Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir .....                     Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır .....                     Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi .....                     "Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu .....                     "Nar" şəhid övladlarını sevindirdi .....                     Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR .....                     Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur .....                     Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı .....                     ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... .....                     “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” .....                     Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı .....                     Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq .....                     Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu .....                     Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından .....                     Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... .....                     Nadir Bayramlı QINADI: .....                     Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır .....                     14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı .....                     Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub .....                     İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı .....                     Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... .....                     Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir .....                     Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... .....                     Azərbaycanda yeni nazirlik yaradılacaq? .....                     Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? .....                 

Onların Azərbaycana yolu bağlandı!!! - “Mədəni” müharibə xronikası
Tarix: 2-11-2020, 11:13 | Çap et
Onların Azərbaycana yolu bağlandı!!!
Bu gün Azərbaycanın apardığı Vətən müharibəsi, ölkəmizin vətəndaşlarını suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələlərində xüsusilə həssas edib. Bu suallar həmişə vacib və aktual olub, amma indi müharibə gedərkən, bir çox vətənpərvər, əsgər və zabit Vətənimizin azadlığı üçün canını qurban verəndə, Azərbaycanın seçdiyi yolun ədalətini şübhə altına almaq üçün ən kiçik cəhd belə, inanılmaz dərəcədə kəskin reaksiyaya səbəb olur.

Ölkəmizdə fəaliyyət göstərən bütün xarici, transmilli şirkətlərin nümayəndələri bunu anlamalıdırlar. Azərbaycan vətəndaşlarını xoşagəlməz şəkildə təəccübləndirən addımlardan konkret nümunələr gətirəcəyəm. 21 oktyabrda “McDonalds”-ın Azərbaycandakı rəsmi səhifəsində “Qarabağ Azərbaycandır” yazılı bir şəkl və “Bayrağımız Azərbaycanın bütün doğma torpaqlarının üzərində dalğalansın!” şüarı yayımlandı.

Daha əvvəl “BurgerKingaz” səhifəsində Qarabağ münaqişəsi ilə əlaqəli 2 post dərc olunmuşdu. Ancaq tezliklə bu yazılar silindi. Niyə? Çünki erməni tərəfi narazılıq etməyə başladı. “İyrənc. @McDonalds-ın Azərbaycandan franşizanı geri alması zamanı gəldi. Gəlin, bunlara təziq edək, camaat!”, - deyə “Twitter” səhifəsində erməni əsilli amerikalı rok musiqiçisi və “System of a Down” qrupunun vokalçısı Serj Tankyan yazdı.

Sadə və açıq şəkildə desək, “McDonalds” və “BurgerKing” erməni tərəfinin təzyiqlərinə uyaraq, Azərbaycanı dəstəkləyən postları sildi. Baxmayaraq ki, bu postlarda beynəlxalq hüquqa zidd olacaq bir şey yox idi. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistandan başqa bütün dünya üçün Qarabağ Azərbaycandır. Deməli, “McDonalds” və “BurgerKing” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən postları qaldıraraq, Ermənistanla eyni mövqedə olduqlarını göstərdi.

Təbii ki, bu şirkətlərin belə hərəkətlərindən sonra ölkəmizdə bu müəssisələri boykot etməyə və Azərbaycandan qovmaqla franşizalarını ləğv etməyə çağırışlar edilir. Ancaq qəzəbə səbəb yalnız onların addımları deyil. “Johnson & Johnson”-un Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı terror rejimini maliyyələşdirdiyi barədə məlumatlar var.

Sosial mediada yayılan məlumatlara görə, şirkətin ingilis bölməsinin maliyyə direktoru Ani Akopyan, separatçı rejim üçün vəsait toplamağa başladı və “Johnson & Johnson”-un toplanan məbləğə 50% əlavə edəcəyini söylədi. Bu addımla şirkət Azərbaycanın mülki əhalisinə qarşı qadağan edilmiş kasetli bomba istifadə edən bir terror təşkilatını dəstəklədiyini nümayiş etdirmiş oldu.

Sosial şəbəkə istifadəçiləri “Johnson & Johnson”-a Akopyanın hərəkətlərinin araşdırılması və bu aksiyanın dayandırıması ilə bağlı məktublar göndərdilər. Əks təqdirdə şirkət tərəfindən istehsal olunan bütün malların Azərbaycana idxalına qadağa qoyulması təklif olunur. Və bu, doğru addım olacaq. Hamını Azərbaycana hörmət göstərməyə məcbur edə bilmək lazımdır.

Yeri gəlmişkən, bu, yalnız xarici şirkətlərə deyil, daha əvvəl müxtəlif festivallara, forumlara gələn, Azərbaycana olan sevgilərini etiraf edərək burada konsert verən ölkəmizin bir çox qonağına da aiddir. Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” səhifəsində çox düzgün və vacib bir yazı yazdı. O, Bakı Caz Festivalının təşkilatçılarında, Azərbaycan üçün bu çətin dövrlərdə bizə arxa çevirən bütün musiqiçilərin siyahısının olduğunu söylədi.

“Xarici ifaçılardan başlayacağam. Onların bəziləri Bakıda olanda yeyirdilər, içirdilər, gəzirdilər, ən yaxşı otellərdə qaldılar, üçqat qonorarlarını aldılar, sonra tezliklə bütün yaxşı şeyləri unutdular, münaqişə barədə heç bir xəbəri olmamış kimi bir mövqe tutdular. Başqaları da var, məsələn, Sarabski ilə bir neçə il ifa edən tanınmış ərəb caz ifaçısı Dafer Yusif indi erməni separatçılarının lehinə təxribat xarakterli bir konsert çərçivəsində çıxış etdi. O, Bakıda olmayıb və olmayacaq da. Bu barədə sosial şəbəkələrdə məndən soruşurlar. Buna görə cavab verirəm ki, bu musiqiçilər üçün caz festivalı vasitəsilə Azərbaycana gedən yol əbədi bağlıdır. Və bu “mədəniyyəti siyasətə qatmamaq”la bağlı bütün danışıqlar heç bir nəticə verməyəcək. Müharibə bizə kimin kim olduğunu açıq şəkildə göstərdi, hər şeyi görürük və nəticə çıxarırıq”, - dedi Leyla Əfəndiyeva.

Bakı Caz Festivalının direktoru, ölkənin xeyrinə bir söz deməyən “azərbaycanlı” musiqiçilərə də toxundu: “Biz mədəniyyət adamlarıyıq və sair …” və ya “qonşu millətdən çox dostum var” və ya “sabah xaricdə konsertlərim olacaq və sonra...” kimi bəhanələri qəbul etmirik. Hər kəsin baş verənlərə münasibətini göstərməli olduğu zaman gəlib. Musiqiçi, tarixçi və ya satıcı. Heç bir orta yol yoxdur və ola da bilməz. Bu gün susmaq daş ürək və kirli vicdana sahib olmaq deməkdir”.

2009-cu ildən bəri keçirilən Qəbələ Klassik Musiqi, Caz və Muğam Festivalının xarici iştirakçıları haqqında da eyni şeyi söyləmək məntiqlidir. Koronavirus səbəbindən bu il keçirilmədi. Ancaq əvvəlki illərdə festivalın qonaqları və iştirakçıları dünyanın dörd bir tərəfindən onlarla, hətta yüzlərlə ifaçılar idi. Onların arasında Denis Matsuev və Oksana Yablonskaya kimi dünyaca məşhur sənətkarlar var idi. Bəs, indi hamısı haradadır, Azərbaycanı dəstəkləyən səsləri haradadır? Buna bənzər bir şey yoxdur.

Eyni qaydada Bakı Beynəlxalq Muğam Festivalının və əlaqədar musiqi janrının iştirakçıları və qalibləri də susurlar. Ancaq bunlar həm də müxtəlif ölkələrdən gəlmiş, Bakını gəzərək paytaxtımızın gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən, mədəniyyətimizin əzəmətindən məmnunluq hissi ilə boğulan yüzlərlə mədəniyyət nümayəndələridir. Bütün bunları, Azərbaycanı dəstəkləməklə, ölkəmizin belə çıxışlara ən çox ehtiyac duyduğu vaxtda söyləmək lazımdır, daha sonra yox.

Bu yazılı həqiqət hər il keçirilən “Jara” festivalının iştirakçıları üçün də aktualdır. Bəli, festivalın təşkilatçısı Emin Ağalarov düzgün, vətənpərvər mövqe tutdu. Bəs, filipp kirkorovların, qriqori lepslərin, aleksey çumakovların və digər zaraların səsləri haradadır? “Nəfəs almırlar”, səssizlik oyunu oynayırlar. Gələcəkdə bu bəyləri və xanımları ölkəmizə dəvət etməyin mənası varmı? Bu qərarı Emin Ağalarov verməlidir, amma bu insanların bizə qarşı vicdansızlıq etmələri şübhəsizdir.

Yeri gəlmişkən, eyni münasibət çoxsaylı müxtəlif elmi və praktik konfransların iştirakçılarına, fərqli “siyasi qonaq”lara da sərgilənməlidir. İndi səssiz qalanları gələcəkdə Azərbaycana dəvət etməyin heç bir mənası yoxdur. Qoy “damlalar arasında manevr etmək üçün” özlərinə başqa məkanlar axtarsınlar.

Müəllif: Əkbər Həsənov
\\ayna.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı -ŞƏRH
Bu gün, 12:47
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34
İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31
Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28
Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14
Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10
Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05
Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00
"Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41
Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36
Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33
Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24
Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13
Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59
Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57
Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru