Azərbaycan Dövlət Neft və Sənaye Azərbaycan Universitetində kütləvi narazılıq - İTTİHAM
Tarix: 21-06-2018, 10:12 | Çap et
 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstilik energetikası mühəndisliyi" kafedrasının bir qrup müəllimi Rubrika.az saytına müraciət edərək kafedra müdiri Sevinc Babayevadan şikayətlərini bildirirlər. Müraciət müəllifləri bildirir ki, S. Babayevanın kafedraya rəhbər təyin edilməsinin özü belə qanunsuz baş tutub. Heç bir seçki keçirilmədən bilavasitə təyinat yolu ilə kafedraya müdir gətirilən S. Babayevanın təyinatından dərhal sonra kütləvi narazılıqlar başlanılıb. Kollektivlə işləməyi bacarmayan, yalnız öz iradəsini həyata keçirməyə çalışan S. Babayeva barəsində dəfələrlə rektora, dekana şikayətlər edilsə də heç bir nəticə əldə olunmayıb. Artıq iki ilə yaxındır ki, rektor Mustafa Babanlı, dekan Zakir müəllim sadəcə edilən şikayətləri yola verməklə məşğuldurlar, bütöv bir müəllimlər ordusunun fikirləri heçə sayılır, onların tələblərinə məhəl qoyulmur. Şikayətçilər bildirirlər ki, S. Babayevanın təyinatının ilk günlərində kütləvi narazılıqlar başlanmışdı. Kafedranın demək olar ki, bütün müəllimlıəri ayağa qalxaraq bu təyinata etiraz etsələr də, rektor Mustafa Babanlı kafedra əməkdaşlarını qəbul edərək hər şeyin yaxşı olacağına, onların tələblərinin yerinə yetiriləcəyinə söz verib. Ancaq bu vədlərin verilməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq heç bir dəyişiklik baş verməyib. M.Babanlı nədənsə kafedra əməkdaşlarının fikirlərinə, tələblərinə məhəl qoymur, hər vəchlə S. Babayevanı müdafiə edir. Rubrika.az saytına müraciət edən şikayətçilər Sevinc Babayevanın kafedraya düzgün rəhbərlik etmədiyini, öz əməlləri ilə kütləvi narazılıqlar formalaşdırdığını bildirirlər. S. Babayeva öz işinin mahiyyətini dəqiq bilmir, onun rəhbərliyi kafedranın bütün fəaliyyətini iflic edib. Ümumi işin ziyanına atdığı addımlar, müəllimlərin fikirlərinə məhəl qoyulmaması, yalnız öz bildiyini etmək S. Babayevanın iş üslubudur. Onun qeyri-adi ekspermentlərinin isə nəyə xidmət etdiyini yəqin ki, özündən başqa bilən yoxdur. Belə ki, rus bölməsinə Azərbaycan dili dərsləri, Azərbaycan dili bölməsinə isə rus dili dərsləri verməsinə müəllimlər nə qədər çalışsalar da heç bir məntiqi izah tapa bilmirlər. Bu barədə kafedrada dəfələrlə kütləvi narazılıqlar baş versə də rəhbərlik heç bir tədbir görməyib, müəllimlərin fikirlərinə məhəl qoyulmayıb.
Şikayətçilər ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Ceyhun Bayramova müraciət edərək vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər. Onların sözlərinə görə dekan Zakir müəllimin vəziyyətə müdaxilə etmək imkanı yoxdur, konkret olaraq mövcud vəziyyət onun imkanları xaricindədir. Universitetin rektoru M. Babanlı isə bütün tələblərə, etirazlara baxmayaraq S. Babayevanı müdafiə etməkdə davam edir. Müraciət müəllifləri bildirirlər ki, onların tələblərinə məhəl qoyulmazsa yeganə çıxış yolu kimi ərizə yazıb kütləvi surətdə işdən getməyi düşünürlər. Çünki illərdir ki, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinin alimlərinin müraciətlərinə, şikayətlərinə məhəl qoyan yoxdur. Bütöv bir ziyalı kontingentinin fikirləri bir şəxsin maraqlarına qurban edilir. Görəsən o hansı əlahiddə səbəblərdir ki, bütöv bir kafedranın fəaliyyətini iflic etməsinə baxmayaraq S. Babayevanı toxunulmaz edib ? Mustafa Babanlı universitetin əməkdaşlarının tələblərini niyə bir nəfərin maraqlarına qurban verir ?
Yəqin ki, tezliklə bütün bu suallara cavab tapılacaq. Mövzunu diqqətdə saxlayacağıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
• “Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42 |
|
|
|
• Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
|