdı.

O, mütəmadi olaraq Kredit İttifaqlarının sədrlərini öz otağında toplayaraq onları bu strategiyanı həyata keçirməyə məcbur edir və əks halda onları kreditdən məhrum etməklə hədələyirdi. İKA-nın qeyri-adi özəlləşdirmə strategiyası ondan ibarətdir ki, İsmət Abbasov AKİA-nın nizamnamə kapitalındakı payını azaldaraq Arif Əliyev başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi AR-nın Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçirtməyə nail olmuşdur.

Absurd odur ki, kredit ittifaqları Assosiyanın üzvü olmalarına baxmayaraq, Kİ Sədrlərindən pul yığmaqla onları ikitərəfli təsisçi etmələri heç bir məntiqə sığmır. Həmçinin Dövlət Layihəsini icra edən və kapitalı dövlət vəsaitindən ibarət olan təşkilatın naməlum fiziki şəxslər tərəfindən özəlləşdirilməsi də bir daha Dünya Bankının vəsaitinin mənimsənilməsi analoqu olmayan rüşvət mexanizmidir. Dövlətə çatası olan mənfəət müxtəlif təsisçilərin adıyla özəlləşdirilərək Hökumət Evinin 7-ci mərtəbəsindəki İsmət Abasovun kabinetinə çanta ilə çatdırılır.

Eyni zamanda, onu da xatırlatmaq istərdim ki, bu Layihənin müddəti artıq iki ildir ki, tamamlanıb, lakin “məlum səbəbdən” layihə 7 il müddətinə vəsaitin yığılması adı ilə uzadılıb. Bunun həyata keçirilməsində İsmət Abbasova yardım edən şəxs Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş Baş Direktoru və hal-hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışan Razim Vəliyevdir.

Bu gün də bu əməllərə onun göz yumması və tədbir görməməsinin səbəbi artıq bəllidir. Onu da qeyd etmək istərdim ki, Razim Vəliyev millət vəkili Əhməd Vəliyevin doğma qardaşıdır və uzun illər ərzində Arif Əliyevlə Dövlət Agentliyində həmkar olublar. Arif Əliyev Dövlət Agentliyində mühasib vəzifəsində işləyən zaman “təcrübəli” maxinasiyaları ilə məşhur olmuşdur və 10 manatlıq kompüter fləşkartlarını 200 manatdan 1000 ədəd silinməsini çox rahat həyata keçirərək Famil Rüstəmov və Razim Vəliyevin rəhbərlikləri ilə dövlət vəsaitini mənimsəyirdilər. Buradan da məlum olur ki, Dünya Bankının vəsaitinin kreditləşməsi prosesində yaranmış gecikmələri ört-basdır etmək üçün İsmət Abbasov öz adamını, yəni Razim Vəliyevi Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsinə təyin olunmasına nail olmuşdur.

İsmət Abbasovun kadrı olan Arif Əliyev İKA-nı məhz İsmət Abasova qulluq etmək üçün özəlləşdirərək Kredit İttifaqları və İKA-nı talamaqda davam edir.

Hələ 1999-cu ildə Kredit İttifaqları ulu öndər mərhum Prezidentimiz Heydər Əliyevin qərarı və dəstəyi ilə yaradılmışdırlar və onların əsas məqsədi dünyanın bütün ölkələrindəki kimi beynəlxalq prinsiplərə əsaslanaraq yoxsul təbəqənin həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Lakin İsmət Abbasovun bu kimi açıq-aydın cinayətlə Dünya Bankı tərəfindən ayrılan vəsaitin “özəlləşdirməsi”ni sabotaj – yəni xalqın hökumətə qarşı çıxması kimi adlandırmaq olar. Bu da ölkəmizin imicini beynəlxalq səviyyədə gözdən salır, kredit ittifaqlarını müflis edir.

Yoxsul təbəqəyə çatası pulları İsmət Abbasov Londonda və İstanbulda mülklər almaq üçün sərf edir. Bir Kredit İttifaqının rəhbəri kimi öz sözümü dediyim üçün mənim üzvlərimi kreditdən məhrum ediblər və hətta Agentliyin qapısına da buraxmırlar. İsmət Abbasovun Kənd Təsərrüfatını bərbad vəziyyətə çatdırması dəfələrlə sizin nəşriyyat tərəfindən qələmə alınıb və istər istəməz belə bir sual yaranır: “Görəsə,n bu təxribatçı və onun köməkçiləri nə vaxta qədər öz əməllərini davam edəcəklər və bizim kimi işgüzar kənd sakinlərini bir parça çörək qazanmaq üçün ölkədən didərgin salacaqlar? Həmçinin bütün yazıları çəfəngiyat adlandıran İsmət Abbasov İKA-nın mənfəətini ələ keçirməsinə nə cavab verəcək?””...

Adları çəkilən bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Dünən, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Dünən, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Dünən, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
12-07-2025, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
12-07-2025, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
12-07-2025, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
12-07-2025, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
12-07-2025, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
12-07-2025, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
12-07-2025, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
12-07-2025, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
12-07-2025, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
12-07-2025, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
12-07-2025, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
12-07-2025, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
12-07-2025, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
12-07-2025, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
12-07-2025, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
12-07-2025, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
12-07-2025, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
12-07-2025, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
12-07-2025, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
12-07-2025, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
12-07-2025, 05:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru