Arzu Rəhimovun daha bir kadrı ƏNDİŞƏDƏ... - səfərbərlik sistemi TƏMİZLƏNİR...
Tarix: 5-07-2023, 09:38 |
Çap et
Xəbər verdiyimiz kimi, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Xaçmaz rayon şöbələrində əməliyyat keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib.
Xaçmaz rayonunda keçirilən əməliyyat zamanı isə şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, yaxın zamanda Binəqədi Rayon Səfərbərlik və hərbi xidmətə çağırış idarəsində də həbslər gözlənilir.
Məlumat verən mənbə onu da bildirir ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Həsənov Nicat Zəfər oğlu ciddi təşviş içərisindədir və ciddi şəkildə otağında təmizləmə əməliyyatı aparır.
Onu da bildirək ki, Nicat Həsənov 01.01.1981 təvəllüdlüdür, daha öncə digər rayonların hərbi komissarı vəzifələrində çalışıb. 22.12.2019 tarixindən Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisidir. Onu da qeyd edək ki, əvvəllər də Nicat Həsənovdan dəfələrlə külli miqdarda rüşvət aldığı ilə bağlı şikayətlər olub.
Şikayətlərin olmasına baxmayaraq, "Ağsaqqal"ının bircə nəfər olmasını əlində rəhbər tutan Nicat Həsənovun dayaqları getdikcə zəifləyir. İstər Səfər Əbiyevin dövründə, istərsə də Arzu Rəhimovun dövründə Nicat Həsənov özünü sanki ərköyünlər kimi aparıb. //gundelik-baku.com//