Keçmiş məmurlara NİYƏ TOXUNAN YOXDUR?.. - Onlar öz keflərində, tutulansa...
Tarix: 20-08-2021, 10:33 | Çap et
Hakimiyyət aşağı rütbəli çinovnikləri cəzalandırmaqla yuxarıları ən pis halda “ev dustağı”na çevirir. Bunu isə korrupsiya ilə mübarizənin ən parlaq mərhələsi adlandırır. Lakin həbslər nazirləri əhatə etmədiyi üçün ikinci və üçüncülərin mühakimə olunması cəmiyyətdə ikrah hissi doğurur. Sonuncu belə fakt - keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həbs edilən müavini Rafiq Bayramova 8 il cəza verilməsi bu mövzunu şərtləndirir. Artıq neçənci belə antikorrupsiya əməliyyatıdır ki, balığın iylənən başı həbsə göndərilməyib, ətrafı “günah keçisi” çıxarılıb. Anaxeber.info bildirir ki, ən dişsiz nazirlik olan MN-nin sabiq rəhbəri Əbülfəs Qarayev evdə istirahət etdiyi halda, müavini 8 il iş alır. Bu, bütün qanunsuz hərəkətləri üzə çıxan keçmiş xarici işlər naziri Elmar Məmmədyarova da şamildir. Eks-nazir dincəlməkdədir, XİN-də vəzifə tutmuş şəxslər qandallanır, bir neçə ay sonra ev dustaqlığına buraxılmaqla yenə cinayət işinin istintaqı gedir. Eyni sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənovla bağlı söyləmək olar; ləğv edilmiş KİVDF-nin direktoru olmuş Vüqar Səfərli həbsdədir, onu idarə edən “Göbbels” isə azadlıqda gəzir. Yəni nə R.Bayramov Ə.Qarayevin, nə XİN məmurları E.Məmmədyarovun, nə V.Səfərli Ə.Həsənovun xəbəri olmadan hansısa qanunsuzluğa, mənimsəməyə, rüşvətxorluğa getməzdi. Və yaxud MTN generalı Eldar Mahmudov böyük və səs-küylü prosesdən kənarda saxlanır, bandası həbsə gedir, bir müddət sonar odioz Akif Çovdarov və digərləri azadlığa çıxır. Əgər dövlətin ana sütunlarından biri olan MTN kimi strukturda quldurluq etmiş generallar azad olunursa, “mədə niyyətli” korrupsioner R.Bayramova 8 il hökm oxunması, yaxud hansısa əyalətin - Biləsuvarın, Neftçalanın başçısının həbsi ilə hansı sistemli dəyişikliyə, islahata nail olmaq mümkündür?! Əlbəttə, bu kosmetik görünən tədbirlər olmasa da, yəni həbslər kifayət qədər məmurların canına vəlvələ salsa belə, yenə ölkənin müxtəlif strukturlarında korrupsiya, özbaşınalıq, məmur harınlığı halları davam edir. Deməli, nə başçıların həbsi həmkarlarını, nə nazirliklərdə gedən tuthatut və “təmizləmə”lər digər orqanların vəzifəli şəxslərini yetərincə qorxuda bilib. Əksinə, bəzən çağırışlar səslənir ki, amnistiya elan olunsun, məmurlar gəlir bəyannaməsi versin, onların mənimsədiyi pullar geri alınaraq Qarabağın qurulmasına yönəldilsin, özləri isə evinə buraxılsın. Çünki məsələ fiqurların tək-tək cəzalandırılması ilə həllini tapmır, islahatlar və korrupsiya ilə mübarizədə yanaşma dəyişməlidir. Əgər hakimiyyət gömrük sistemində heç nəyin dəyişmədiyini görürsə, səhiyyənin Şirəliyevdən sonra da rüşvət şirəsinin çəkilmədiyini və xəstəliyinin tüğyan etdiyini bilirsə, idarəçilikdə tam xaosdursa, təhsildə Əmirullayev sələflərindən də betərdirsə, heç bir inkişaf yoxdursa, ən əsası Babayev sosial təminat sektorunda az qala xalqı dövlətin üzərinə üsyana qaldırmaqla, sabotaj etməklə, kütləvi şəkildə pensiyaların ləğvi ilə məşğuldursa, Sarbonna təhsilli Kərimov kənd təsərrüfatında heç bir innovativ siyasət aparmırsa, ASAN Xidmətdəki gənc xanımları nazirliyə toplayırsa, o zaman bu dəyişikliklərin islahatlarla və bizim həyatımıza təsirləri ilə hansı bağlantıları var? Və ən ümdə nüans - ölkənin sadaladığımız bu sektorlarında rüşvət yığışmayıbsa, hansısa Səlim Müslümovu, Rafiq Bayramovu, Vilyam Hacıyevi həbsə göndərməklə biz Azərbaycanı qura bilmərik. Ələlxüsus, postmüharibə dönəmi, regionda yaranmış yeni reallıqlar, birgəyaşayışla bağlı rəsmi çağırışlar fonunda daxildə idarəçilik mütləq şəkildə bu situasiya ilə ahənglik təşkil etməlidir. Biz insan haqları, korrupsiya və rüşvətxorluq, monopoliya və inhisarçılıq, məmur qudurğanlığı, talançılıq kimi ən idbar halların kökünü kəsmədən, şəffaflıq, sosial təminat, rifah səviyyəsinin yüksəldilməsini təmin etmədən Azərbaycan cəmiyyətini irəli apara bilmərik. Hakimiyyət əsla bu problemləri yoluna qoymamış xalqdan dəstək ala bilməyəcək. Əksinə, Qarabağda qələbə ilə qazanılmış divident və xallar daxili idarəçilikdəki eybəcərliklər ucbatından xərclənməkdədir. Elə təkcə gömrükdəki rəzil vəziyyətin davam etməsi və pensiyaların kütləvi şəkildə kəsilib vətəndaşların narazı salınması kifayət edir ki, iqtidar içəridən sosial dayaqlarını itirsin. Sahibkarlığın inkişafı üçün monopoliyanın ləğvi ən qaçılmaz zərurətdir. Bunları etmədən hansısa nazir müavinlərin, icra başçılarını həbsə göndərmək problemləri fundamental şəkildə həll etməyəcək. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|