"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                 

“Dazbaşları töküb səni ölənədək döydürəcəyik” - GİLEY
Tarix: 22-06-2018, 09:34 | Çap et
“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”
“Körpə balalarımı kənddə erməni ilə ilə üz-üzə qoyub ASC-nin qapılarında qalmışam. Zəhmət haqqımı tələb etdiyim üçün gah təhqir olundum, gah da hücuma məruz qaldım”.

Bu sözləri redaksiyamıza üz tutan şikayətçi Tovuz rayonu Əsrik Cırdəxan kəndinin sakini Etibar Alıyev deyir. O bildirir ki, artıq neçə aylardır “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən nə özünün, nə də rəhbərlik etdiyi briqadanın fəhlələrinin əmək haqqını ala bilmir: “Mən 2017-ci ilin may ayından etibarən Tovuz rayonu Kürçayı sahilində Azərbaycan Respublikası “Ərzaq məhsullarının tədarükü və təchizarı” ASC-nin əməkdaşları Vəli Əmirov və özünü sədr müavini kimi təqdim etmiş (meyvəli bazarının direktoru) Anar Novruzovun sifarişi əsasında 7 (yeddi) ədəd müasir standartlara uyğun istixana kompleksi ,böyük həcmli anbar binası, yeməkxana binası, su hovuzunun bünövrəsi, 3 (üç) km-dən çox geniş zolaqlı avtomobil yolu və mühafizə səngərinin tikintisini gerçəkləşdirən 60 (altmış) nəfərdən çox tikinti-quraşdırma briqadasına rəhbərlik eləmişəm. Ümumilikdə 332 572 manat məbləğində tikinti-quraşdırma işləri görülüb. Bu işlərdən də fəhlələrə 35 892 manat məbləğində əmək haqqı borcu qalmışdı. Amma ASC əməkdaşları müxtəlif bəhanələr gətirərək bu məbləği ödəməkdən imtina edirlər”.

“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”

Şikayətçi deyir ki, həmin məbləği tələb etdiyi üçün onun başına olmazın oyunları gəlib: “Haqqımızı tələb etdiyimə görə, sədr müavini Anar Novruzovla oranın əməkdaşı Nazim Məmmədov mənə dedilər ki, “sən bizdən bu borcu tələb edə bilməzsən, əgər susmasan, dazbaşları töküb səni ölənədək döydürəcəyik, lazım gəlsə, həbsə atdıracayıq, bizə heç heç nə eləyə bilməz. Nazim Məmmədov deyir ki, bura mən uzun müddət hüquq-mühafizə orqanlarında işləmişəm, səni şərləyib döydürüb, sonra haqqında cinayət işi qaldıracayıq”.

E.Alıyev bildirir ki, onlara çatacaq məbləğin ödənməməsi üzündən birgə çalışdığı fəhlələrlə də arasında gərginlik yaranıb: “Mən Bakıya əmək haqqı borcunu almağa gəldiyim vaxt fəhlələr evimə hücum eləyiblər. Tez-tez söyüş dolu telefon zəngləri almışam. Üstəlik ASC-əməkdaşları da məni hədələdikdən sonra ağır stress keçirdim, səhhətim ağırlaşdı, klinik ölüm həddinə gəldim”.

Daha sonra o, məsələ ilə bağlı daha yuxarı instansiyalara- Respublika prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Respublika Baş Prokurorluğuna və millət vəkili Qənirə Paşayevaya müraciət edib: “Çox ciddi mübahisə və münaqişələrdən sonra ASC-nin əməkdaşları qalıq borcun 16000 (on altı min) manatını verdilər. Mən də bu məbləğlə 38 fəhlənin əmək haqqını ödədim. Amma qalan məbləğ ödənmədi”.

“Şərtimizə əməl et, əmək haqqını ödəyək”

Şikayətçi iddia edir ki, düşdüyü çətin və gərgin vəziyyətdən istifadə edərək ona iltizam yazdırıblar: “Mən qalan borcla bağlı təkrar cənab Prezidentə, Birinci Vitse Prezidentə , “Ərzaq məhsullarının tədarükü və təchizarı” ASC-nin sədri Əbülfət Qocayevə və Daxili İşlər Naziri cənab Ramil Usubova teleqramlar ünvanladım. Teleqramlardan sonra ASC-nin əməkdaşları və Anar Novruzov məni çağıraraq dedilər ki, vurduğun teleqramlar respublikanı ayağa qaldırıb. Sənin əmək haqqı borcunuzu biz bütünlükə ödəyəcəyik, amma bir şərtimiz var, gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyinə izahat verməlisən ki, qalıq əmək haqqı borcunu almısan, şikayətin araşdırılması dayandırılsın.. Bundan sonra onlar mənə əmək haqqı borcunun 8200 (səkkiz min iki yüz) manatını verdilər. Mən o məbləğlə də fəhlələrin qalıq əmək haqqını bir hissəsini ödədim. Hazırda ASC-nin biz fəhlələrə 11692.45 (on bir min altı yüz doxsan iki 0. 45) manat qalıq əmək haqqı borcu qalıb ki, onu da ödəməkdən qəti şəkildə boyun qaçırırlar. Onlar məni aldadaraq çox çətin duruma saldılar. Mən onların məbləği ödəyəcəklərinə inanıb izahat yazdım. Amma onlar məni aldatdılar, borcu tam vermədilər. Hazırda 11692.45 (on bir min altı yüz doxsan iki) manat məbləğində borc öhtəliyi mənim üzərimdə qalıb”.

“ASC əməkdaşlarından imtina edir?”

Şikayətçi deyir ki, ASC-nin onlara təqdim etdiyi sənədlərdə isə tamam başqa mənzərə ortaya çıxır.

Belə ki, 13.02.20018-ci ildə verilmiş sənəddə “Həmin ərazidə tikilən istixana kompleksi, anbar və digər tikililərin Cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin tikililərin inşası ilə bağlı Cəmiyyət tərəfindən heç bir sifariş verilməyib, E.Alıyev, nə də digər şəxslərlə əmək müqaviləsi imzalanmayib” sözləri qeyd olunub.

Digər- 23.04.2018-ci ildə verilən sənəddə isə şikayətçinin adlarını çəkdiyi şəxslərin ümumiyyətlə ASC-də çalışmadığı bildirilib. Şikayətçiyə də məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilib.

Şikayətçinin əlaqədar qurumlardan həm də buna aydınlıq gətirilməsini istəyir: “Prezidentə göndərdiyim tleqram və müraciətlərimdən sonra ASC məsuliyyəti öz üzərindən atmaq üçün bizə fərqli məzmunda məktub göndərdi. Məktubda yazdılar ki, guya tikililəri onlar sifariş verməyib, heç bir şəxslə əmək və podrat müqaviləsi də bağlamayiblar. Halbuki, biz bütün sifarişləri və sərəncamları ASC-nin əməkdaşlarından almışıq”.

Şikayətçi deyir ki, əmək müqaviləsinin bağlanması üçün adıçəkilən şəxslərə çox israr edib. Amma onlar heç kəslə əmək və ya podrat müqaviləsi bağlamadıqlarını deyiblər: “Onlar mənə dedilər ki, sən fəhləsən, get, işini gör. Hər şeyi özümüz həll edəcəyik. Müqavilə də bizlikdir, vergi də...”

“Məni ASC-nin qapısından içəri buraxmırlar”

E.Alıyev məsələ ilə bağlı ASC-nin rəhbəri Əbülfət Qocayevlə də görüşməyə çalışıb: “Məni ASC-nin qapısından içəri keçməyə qoymurlar. Hər dəfə qapıdakı polis qabağımı kəsib deyir ki, sən ASC-dən şikayət eləmisən, içəri girə bilməzsən. Düşünürəm ki, bizim əməhaqqımızı kəsənlər yəqin sədrə də yanlış məlumat veriblər. Məsələdən onun xəbəri yoxdur. Mənə deyirlər ki, sədrlə görüşmək üçün Anar Novruzovdan icazə almalısız. Mən anlamıram, sədrlə görüşə bilmirəm, şikayətimizi araşdıran, məhəl qoyan yoxdur. Biz nə eləmişik? Adam öldürməmişik, cinayət eləməmişik. Zəhmətlə çalışmışıq, indi də halal əməhaqqımızı, alın tərimizin pulunu istəyirik”.

E.Alıyev qəzetimiz vasitəsilə bir daha prezident İlham Əliyevə səslənərək onlara yardım etməsini xahiş edir: “Cənab Prezident! Halal zəhmətiylə çörək qazanan insanların haqqını almanıza yardımçı olmanızı rica edirəm. Bu məsələdə yeganə sizə ümid bəsləyirəm. Biz fəhlələrin 11692 manat məbləğində qalıq əmək haqqının mənimsənməsinə icazə verməyin”.

Sözügedən məsələdə adı çəkilən şəxslərdən öncə Anar Novruzovla əlaqə saxlamaq istədik. Təəssüf ki, o, telefonlarımızı cavablamadı.

Daha sonra Vəli Əmirovu aradıq. O, isə sözügedən məsələ haqda suallarımızı belə cavabladı: “Etibar Alıyevin dediyi məsələnin Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinə heç bir aidiyyatı yoxdur. Sadəcə, vaxtilə bizim cəmiyyətin işçisi olan fiziki şəxs, kənar bir adam kimi orda fabrik qurmaq istəyirdi, orda bəzi problemlər vardı. O problemlə əlaqədar mən də gedib o şəxsi də, şikayətçi Etibar Alıyevi də çağırıb məsələni həll etmişəm”.

“Həmin adam kimdir” sualına cavab olaraq cəmiyyət təmsilçisi bunları dedi: “O Natiq Hacıyev adlı şəxsdir. Hazırda o şəxs Azərbaycanda yoxdur. Mən regional idarələrin kurartoru kimi bu məsələ ilə bağlı Tovuza getmişəm, həm Etibar Alıyevi, həm də o şəxsi çağırıb məsələ ilə bağlı söhbət eləmişəm. Sadəcə,istəmədim ki, bizim regional idarənin adı hardasa hallansın. Ona görə də o vaxt Tovuza, maraqlandım. Ona da dedim ki, Etibar, narahat olma, sənin bu adamda bir manat pulun qalmayacaq. Elə də oldu. Problem həll olundu, qurtardı. İndi bu işin mənə aidiyyatı yoxdur. Ondan sonra oranı kim tikdirib, kim işlədib, onun bizə, Səhmdar Cəmiyyətə heç bir aidiyyatı yoxdur”.

V.Əmirov dedi ki, nə Natiq Hacıyevin, nə də başqasının E.Alıyevə bir manat borcu qalmayıb: “O borcların hamısı ödənilib, Natiq Hacıyev sonradan oranı kimə verib, kim tikib, mən bilmirəm. Yenə də deyirəm, nə başlanğıcda, nə də sonra bu adamın, o tikililərin bizim cəmiyyətə aidiyyatı olmayıb. Sadəcə, o adam bizim cəmiyyətdə regional idarənin rəisi işləyirdi. O da bəzi məsələlərə görə ərizəsini yazıb çıxdı getdi”.

“E.Alıyevə ASC-dən verilən sənəddə şikayətçinin adının çəkildiyi şəxslərin orda çalışmadığının qeyd olunmasına isə V.Əmirov belə münasibət bildirdi: “Mən ASC-nin əməkdaşıyam. O işin mənə aidiyyatı olmadığı üçün belə cavab verilib”.

E.Alıyevin Anar Novruzovla onun hədələnməsinə gəlincə, ASC təmsilçisi bunu tamamilə təkzib etdi: “Bunlar yalan, böhtan və şərdir. Belə bir şey olmayıb”.
Hurriyyet.org


“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”
“Dazbaşları töküb səni ölənədək döydürəcəyik”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru