Gediş ərəfəsində olan icra başçısının daha bir "qara dosyası"... - Büdcə pulları necə yeyilib...
Tarix: 18-11-2014, 12:19 | Çap et
 Dünya təcrübəsindən də məlumdur ki, nə qədər demokratik ölkə olursa-olsun həmin ölkələrdə də maliyyə mənimsəmələri, dövlətdən oğurluqlar mövcuddur. Bu qeyri-qanuni əməlləri təsadüf nəticəsində hansısa bir vəzifəyə gətirilən təmahkar məmurlar edir. Bizim ölkəmiz artıq surətli inkişaf etmiş ölkələr sırasındadır. Məhz ona görədir ki, Azərbaycan vətəndaşları bu inkişaf sahəsində özlərinin həyat şəraitlərini günü-gündən gözəlləşdirirlər. Dünyanın çox hissəsində müharibələr, münaqişələr getdiyi bir vatxda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bizim ölkəmiz yaşamaq üçün ən sakit və ən gözəl məkanlardan birinə çevrilmişdir. Ona görə də Azərbaycan vətəndaşları öz seçdikləri prezidentinə inanır və onu dəstəkləyirlər. Ancaq çox təəssüflər olsun ki, bəzi məmurlar hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir.Belə məmurlardan biri də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovdur. Hörmətli oxucular yəqin ki, sizdə bu məmurun adına hər gün mətbuatda rast gəldiyiniz üçün onun necə işlədiyini əyani olmasa da, qiyabi bilirsiniz. Artıq neçənci dəfədir ki, cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün dövlət proqramına uyğun olaraq Gədəbəy rayonu üçün də prezidentin ehtiyat fondundan kifayət qədər pullar ayırmışdır. Hər dəfə də gədəbəylilər prezidentin bu sərəncamını alqışlamışlar. Həmin ayrılan pullar Gədəbəy rayonunun abadlaşmasına, şəhərin gözəlləşməsinə kifayət edər. Ancaq prezidentin bu etimadını Gədəbəy RİH başçısı Ramiz Yediyarov doğrultmur.Belə ki, ayrılan vəsaitlər Ramiz Yediyarov və əlaltıları tərəfindən mənimsənilir. Bir faktı nəzərinizə çatdırım ki, kənd yolunun eni 2 metr yarımdan yuxarı deyil. Ancaq Ramiz Yediyarov Gədəbəy-Çalburun yolunun eni 2 metr yarım olduğu halda, yol örtüyü salınan zaman külli miqdarda pul mənimsədiyinə görə, həmin yolun enini kağız üzərində 7 metr, qalınlığını da iki dəfə artıraraq 18sm göstərmişdir. Dünya təcrübəsindən bilirik ki, 1 kilometr yolun salınmasına təxminən 400.000 və ən uzağı 1.000.000 dollar vəsait xərclənir. Və dünyanın heç bir ölkəsində 1 kilometrə 1 milyondan yuxarı pul xərclənmir. Ancaq adi bir kənd yolunun çəkilişinə Ramiz Yediyarov və əlaltıları guya 1 milyondan artıq vəsaiti xərcləyiblər. Dövlətin ayırdığı vəsaitləri bax beləcə mənimsəyirlər. Düzdür etdikləri bu cinayət əməllərinə görə yəqin ki, tezliklə cəzalarını alacaqlar. Ancaq indi dövlətin ayırdığı pulları elə mənimsəyiblər ki, gözləri sanki heç nəyi görmür. Ramiz Yediyarov kimi məmurların artıq qanun da yadından çıxıb. Belə olmasaydı Ramiz Yediyarov asfaltın qalınlığını 11 sm endirməzdi. Və yaxud şebel tökülmədən, yol trampovka olunmadan qumun üstündən asfalt örtüyü çəkdirməzdi. Görün neçə milyonlarla pul Ramiz Yediyarov tərəfindən necə mənimsənilir. Bu yaxınlarda Prezident İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Belə ki, əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,9 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb. Bir qəzet olaraq aidiyyatı dövlət qurumlarından xahiş edirik ki, bu vəsaitin təyinatı üzrə xərclənməsinə özləri nəzarət etsin. Yoxsa əvvəlki vəsaitlər kimi bu pul da Ramiz Yediyarov tərəfindən talan ediləcək. Əvəzində isə əvvəlki yollar kimi 5 sm qalınlığında asfalt örtüyü töküləcək və 6 aydan sonra həmin yollar darmadağın olacaq. R.Yediyarov isə bu pulları mənimsəyib özü üçün rahat güzəran yaradacaq. Çünki bu gün Gədəbəyin məmurları demək olar ki, hamıdan yaxşı yaşayırlar. Təbii ki, bunların başında da heç bir şəristəsi olmayan Ramiz Yediyarov durur. Belə olmasaydı 24 saylı Yol İstismar İdarəsinin rəisi Firudin İbrahimov hər ayda bir bahalı maşın dəyişməzdi. Ümid edirik ki, belə məmurlar Azərbaycan qanunlarına muvafiq olaraq cəzalandırılacaqdır. Çünki bizim güclü dövlətimiz və onu layiqli idarə edən prezidentimiz var. \\ bizimdovr.az \\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14 |
|
|
|
• “Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08 |
|
|
|
• Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58 |
|
|
|
• Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31 |
|
|
|
• “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26 |
|
|
|
• “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16 |
|
|
|
• AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07 |
|
|
|
• Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56 |
|
|
|
• 3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51 |
|
|
|
• İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47 |
|
|
|
• Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45 |
|
|
|
• Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44 |
|
|
|
• “Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42 |
|
|
|
• Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40 |
|
|
|
• STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38 |
|
|
|
• Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32 |
|
|
|
• "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28 |
|
|
|
• "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22 |
|
|
|
• Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20 |
|
|
|
• Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15 |
|
|
|
• İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12 |
|
|
|
• Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08 |
|
|
|
• Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01 |
|
|
|
• Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57 |
|
|
|
• Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53 |
|
|
|
• Beh alıb, məclisə getmədi
Dünən, 16:48 |
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Dünən, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Dünən, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Dünən, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Dünən, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Dünən, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Dünən, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Dünən, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Dünən, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Dünən, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Dünən, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Dünən, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 09:46 |
|
|
|
|