Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” .....                     Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ .....                     "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                 

Deputatın şirkətindən iqtisadi sabotaj - İTTİHAM
Tarix: 4-01-2019, 09:27 | Çap et
Deputatın şirkətindən iqtisadi sabotaj
Son günlər Azərbaycanda unun qiyməti süni şəkildə bahalaşır.

Miq.Az-ın redaksiyasına daxil olan məlumata görə, əvvəl 21-22 manat olan 50 kiloqram un hazırda bazarda 27,50 manata topdansatış qiymətə satılır.

Araşdırmalarımıza görə, başda "Karmen” olmaqla "Mehriban”, "Sarı sünbül”, "Anadolu”, "Qafqaz" və digər markalı unların qiymətləri süni şəkildə artırılıb.

Bəzi firmalar bahalaşmanın əsas günahını gömrük xərclərinin artırılması ilə əalaqələndirilər. Belə ki, gömrükdə buğda və un məmulatlarının gömrük rüsumunun qalxmasını da səbəb kimi göstərənlər var.

Digərləri isə bahalaşmanı bu yaxınlarda vergi qanunlarının işə düşməsi, xüsusən də vergidən yayınan sahibkaralara güzəştin olmaması əlaqləndirirlər. Artıq yanvarın 3-dən etibarən un satışı ilə məşğul olan firmalar çörək zavodlarına və xırda müəssisələrə müqavilə və elektron qaimə olmadan un satmayıblar. Bunu da vergi qanunları ilə əsaslandırıblar.

Dünəndən bəzi çörəkbişirmə müəssisələri müqaviləsi olmadığından un satışı ilə məşğul olan firmalardan nağd pulla 1 kisə olsun belə un bilməyiblər. Son vaxtlar bahalaşma amillərindən biri kimi vergi qanunlarının sərtləşməsini də əsas gətirənlər var. Əslində vergi sərtləşməyib, sadəcə vergi qanunlarına riyayət etməyənlərə qarşı sərt addımların atılacağı bildirilir.

Ekspertlər isə hesab edir ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib. Yəni unun bahalaşmasına səbəb kimi dünya bazarlarında baş verən qiymət artımı göstərilir.

Bəllidir ki, Azərbaycanda ərzaq buğdası xaricdən idxal olunur. Dünya bazarında unun qiyməti qalxdığına görə, bu daxili bazara təsir edir. Unun bahalaşmasına səbəb də budur.

İqtisadçı-ekspert Nazim Bəydəmirlinin mətbuata verdiyi açıqlamaya görə, getdikcə həm malların, həm də xidmətlərin qiyməti artacaq: "Əhali daha da kasıblayacaq. Bu işdə Gömrük günahkardı”.

Lakin un satışını həyata keçirən bəzi firmalar bahalaşmanın səbəbi kimi "Karmen”i göstərir.

"Qiyməti "Karmen” qaldırıb. Bu sahədə əsas inhisar bu firmanın əlindədir və bizi də qiyməti onun qoyduğu qiymətlə uyğunlaşdırmağa məcbur edir”, - deyə firmalardan birinin əməkdaşı danışır.

Un bazarını monopoliyaya alan "Karmen” indiyə qədər qiymətləri dəfələrlə süni şəkildə qaldırıb. 2015-ci il manatın məzənnəsinin ucuzlaşmasından sonra bu firma qiymətlərlə oynamağa başladı. Hətta 50 kiloqram unun qiyməti 28-29 manata qədər qaldırılmışdı. Buna görə ciddi etirazlar da baş verdi. Dövlətin müdaxiləsindən sonra unun qiyməti stabil olaraq saxlanıldı. Lakin məlumatlara görə, son 10 gündə "Karmen” qiyməti süni şəkildə artırıb və bazardakı digər formaları da eyni addımı atmağa məcbur edib.

"Karmen” MMC Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əsabil Qasımova məxsusdur. Biznesmen deputat hələ 2016-cı ildə unun qiymətini sürətlə qaldırdığı vaxt mediaya açıqlamasında bildirmişdi ki, "un bazarında inhisarçılıq yoxdur, ölkədə 30-a yaxın un və un məhsulları istehsal edən zavod fəaliyyət göstərir, hər biri ayrılıqda öz məhsulunu bazara çıxarır”.

Lakin adının açıqlanmasını istəməyən un və un məhsulları istehsal edən zavodlardan birinin əməkdaşı Əsabil Qasımovun bazarda "meydan suladığı”nı deyir.

"Bazarda qiymət də daxil olmaqla hər şeyi Əsabil Qasımov müəyyənləşdirir. Sonuncu qiymət artımını da o edib, biz də məcbur olmuşuq artırmağa. Onun dediyini etməsək gərək bazardan çıxaq. Halbuki, un ən strateji ərzaqdır və dövlət başçısı özü dəfələrlə unun qiymətinin artmasına müdaxilə edib. Bu gün 50 kiloqram unu 21-22 manata satsaq, qazanc əldə edə bilərik, lakin Əsabil Qasımov 25 manat və daha artıq qiymətə satdırır”, - deyə un bazarını yaxşı tanıyan mənbə danışır.

Vaxtilə "Heç bir dənə toyuq hinim belə yoxdur” deyən Əsabil Qasımov deputat olsa da, qanunvericiliyə zidd şəkildə bizneslə də məşğuldur.

Araşdırmalara görə, 2010-cu ildə millət vəkili seçilənə qədər Əsabil Qasımov "Karat” MMC şirkətinin prezidenti olub. "2006-cı ildə "Karat” MMC-nin də daxil olduğu "Karat Holdinq" yaradılıb. İki il sonra "Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb. Bu gün "Karat Holdinq”in tərkibinə - "Karat” MTK, "İdeal” MMC, "İzmir” MMC, "Azinvest” tikinti şirkəti, "Everest-M”, "Şin Servis”, "Karmen” MMC, Hökməlidə makaron fabriki, Hökməlidə kisə fabriki; "ASTEL MMC" (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri), taxıl anbarları, Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində dəyirman kompleksləri, "Gəncə Fatoğlu”, Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli "Marina Plaza” oteli, Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray” binası, Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market” daxildir. Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovun adına olmasa da, holdinq onun nzarətində altındadır. Bütün işləri də oğlu tərəfindən idarə olunur.

"Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3 maddəsində deyilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyətilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Bununla yanaşı, "Milli Məclisin deputatının statusu haqqında” Qanunda yazılıb ki, millət vəkilləri elmi-pedaqoji fəaliyyətdən başqa digər fəaliyyətlərlə məşğul ola bilməzlər.

Bu qanunlara məhəl qoymayan Əsabil Qasımov hazırda ən strateji ərzaq olan unun qiymətini süni şəkildə qaldırmaqla əhalidə narazılıq yaradır.
\\miq.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru