Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                 

Etibar Pirverdiyevin başı üzərində qara buludlar... - TƏFTİŞ QƏRARI
Tarix: 14-02-2015, 16:56 | Çap et
Etibar Pirverdiyevin başı üzərində qara buludlar...
Bildiyiniz kimi, ölkə başçısı bu il fevral ayının 10-da "Bakıelektrikşəbəkə"nin ləğv olunması, onun yerinə isə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama əsasən Baba Rzayev "Azərişıq" ASC-nin sədri təyin edilib. Beləliklə, dövlət başçısının sərəncamı ilə "Azərişıq" ölkə ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Bundan başqa, Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətinə ölkə ərazisində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisilə təchizatı üçün zəruri olan və "Azərenerji"nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görsün.

Xülasə, bundan sonra ölkədə enerjinin istehsalı ilə "Azərenerji", onun paylanması ilə "Azər İşıq" məşğul olacaq. Bütün bunlar bir daha onu təsdiqləyir ki, artıq "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyevin kreslosu laxlamaq üzrədir. Belə ki, yaxın vaxtlarda onun rəhbərlik etdiyi qurumda ciddi yoxlamalar baş tutacaq. Böyük ehtimalla, yoxlamaların yekununda adıçəkilən ASC-də kifayət qədər nöqsanlar aşkarlanacaq. Çünki qurum son zamanlar büdcə proqnozunu yerinə yetirməkdə ciddi çətinlik çəkir.

Söz yox ki, "Azərenerji" ASC-nin rəhbərinin səlahiyyətlərinin əlindən alınması heç də təsadüfü deyil. Uzun müddət idi ki, bu istiqamətdə müzakirələrin getdiyinə dair məlumatlar vardı. Hətta Etibar Pirverdiyevin vəzifədən götürüləcəyi gözlənilirdi. Bunun bir səbəbi kimi həm Etibar Pirverdiyevin "Azərenerji"də böhranlı vəziyyət yaranmasına səbəb olması, həm də idarəçilikdə buraxdığı çoxsaylı səhvlər idi. Hətta son aylar "Azərenerji"də maliyyə sıxıntıları ilə əlaqədar kağız almağa belə vəsaitin tapmadığına dair məlumat yayılırdı. Böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkdiyi qeyd olunurdu. Eyni zamanda, "Azərenerji"nin maliyyələşdirdiyi böyük layihələrdə ciddi maxinasiyalara yol verildiyinə dair məlumatlar var.

Məhz bu məqamda, Etibar Pirverdiyevin 10 il öncə verdiyi açıqlamaya toxunmaq istərdik. Beləliklə, 2005-ci ilin sentyabr ayında "Barmek Azərbaycan" şirkəti "Azərenerji" Səhmdar Cəmiyyəti ilə elektrik enerjisinin alınıb-satılmasına dair bağladığı müqaviləyə görə öz öhdəliyini yerinə yetirmir", deyə bəyanat verən Etibar Pirverdiyev həmin vaxt əlinə düşən fürsətdən istifadə edərək, ölkənin enerji sektorunda mövcud olan bütün problemlərin əsas günahkarı kimi məhz "Barmek Azərbaycan"ı və onun rəhbəri Hüseyn Arabulu təqdim edirdi. Lakin son illərin təcrübəsi, əsasən də soyuq qış aylarında ölkənin enerji sektorunda yaşanan acı olaylar bunun tam əksini sübut etmiş oldu. Bu gün "Barmek Azərbaycan" və Hüseyn Arabul olmadığından qəti şəkildə demək olar ki, hazırda Etibar Pirverdiyevin rəhbərlik etdiyi və hər il dövlət büdcəsindən milyonların ayrıldığı enerji sektorunda uzun illərdən bəri həllini gözləyən çoxsaylı problemlər var. Əfsus ki, həmin problemlər azalmaq əvəzinə, hər il bir qədər də artır. İş o yerə çatıb ki, qış aylarında hava bir qədər soyuyan kimi paytaxt Bakı və ölkənin əksər regionları işıq üzünə həsrət qalır. Bütün bunlar "Azərenerji"nin, daha dəqiq desək, Etibar Pirverdiyevin nöqsanlı fəaliyyətinin acı nəticəsi kimi yaddaşlara həkk olub. Əslində, burada qəribə heç nə yoxdur. Çünki son illər ərzində "Azərenerji"də nələrin baş verdiyi haqda ayrı-ayrı mətbuat orqanlarında çox yazılıb, çox faktlar açıq şəkildə ortalığa qoyulub. Lakin deyilənlərdən, tutulan nöqsanlardan nəticə çıxarmaq əvəzinə qurum rəhbəri israrla özünün həqiqətdən uzaq olan vədlərilə həm əhalini, həm də yuxarı dairələri aldatmaqla məşğul olub. Elə bu səbəbdən də onun və rəhbərlik etdiyi qurumun yarıtmaz siyasəti nəticəsində çoxsaylı ölkə vətəndaşının elektrik enerjisinə görə ödədikləri pullar müxtəlif yollarla mənimsənilib.

"Azərenerji" ASC-nin son zamanlar büdcə proqnozunu yerinə yetirə bilməməsi məsələsinə gəlincə, qeyd etməliyik ki, bir müddət öncə "Anonymous" haker qrupu bunun səbəblərini ortaya qoymuşdu. Belə ki, ASC-nin saytını dağıdaraq bir sıra mühüm sənədləri ələ keçirən haker qrupu Offşor hesablarla bağlı məlumatları, gizli müqavilələri və digər məqamları ictimailəşdirmişdi. Məhz bundan sonra məlum olub ki, "Azərenerji" ASC-nin yüksək çinli məmurlarından birinin Dubaya ezamiyyəti düz 35 min manata başa gəlib. Belə ki, həmin şəxs "Jumeirah Dubay" hotelində nömrənin (otağın) bir sutkalıq xərcinə görə 327 dollar, "Salmontini Dubai - Restaurant" restoranında şam yeməyinə görə 1127 dollar, "Bürc Xəlifə"dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət üçün 487 dollar, "Louis Vuitton", "İF boutique", "Harvey Nichols", "Falcon Gallery", "Home Centre" və digər mağazalardan alış-verişə 20 min dollar, biznes-klass sinfindən olan avtomobilin icarəsinə görə isə 780 dollar ödəyib. Söz yox ki, bütün bunlar dövlət büdcəsi, yəni əhalidən yığılan işıq pulları hesabına başa gəlib. Buradan da belə bir qənaətə gəlmək olar ki, Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun büdcə proqnozunu yerinə yetirə bilməməsi bu cür məqamlarla bağlıdır. Məhz bütün bu faktlar yetərlidir ki, Etibar Pirverdiyev işinin öhdəsindən layiqincə gələ bilmədiyinə, həmçinin sədri olduğu ASC-də yeyinti hallarının mövcudluğu səbəbindən tutduğu postdan uzaqlaşdırılsın. Çox guman ki, yaxın gələcəkdə "Azərenerji" ümumiyyətlə ləğv olunacaq və səlahiyyətlərinin bir hissəsi Energetika Nazirliyinə, bir hissəsi isə "Azərişıq" ASC-yə veriləcək. Heç şübhəsiz ki, aidiyyəti qurumlar tərəfindən məsələ tam araşdırıldıqdan sonra məhz bu cür qərar qəbul oluna bilər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru