DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” .....                     Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ .....                     "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                 

“Atəşgah Sığorta”-nın özbaşınalığına görə prezidentə müraciət olundu - MƏTN
Tarix: 17-04-2019, 09:13 | Çap et
“Atəşgah Sığorta”-nın özbaşınalığına görə prezidentə müraciət olundu
"DəmirBank”ın bir qrup keçmiş əməkdaşının bir neçə illik maaşının geri tələb olunması ilə bağlı problem ətrafında baş verən proseslər ölkə rəhbərliyinə qədər gedib. Xatırladaq ki, "Həyatın Yığım sığortası”nın imkanlarından faydalanmaq istəyən "DəmirBank” əməkdaşları bankın ləğv edilməsindən sonra çətinliklə üzləşiblər.

Miq.Az xəbər verir ki, sözügedən qrup əməkdaşları (30 nəfərdən çox) "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən təqdim edilən "Həyatın Yığım Sığortası” adlı məhsuldan faydalanmağa çalışmışlar. Xatırladaq ki, qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşların əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış "Həyatın Yığım Sığortası” sosial xidmətdir və bir neçə ildir ki, bir çox şirkətlərin əməkdaşları tərəfindən istifadə edilir.

Bu layihə üzre əməkdaşların vergi və sosial ödənişlərdən azad olunan və əmək haqqları hesabına toplanmış vəsait "Atəşgah sığorta” şirkətinin müxtəlif banklarda yerləşdirilən hesablarında saxlanılıb. Eyni zamanda bu vəsait əsasında işçilərin aylıq xərclərini qarşılamaq üçün "DəmirBank”dan kreditlər ayrılıb. Lakin "Həyatın Yığım sığortası”ndan faydalanmaq istəyən vətəndaşların vəsaiti nəinki verilməyəcək, hətta bank tərəfindən vətəndaşların yaşayışı üçün ayrılan kreditlər geri alınacaq.

Dolayısı ilə "DəmirBank” əməkdaşları 1 ildən (hər bir əməkdaşlarda fərqli olaraq) artıq əldə etdiyi maaşlarını geri qaytarmalı olacaqlar.

Buna səbəb "Atəşgah Həyat” sığorta şirkəti tərəfindən razılaşmaya daxil edilmiş bənddir. Bu bənd vətəndaşın iş yeri (DəmirBank) iflas olduğu halda "Atəşgah Həyat” sığorta şirkətini vəsaiti qaytarmaq öhdəliyindən azad edir. Nəticədə vətəndaşların iri miqyaslı kreditləri (əmək haqqı əvəzinə ayrılan vəsaitlər) "DəmirBank”ın ləğvedicisi olan "Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əmək haqqıları isə əmanət vəsaitləri olaraq "Atəşgah Həyat” Sığorta şirkətinin hesabında qalacaq və başqalarının gəlirinə çevriləcək.Kollektiv sürətdə məhkəməyə müraciət edən "DəmirBank” əməkdaşları sözügedən mexanizmi işə salan, Atəşgah - DəmirBank rəhbərliyinin planı olan bu bəndin ləğv edilməsi üçün iddia qaldırıb. Lakin həm rayon, həm də appelyasiya məhkəməsi vətəndaşların əleyhinə qərar çıxararaq onları aciz durumda qoyub.

Məsələ ilə bağlı vətəndaşlar dəfələrlə həm "Əmanətlərin Sığortalanması Fondu” (DəmirBank-ın ləğvedicisi), həm də "Atəşgah sığorta” şirkətinin rəhbərliyi ilə görüşlər keçiriblər. Bu görüşlər 2017-ci ilin dekabırı, yəni Bankın lisenziyası ləğv edildiyi aydan başlayıb. Görüşlərin gedişatı zamanı çoxsaylı optimist vədlər ilə qarşılaşan vətəndaşlar məhkəmə zalında tam fərqli münasibətin şahidi oldular. Belə ki, sözdə bu cür ağır duruma düşən vətəndaşların vəsaitlərini qaytaracaqlarını bildirən "Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyi heç bir halda müqaviləni yeniləməyə və ya yazılı sürətdə sözünü təsdiq edən sənəd verməyə razılaşmır, hətda məhkəmələrdə ölkənin aparıcı hüquq şirkətinin əməkdaşlarını cəlb və digər yollardan istifadə edərək vətəndaşların vəsaitlərini qaytarmamaq üçün tam prinsipial mövqe nümayiş etdiriblər.

Ağır maliyyə vəziyyətinə düşəcək vətəndaşlar dəfələrlə müxtəlif dövlət orqanlarına, Maliyyə bazarlarına Nəzarət Palatasına, Əmanətlərin Sığortalanması Fonduna, Vergilər Nazirliyinə, Azərbaycan Sığortaçılar Assosiasiyasına, Dövlət Sosial Müdafiyə Fonduna, eyni zamanda, Milli Məclisin deputatlarına - Aytən Mustafayeva, Elşad Həsənova, Vahid Əhmədova, Fazil Mustafaya, Hadı Rəcəbliyə, Azay Quliyevə, Ülvi Quliyevə və digərlərinə müraciətlər ünvanlayıblar.

Bu günə qədər ədalətin bərpa edilməsi üçün bu addımların heç birinin real təsiri olmayıb. "Atəşgah Həyat” Sığorta Şirkətinin rəhbərliyi ilə 2019-cu ilin 15 Fevral tarixində keçirilən son görüş zamanı vətəndaşlar yenidən müxtəlif vədlər ilə qarşılaşaraq "Mart ayında sizə yazılı sənəd təqdim edəcəyik” sözləri ilə növbəti dəfə "yola salınmışdırlar”.

Görüşdən bir neçə ay keçdiyini və heç bir vədin yerinə yetirilmədiyini görən vətəndaşlar iri qurumların arasında qurulan "maxinasiya sisteminin” qurbanı olmayıb çətin duruma düşməmək üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Son ümidlərini Ölkə Rəhbərinə yönəlmiş müraciyətə bağlayan vətəndaşlar məktubu bizim redaksiyamıza göndərib. Müraciətin tam mətnini təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Ləğv Prosesində olan "DəmirBank” ASC – nin bəzi keçmiş işçiləri tərəfindən

Ə r i z ə


Hörmətli Cənab Prezident!

Sizin Azərbaycan Respublikası əhalisinin sosial rifah halının yüksəldilməsi siyasətinizi rəğbətlə qarşılayırıq. Əhalimizin sosial vəziyyəti Sizin daimi diqqət mərkəzinizdədir və lazımı sosial tədbirlər dərhal və opertiv həyata keçirilir. Şamaxıda baş verən zəlzələ, "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı göstərişləriniz və həyata keçirilən tədbirlər bunun son dövrlərdəki bariz nümunələrindəndir.

"Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı müşavirədə qeyd etdiyiniz kimi, bu cür problemlərin həlli istiqamətində sığorta sisteminin böyük əhəmiyyəti vardır. Lakin təəssüf ki, sığorta sistemində olan boşluqlara, habelə bəzi vəzifəli şəxslərin məsələlərə etinasız münasibətinə görə, problemlər yaranır. Nəticədə təəssüf ki, insanlar əziyyət çəkirlər, habelə hüquqları təmin edilmir.

Biz"Dəmirbank” ASC – nin keçmiş işçiləriyik. Sığortaçı "Atəşgah Həyat” Sığorta Şirkəti ASC olmaqla, Sığortalı "Dəmirbank” ASC olmaqla, Sığorta olunan biz (işçilər) olmaqla, bizim (işçilərin) həyat yığım sığortası növündə sığortalanmışlar. İşçilərin (iddiaçıların) hər ay əmək haqları bütövlükdə "Dəmirbank” ASC tərəfindən "Atəşgah Həyat” Sığorta Şirkəti ASC – yə ödənilmişdir. "Atəşgah Həyat” Sığorta Şirkəti ASC "Dəmirbank” ASC – də əmanət hesabı açaraq, işçilərin sığorta haqqı kimi alınan əmək haqqılarını həmin hesaba yönəltmişdir. "Atəşgah Həyat” Sığorta Şirkəti ASC "Dəmirbank” ASC – də həmin əmanət hesabı üzrə, bank müflis olduqda və ya istənilən başqa səbəbdən əmanəti və hesablanmış faizləri geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə, özlərinin "mənafeyini” düşünərək, sığorta şəhadətnamələrinə belə bir şərt daxil etmişlər: "Nəzərə alaraq ki, Sığortalının seçiminə əsasən onun ödədiyi sığorta haqları Əmanət Hesablarına investisiya edilmişdir, Sığortalı (Bank) müflis olduqda və ya istənilən başqa səbəbdən Əmanət Müqaviləsi üzrə Sığortaçı qarşısında əmanəti və hesablanmış faizləri Müqaviləyə uyğun olaraq geri qaytarmaq öhdəliklərini yerinə yetirə bilmədikdə Sığortaçı, bu Sığorta şəhadətnaməsi üzrə sığortalı və (və ya) sığorta olunanlar (faydalanan şəxslər) qarşısında öhdəliklərin icrasından azaddır.” "Dəmirbank” ASC – nin ləğvi prosesinə başlandıqdan sonra, "Atəşgah Həyat” Sığorta Şirkəti ASC yuxarıda qeyd edilən bəndə istinadən, öhdəliklərin icrasından özünü azad hesab etmişdir.

Nəticədə insanlar illərdir qazandıqları və həyatın yığım sığortasına yönəltdikləri əmək haqlarını itirmək təhlükəsi ilə üz – üzədirlər. Ustəlik, əmək haqqı almadıqlarına görə dolanışıqlarını təmin etmək üçün götürdükləri kreditlərə faiz borcu hesablanmaqda davam edir və sığorta ödənişini ala bilmədiyimizə görə, həmin kreditləri ödəyə bilmirik və bu bizim üçün gələcəkdə daha ağır hüquqi – sosial nəticələrə gətirəcəkdir. Bu problemlə üzləşənlər təkçə Sizə müraciət edənlərlə məhdudlaşmır. Bizim vəziyyətimizdə olan xeyli insan var.

Qeyd edilənləri nəzərə alaraq, həyatın yığım sığortasında toplanmış əmək haqlarımızı ala bilməyimizə, kredit öhdəlikllərimiz üzrə onun bizim iradəmizdən asılı olmayan səbəblərdən icra edə bilmədiyimiz dövrünə faiz borcu hesablanmasının dayandırılmasına, yaxud problemimizin həlli istiqamətində hər hansı bir kömək edilməsi üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.”/7NEWS.az/

Mövzunu davam etdirəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru