“Novxani Katamaran Beach”də insanların həyatı necə riskə atılır... - Buralarda dövlətin qanunları işləmir?
Tarix: 17-07-2018, 10:28 | Çap et
 İsti yay günlərində paytaxt əhalisinin üz tutmaq istədiyi yerlərdən biri də dənizdir. Amma bəzi işbazların əlindən, Tanrı tərəfindən xalqa sərvət olaraq pay edilən dənizdən əhalimiz istədiyi kimi istifadə edə bilmir. Dəniz demək olar ki, başdan-ayağa kimi işbazların “işğalındadır”. Onların yalnız bir amalı var, necə edim ki, yay “sezonundan” istifadə edib özümə külli miqdarda pul qazanım. Əhaliyə xidmət, çimərlikdən istifadə edənlərin təhlükəsizliyi onları qətiyyən maraqlandırmır. Həmin məkan sahiblərini danışdıranda da deyillər ki, dənizdə kim istəyir pulsuz çimə bilər, biz ona mane olmuruq. Dəniz kənarında bütün tərəfi zəbt edən bu işbazların əlindən qumun üstündə oturmağa belə yer tapmayan əhali məcbur qalıb, onlardan bir qabaq stolu və oturacaq stolunu 15 manat ödəyərək götürür.
Əməkdaşlarımız həftə sonu (bazar günü) belə məkanlardan birində gördüklərini qələmə alıblar. Həmin məlumatlarla tanış olduqda məlum olur ki, Novxanıda yerləşən “Novxani Katamaran Beach” adlı çimərlikdə yaşananlar əsl dəhşətdir. Heç bir əsaslandırma olmadan adi günlərdə 10 manata verilən stolu, bazar günü olduğu səbəbindən 15 manata satırlar. Həmin pulun müqabilində hansı xidmətin göstəriləcəyini soruşduqda isə müştərilərə kobud cavab verilir. Buna etiraz edənlər müdriyyətin saxladığı qoluzorlu “oxranalar” tərəfindən məkandan kənarlaşdırılır.

Azinforum.az-ın əməkdaşları həmin məkanda olduqları müddətdə çox maraqlı halın da şahidi olublar. 15 iyun günorta saatlarında bir nəfər qanın içində dənizdən kənara çıxarılıb. Məlum olub ki, həmin şəxs əslən Naxçıvan MR-in Ordubad rayonundan olan “Miriş” kimi tanınan Qarabağ qazisidir. Ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən çimməyin qadağan edildiyinə dair xüsusi qadağan löhfəsinin vurulduğuna baxmayaraq, “Katamaran Beach”in sahibləri bu qadağaya əməl etmir. Elə bu səbəbdən də, insan həyatı üçün təhlükəli olan belə ağır xəsarətlərin “Katamaran”da tez-tez olduğu bildirilir. “Miriş” də bunu bilməyib dənizə kəllə vuranda başından və burnundan çox ağır xəsarət alıb və nəticədə onu qan aparıb.

Həmin məkanın icraçı şefi kimi özünü qələmə verən Şahin adlı bir nəfər “Mirişin” vəziyyətinin ağır olmasına baxmayaraq, təcili yardım çağırmağa imkan verməyib ki, birdən “obyektin” adı qeydiyyata düşər və onların ünvanına “ÇP” yazılar. Xeyli qan itirəndən sonra “Miriş”in ürəyi gedir və o hüşsuz vəziyyətdə yerə yıxılır. Obyektin rəhbəri olan Şahinin həkimlik səyləri nəticə vermədiyindən, ətrafdakılar ölümcül vəziyyətdə olan “Mirişi” xilas etmək üçün, özləri təcili yardım çağırır və nəticədə hadisə yerinə gələn təcili yardım maşını xərəkdə “Mirişi” götürüb xəstxanaya aparırlar. Onun ölüb və ya qaldığı barədə məlumatımız yoxdur, ancaq müşahidəmiz nəticəsində gördük ki, Şahin həmin hadisədən elə də əndişələnmədi. Əksinə, daha da şıdrığı alver etməyə başladı. Həmin məkanda yemək də satırlar. Ancaq maraqlıdır ki, sonda gətirilən hesab çekində ümumi hesabın 10 faizi məbləğində xidmət haqqı tələb edilir. Yenə də anlaşılmaz vəziyyət yaranır. 15 manata boş stol satıb, bunu xidmət kimi qeyd etmək hara, ümumi hesabdan 10 faiz xidmət haqqı tutmaq hara? Bütün bu iradlara Şahinin bir cavabı olur: “Bu obyektin yiyəsi naxçıvanlıdır, arxası da bərkdir, gedin hara istəyirsiniz şikayət edin”. Soyğunçuluq bununla da bitmir. Dənizdən çıxan adam qumunu təmizləyib, paltarını dəyişmək də ona bir manata başa gəlir. Və ən nəhayət qapıdan çıxanda da sizin maşının qabağını kəsib bir manat dayanacaq haqqı tələb edirlər. Bütün bu yaşananlar faktdır və yazılanların sübutuna aid fotoları da təqdim edirik. Araşdırmamız zamanı o da məlum oldu ki, sözügedən obyekt həqiqətən də, əslən Naxçıvandan olan bir iş adamına məxsusdur. Keçən ilə kimi, məkanı həmin adamın özü işlədib və obyektdə indiki mənzərə hakim olmayıb. Hazırda “Katamaran”ı əslən Qəbələ rayonundan olan icarədarlar işlədir. Barəsində danışdığımız Şahin də həmin icarədarlardan biridir. Bir fakta da əmin olduq ki, sözügedən məkana əlaqədar dövlət qurumlarının mütləq baş çəkib, ölçü götürmələri vacibdir. Yoxsa, ora gedən hər bir adam sabahın potensial “Mirişi” ola bilər və qanı da batar…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|