Tehran Universitetində imtahanlar təxirə salındı .....                     İran ballistik raketlərin sayını 8 minə çatdıracaq .....                     Azərbaycanda prokuror müavini vəfat etdi .....                     Azərbaycanın bu rayonları təhlükədə .....                     İsrail–İran toqquşması: Hansı tərəf üstündür? .....                     Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı .....                     Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR .....                     "Bu hərəkətə dözə bilmirəm" .....                     "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" .....                     İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür .....                     ABŞ-dən İrandaklı amerikalılara müraciət .....                     Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz .....                     İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib .....                     "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" .....                     Azərbaycanın sülhə nail olmaq istəyini görürük .....                     İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır .....                     İran İsrailə qarşı kütləvi hücum planlaşdırır .....                     Netanyahunun oğlunun toyu təxirə salındı .....                     İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir .....                     Bu gün Bakının 550 küçəsi yuyulub .....                     İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: .....                     Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? .....                     İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib .....                     Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini .....                     İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib .....                     İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib .....                     Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var .....                     İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı .....                     AZAL-ın bir sıra reysləri ləğv edilib .....                     “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir .....                     Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır .....                     İran nüvə obyektində zərəri etiraf etdi .....                     Maliyyə Nazirliyində yeni təyinat olub .....                     İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası .....                     "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” .....                     “Nur” çörəyin içindən polietilen paket çıxdı .....                     Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq .....                     “Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi .....                     SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək .....                 

Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı - Yediyarovun durumu fənalaşa bilər
Tarix: 17-07-2015, 10:00 | Çap et
Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı
Məlum olduğu kimi bu gün Gədəbəy rayonunda indiyədək görünməmiş həddə çatdırılmış məmur özbaşınalıqları mövzusu artıq uzun müddətdir ki, mütəmadi olaraq ictimai müzakirəyə çıxardığımız mövzulardan biridir. Çoxsaylı materiallarımızda biz dəfələrlə qeyd etmişik ki, Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin bu gün sayı-hesabı yoxdur. İcra başçısının yol verdiyi özbaşınalıqlar ucbatından rayonun təhsil, səhiyyə, mədəniyyət kimi sahələri tənəzzülə uğramış, iqtisadiyyat çökdürülmüş, yerli əhali isə sözün əsil mənasında səfalət içərisində yaşamağa məhkum edilmişdir.Həmçinin dəfələrlə qeyd olunduğu kimi, Ramiz Yediyarovun yol verdiyi ən böyük özbaşınalıqlardan biri də yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların məhz bu zəmində xüsusilə haqsızlıqlara və təqiblərə məruz qoyması ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, ölkə prezidenti cənab İlham Əliyev hər zaman bu məsələyə münasibət bildirərək vurğulayıb ki, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artması, təkmil hüquqi bazanın formalaşması, dövlət proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır. Dövlət başçısının qeyd etdiyi kimi, konkret fəaliyyət proqramları əsasında həyata keçirilən layihə və islahatlar düşünülmüş siyasətə və konkret proqramlara əsaslanır: “...Ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur. Çünki dövlətimiz nə qədər güclü olsa insanlar özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər. Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz”.Lakin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin bu xüsusda birbaşa göstərişlərinin tam ziddinə olan addımlar belə atır. Bu iddianın arxasında onlarca gədəbəyli iş adamının, yerli sahibkarların sənədli-sübutlu ərizələri, müraciətləri durub. Obyekti uçurulanlar, torpağı əlindən alınanlar, rüşvət vermədiyinə görə təqib edilənlər... Gədəbəydə xalqın məruz qoyulmadığı hansı haqsızlıq qaldı ki? Amma gədəbəylilər bütün bu haqsızlıqlarla yenə də barışmırlar. Elə qəzetimizin səhifələrində mütəmadi dərc olunan materiallarda da Gədəbəy rayon, şəhər və kənd sakinlərinin müxtəlif vaxtlarda icra başçısına qarşı irəli sürdükləri ağır ittihamlar onların haqsızlığa qarşı bu mübarizələrinin əsas göstəricisidir. Eyni zamanda da qeyd etməliyik ki, Ramiz Yediyarovun törətdiyi qanunsuzluqlardan daha çox ziyan çəkmiş gədəbəyli iş adamlarından biri də məhz Plankənd kənd sakini Əliyev Oktay İbrahim oğlu olmuşdur. İlk dəfə 2014-cü ilin yayında redaksiyamıza müraciət edən Oktay Əliyev bildirmişdi ki, o, təxminən iki il əvvəl rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında (meşə fonduna aid olan) xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı: “Ölkə rəhbərliyinin sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua da aldım. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm, kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar...”Qeyd edək ki, həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin qeyd edildiyi kimi, ötən ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gələrək, heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə külli-miqdarda maddi və mənəvi ziyan dəyir...Elə o vaxtdan da Oktay Əliyev öz hüquqları uğrunda mübarizəyə başlayır. Təbii ki, bu mübarizə yalnız hüquqi müstəvidə, ölkə qanunları çərçivəsində aparıla bilərdi. Buna görə də Oktay Əliyev ilkin olaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı. Məhkəmə irəli sürülən iddianı nəzərdən keçirərək ədalətli qərar vermidi. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin sahibkar Oktay Əliyevin xeyrinə 66.626 (altımış altı min altı yüz iyirmi altı) manat məbləğində cərimə olunması nəzərdə tutulmuşdur. Lakin bundan sonra Ramiz Yediyarovun da komandası müəyyən addımlar atmış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. Təəssüfflər olsun ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında işin araşdırılmasında müəyyən kobud nöqsanlara yol verilmiş və nəticədə qeyri-obyektiv qərar qəbul edilmişdir. Kollegiyanın 14 aprel 2015-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlbəttə ki, Azərbaycan vətəndaşının dövlətçiliyimizə, ölkə qanunlarının aliliyinə inamı bir səhv məhkəmə qərarı ilə sarsıla bilməz. Elə Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının verdiyi qərardaddan kassasiya şikayəti verməyə hazırlaşarkən də, Oktay Əliyev ölkəmizin məhkəmə-hüquq sisteminin obyektivliyinə və ədalətinə qətiyyən şübhə etmirdi: “Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar qəbul edildi. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb. Hüquq sistemi islahatları nəticəsində ölkəmizdə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırılıb. Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı imzaladıqdan sonra isə, ölkəmizdə məhkəmə islahatları keyfiyyətcə yeni mərhələyə keçdi. Bütün bunları nəzərə alaraq, mən son nəticədə ədalətin qalib gələcəyinə və hüquqlarımın bərpa olunacağına zərrə qədər də olsa şübhə etmirdim”.Belə də oldu. Bəlkə də bütün gədəbəylilərin səbirsizliklə gözlədikləri gün nəhayət ki, gəlib çıxdı. Həmin gün bütün rayon sakinləri üçün əsil “həqiqət anı” oldu. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Oktay Əliyevin kassasiya şikayəti əsasında işə baxmışdır. Kollegiyanın 18 iyun 2015-ci il tarixli, 2-1 (102)-755/2015 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli qərardadı ləğv edilmişdir.Ədalətin bu zəfəri Azərbaycanda mövcud məhkəmə sisteminin həqiqətən də müstəqil və obyektiv olduğunu növbəti dəfə isbatlamış oldu. Bəzi harınlamış məmurlar isə vətəndaşlarımızın hüquqlarının onların ambisiyalarından qat-qat üstün durduğuna dair daha bir açıq mesaj almış oldular.
\\bizimdovr.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran Universitetində imtahanlar təxirə salındı
Bu gün, 10:16
İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Bu gün, 09:50
Azərbaycanda prokuror müavini vəfat etdi
Bu gün, 09:48
Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Bu gün, 09:46
İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Bu gün, 09:42
Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Bu gün, 07:04
Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:03
"Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Bu gün, 06:45
"İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Bu gün, 06:39
İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Bu gün, 06:37
ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Bu gün, 06:34
Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Bu gün, 06:29
İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Bu gün, 06:20
"Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Bu gün, 00:56
Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
Dünən, 23:21
İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
Dünən, 23:15
İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
Dünən, 23:13
Netanyahunun oğlunun toyu təxirə salındı
Dünən, 18:04
İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Dünən, 18:01
Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Dünən, 17:17
İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Dünən, 17:11
Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Dünən, 17:05
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Dünən, 16:57
Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 16:43
İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Dünən, 16:34
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Dünən, 16:32
Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 16:29
İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 16:18
AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Dünən, 16:17
“Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Dünən, 13:45
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Dünən, 13:41
Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Dünən, 13:14
İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Dünən, 13:08
Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Dünən, 13:02
"III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 12:56
“Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Dünən, 12:52
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:48
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Dünən, 12:43
SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Dünən, 12:37
“Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Dünən, 12:28
Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Dünən, 12:19
İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Dünən, 12:16
Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Dünən, 11:55
Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Dünən, 11:52
"Mənim üçün çox çətin bir dönəm başlayır"
Dünən, 11:50
Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Dünən, 11:42
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:35
İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Dünən, 11:27
YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Dünən, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru