Tanınmış jurnalist VƏD VERDİ: Sirlərini açacam... - İLGİNC
DİA.AZ: - "Ayda 300-400 manat verib İP sayını saxta yollarla 20 min artıran saytlar bunu nə üçün edir?!" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist Fazil Əhməd çıxış edib.
Jurnalist daha sonra yazır: "Sizi əmiin edirəm ki, bu fırıldağı edən saytlara nəinki 20 min, gündəlik heç 300-500 giriş yoxdur.
Bəs, bunu nə üçün edirlər?
Hə, bax, əsl niyyət elə burada və bir də PR menecerlərlə "işbirliyi"ndə gizlənib.
Bir bilsəniz saxta İP oyunu ilə nə qədər bank, nə qədər nazirlik, İcra Hakimiyyəti, nə qədər dövlət təşkilatları, hətta Misli-filan kimi qumar şəbəkəsi və sairlərlə "press-reliz reklamı" adı altında ortada nə qədər pul fırladanlar var, dəhşətə gələrsiniz...
5-6 gündür maraqlandığım bu sahə üzrə nələr görmədim, nələrlə üzləşmədim ki?
Ən ağır gələni də belələrinin at kimi adamın üzünə durmalarıdır.
Bunların yuvasına çomaq soxmaq gərək deyilmi?
Məncə, gərəkdir, özü də mütləq!"
Məsələ diaaz.space olaraq diqqətimizdədir.