“Məmur burda mal-heyvanını da saxlamaz” - NARAZILIQ!
Tarix: 2-12-2021, 09:47 | Çap et
 “Hamam yox, tualetlər pis vəziyyətdə, mətbəx də həmçinin… Hansını deyəsən? Divarlardakı çatlar adamın üstünə gəlir. Uşaqlar astma xəstəliyi ilə doğulur. Xəstəlik baş alıb gedir. Kiminin ürəyi qubarlayır, kiminin böyrəkləri əldən gedir…”
Sumqayıtdakı 15-ci məhəllədə yerləşən 16 saylı yataqxananın sakinləri Meydan TV-yə üz tutublar. Onlar bildirir ki, yaşadıqları yataqxana həyatları üçün təhlükə mənbəyinə çevrilib. Bu yataqxanada bir neçə dəfə uçqun da baş verib.
“Çökən binanın divarlarını boyayıb getdilər”
Sakinlərin sözlərinə görə, sonuncu dəfə uçqun bu ilin yayında olub:
“Yayda burda yenə uçqun oldu, insanlar binadan çıxıb qaçdı. Günlərlə evlərimizə yığışmağa qorxurduq. Təxminən 1 ildir ki, binada kosmetik təmir işləri aparılıb, ancaq yayda baş verən uçqun nəticəsində o təmir də zay oldu. Adama sual verərlər ki, qəzalı binanı niyə təmir edirsən? Əvvəl təməlini, divarını möhkəmləndir, sonra təmir et… Bina çökür, bunlar adamların gözündən pərdə asmaq üçün çökməkdə olan binanın divarını boyayırlar”.
Binadakı kommunikasiya xətləri çoxan sıradan çıxıb. İşıq xətləri qəzalı vəziyyətdədir. Kanalizasiya xətləri isə ümumiyyətlə, işləmir. Rütubət, zirzəmiyə yığılan çirkab su əsasən qocaların və uşaqların sağlamlığına təhlükə yaradır. Bir neçə ailənin azyaşlı üzvü sağalmaz xəstəliyə tutulub.
“Burda mal-heyvan da saxlamazlar”
Sakinlər danışır ki, hər dəfə etiraz edəndə yerli icra hakimiyyəti binanın dəhlizlərində kosmetik təmir işləri aparır:
“Dəhlizlərdə işıq kabelləri qəzalıdır, hər an qısaqapanma, yanğın təhlükəsi var. Dəfələrlə yanğın baş verib, gecəylə küçəyə tökülüşmüşük. İşıq idarəsinin işçilərini çağıranda gəlib deyirlər, bezdirmisiz bizi… Beton plitələr qabağa gəlib, bir gün aşacaq, altında qalacağıq. Məmur öz mal-heyvanını da belə xarabalıqda saxlamaz. Biz isə uzun illərdir bu uçuq, sökük binada yaşamağa məcburuq”.
Sakinlər ara-sıra elə binanın qarşısına toplaşıb etiraz səslərini qaldırırlar:
“Bir dəfə ayağa qalxdıq, bizi sakitləşdirmək üçün gəlib ora-bura suvaq çəkdilər, getdilər. Onlar gedəndən sonra suvaqlar da qopub töküldü. Yuxarı mərtəbədəki tualetdən düz yatdığımız yerə divardan sidik süzülüb gəlir. Bir əlacımız qalıb, çıxaq binanın qarşısında çadır quraq, bəlkə diqqəti çəkə bildik”. Yataqxana sakinlərinin bir istəyi var – başqa yerə köçürülmək…
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yataqxanaya baxış keçirilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda binayla bağlı qərar veriləcək.
16 saylı yataqxana binası 60 ildən çoxdur istismara verilib və istismar müddətini çoxdan başa vurub. Binada heç vaxt əsaslı təmir işləri aparılmayıb. Beşmərtəbəli binada 100-dən çox ailə yaşayır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|