İsmayıllının icra başçısı kimləri MTN adından hədələyib? - İlginc iddialar
Tarix: 10-11-2015, 08:54 |
Çap et
DİA.AZ: - İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun adı da keçmiş MTN şefi Eldar Mahmudovun şübhəli dostları sırasında hallanmaqdadır. Xatırladaq ki, bu xəbərlər ilk olaraq dövriyyəyə biraxılandan sonra məsələyə başçının da reaksiyası oldu. Belə ki, İsmayıllı RİH-dən DİA.AZ-a bir mövqe göndərildi və qeyd olunurdu ki, Mirdamət Sadıqovun Eldar Mahmudovla bğlı iddia olunan münasibətləri həqiqət deyilmiş.
Amma son olaraq redaksiyamıza yeni daxil olan informasiyada isə vurğulanır ki, Eldar Mahmudovla Mirdamət Sadıqovun əlaqələri o qədər səmimi olub ki, hətta zamanında İsmayıllının hörmətli icra başçısı rəqiblərini Eldar Mahmudovun adından hədələməyə qədər gedib çıxıb.
Bildirək ki, bununla bağlı diaaz.space-a geniş material daxil olub. Bəzi dəqiqləşmənin ardından Mirdamət müəllimi Eldar Mahmudovla səmimi edən səbəblər və bu səmimiyyətin təzahürləri barədə faktları təqdim edəcəyik.
Bizi isləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...