GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                     Zəngəzur dəhlizi... .....                     Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq .....                     Nəqliyyat şirkətinə yeni sədr seçiləcək .....                     “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu .....                     "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." .....                     Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                 

Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib - İTTİHAM
Tarix: 10-05-2018, 08:54 | Çap et
Heydər Əsədov bu işdə Aydın Əliyevlə ortaq hərəkət edib
Bu gün qeyri-neft sektorunun, əsasən də iqtisadiyyatın ayrılmaz hissəsi olan kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, o cümlədən regionlarda yaşayan insanların məşğulluğunda xüsusi əhəmiyyət kəsb edir. Məhz elə bu səbəbdən də son illər ərzində kənd təsərrüfatının ənənəvi sahələrindən olan maldarlığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib.

Yəni aqrar sektorun inkişafı üçün dövlət tərəfindən yetərincə dəstək verilib, bu sahəyə cavabdeh olan qurum - Kənd Təsərrüfatı Nazirliyi maliyyə vəsaitiylə artıqlamasıyla təmin olunub. Lakin buna baxmayaraq, hazırda ölkənin kənd təsərrüfatı iflic vəziyyətdədir və heç bir irəliləyişdən söhbət gedə bilməz. Bunun məsuliyyəti isə birbaşa keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun üzərinə düşür. Çünki o, vəzifədə olduğu 5 il (2013-2018-ci illər-red.) ərzində rəhbərlik etdiyi sahənin inkişafına, fermerlərin problemlərinin həllinə, dövlət tərəfindən ayrılan subsidiyaların tam şəkildə ünvanına çatdırılmasına nail ola bilməyib. Elə buna görədir ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimov vəzifəsinin icrasına başlayar-başlamaz Heydər Əsədovun zamanında mövcud olan neqativ halların aradan qaldırılması, o cümlədən fəaliyyəti dövründə kobud nöqsanlara yol vermiş vəzifə sahiblərinin Kənd Təsərrüfatı Nazirliyi sistemindən uzaqlaşdırılması istiqamətində konkret tədbirlərə start verib. Belə ki, İnam Kərimovun nazirliyin ən çox korrupsiyalaşmış strukturu kimi xarakterizə olunan "Aqrolizinq" ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırması, bunun ardınca isə Kənd Təsərrüfatı Nazirliyinin digər strukturlarında ciddi yoxlamalara başlaması bunu bariz sübutudur.

Bu arada, nazirlikdəki mənbənin azpolitika.info-ya verdiyi məlumata görə, İnam Kərimovun "Aqrolizinq"dən sonra əsas diqqəti Dövlət Baytarlıq Xidmətinə yönəlib. Mənbə iddia edir ki, hazırda nazir bu xidmətin rəhbərliyinin fəaliyyətini qiymətləndiri: "Elə ilk araşdırmalar nəticəsində bu xidmətin də çox ciddi şəkildə korrupsiyaya bulaşdığı öz təsdiqini tapıb. Məsələn, məlum olub ki, xidmətin rəhbərliyi ətlik mal-qara idxalçıları ilə işbirliyi quraraq, ölkəyə gətirilən ətlik mal-qaranın çox əhəmiyyətli hissəsini damazlıq kimi sənədləşdirib. Bilirsiniz ki, ölkəyə gətirilən damazlıq mal-qara gömrük rüsumundan azaddır. Baytarlıq Xidməti rəhbərliyinin işbazlarla bu işbirliyi dövləti külli miqdarda ziyana salsa da, əksinə, onların özlərinə milyonlar qazandırıb". Məlumatda qeyd olunur ki, belə faktlar yüzlərlədir və buna görə də yaxın günlərdə yeni nazirin Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovla bağlı qərar verəcəyi gözlənilir. Məhz bu mövzu ilə bağlı musavat com-a danışan mənbə isə bildirib ki, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: "Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır". Verilən informasiyaya görə, Azər Süleymanov Dövlət Baytarlıq Xidmətinin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur.

Gördüyünüz kimi, ortada Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı kifayət qədər ciddi korrupsiya faktları var və bu olaylar keçmiş nazir Heydər Əsədovun zamanına təsadüf edir. Bundan başqa, Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovun Heydər Əsədovun razılığı və ya xəbəri olmadan ətlik mal-qaranın böyük bir hissəsini gömrük rüsumundan yayındırmaq məqsədiylə damazlıq kimi sənədləşdirməsi inandırıcı deyil. O da danılmaz faktdır ki, Dövlət Gömrük Komitəsinin "xeyir-duası" alınmadan heç kim bu qədər ətlik mal-qaranı damazlıq kimi sənədləşdirə bilməz. Görünən odur ki, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov bu işdə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevlə ortaq hərəkət edib. Əks halda, Dövlət Gömrük Komitəsinin əməkdaşları ətlik mal-qaranın damazlıq kimi sənədləşdirilməsinə və bu yolla külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasına göz yummazdılar. Deməli, ortada öncədən əldə olunmuş razılaşma var. Və bu razılaşmaya əsasən tərəflərin hər biri yetərincə gəlir əldə edib. Əgər belə olmasaydı, o zaman Dövlət Gömrük Komitəsi Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə "dərman mafiyası"na qarşı mübarizə apardığı kimi, ətlik mal-qaranın damazlıq kimi sənədləşdirilməsinə şərait yaradanlara qarşı da müvafiq tədbir görərdi. Yeri gəlmişkən, məlumat üçün bildirək ki, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Kamran oğlu Məmmədova məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri isə bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 faizi dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər. DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Beləliklə, yuxarıda qeyd olunan məlumatdan da aydın şəkildə görünür ki, Dövlət Gömrük Komitəsi "dərman mafiyası"na qarşı mübarizə məqsədiylə Baş Prokurorluq və DTX ilə əməkdaşlıq edib, nəticədə dövlət qeydiyyatından keçməyən, külli miqdarda qanunsuz dərman vasitələrinin aşkarlanmasına, o cümlədən komitənin nəzdində fəaliyyət göstərən qurumların rəhbər şəxslərinin qanunamüvafiq formada cəzalandırılmasına şərait yaradıb. Təbii ki, əgər marağında olsaydı, o zaman Dövlət Gömrük Komitəsi ətlik mal-qaranı damazlıq kimi sənədləşdirən və bu yolla külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındıranlara da göz yummazdı. Əgər adıçəkilən qurum bunu görməzdən gəlibsə, deməli, bu faktın özü sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov və Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovun bu işdə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevlə ortaq hərəkət etdiyini deməyə əsas verir.

Ümumiyyətlə, heç kimə sirr deyil ki, son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinə büdcədən külli miqdarda vəsait ayrılıb. Heydər Əsədov isə öz növbəsində, hələ nazir təyin olunmamışdan öncə Kənd Təsərrüfatı Nazirliyindəki mənimsəmə mexanizmlərindən yetərincə məlumatlı idi. Çünki o, Hesablama Palatasının sədri olduğu dönəmdə Kənd Təsərrüfatı Nazirliyini, "Aqrolizinq" ASC-ni, Dövlət Baytarlıq Nəzarəti və Fitosanitar Nəzarəti xidmətlərini yoxlamışdı. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyi və onun nəzdindəki strukturlarda aşkarlanan korrupsiya mexanizmləri Heydər Əsədova yaxşı tanış idi. Məhz buna görə də o, nazir kleslosunda əyləşər-əyləşməz "Aqrolizinq" ASC-nin, Dövlət Baytarlıq Nəzarəti və Fitosanitar Nəzarəti xidmətlərinin, eyni zamanda regional və rayon şöbələrinin rəhbərlərini dəyişib öz komandasını formalaşdırdı. Son nəticədə, komanda dəyişsə də, mənimsəmə mexanizmi olduğu kimi qaldı. Elə bu səbəbdəndir ki, kənd təsərrüfatının inkişafı həmişə büdcədə kifayət qədər yüklü sahələrdən olub. Statistik məlumatlar da məhz bunu deyir. Məsələn, təkcə 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi üzrə 12 milyon, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə (KTL KİEDX) 594,7 min, Baytarlıq və Fitosanitar xidmətlərə uyğun olaraq 520,9 min və 380,8 min, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (BSQ TNDX) 383 min manat ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596,6 milyon ayrılıb. Bunun da 570,4 milyonu kənd təsərrüfatına, 11,1 milyon birbaşa nazirliyə, 1,5 milyon BSQ TNDX-yə, 22.1 milyon Baytarlıq, 3,9 milyon Fitosanitar xidmətlərə verilib. Kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186,2 milyon manat ayrılıb. Həmin dövrdə maddi-texniki təminatın möhkəmləndirilməsi 50 milyon, islahatlar 30 milyon, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 8,9 milyon, meşə təsərrüfatı 11,6 milyon, KTL KİE DX-yə (aqrar sektora kreditlərin verilməsi) də 5 milyon vəsait hesablanıb. 2017-ci ilin dövlət büdcəsində də bu sahəyə ayrılan maliyyə 517,4 milyon manat olub. Vəsaitin 479,2 milyonu sırf kənd təsərrüfatı üçün nəzərdə tutulub. Nazirliyə bu puldan 10,8 milyon, BSQ TNDX-yə 1,6 milyon, Dövlət Baytarlıq Xidmətinə 25,3 milyon, Dövlət Fitosanitar Nəzarəti Xidmətinə 4,3 milyon, kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə də 190,2 milyon ayrılıb. Yəni, bir çox sahələr üzrə ayrılan vəsaitdə artım olub. Üstəlik, prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi 20,4 milyon manat alıb.

Gördüyünüz kimi, təkcə son iki il ərzində büdcədən Kənd Təsərrüfatı Nazirliyinə milyonlarla manat vəsait ayrılıb. Lakin buna baxmayaraq, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov üzərinə düşən vəzifəni layiqincə icra edə, ölkə başçısının etimadını doğrulda bilməyib. Əslində, bu məsələdə Hesablama Patalası və Maliyyə Nazirliyinin də üzərinə yetərincə məsuliyyət düşür. Çünki dövlət büdcəsindən ayrılan vəsait məhz Maliyyə Nazirliyinin vasitəsiylə Kənd Təsərrüfatı Nazirliyinə köçürülür. Buna görə də Maliyyə Nazirliyi Heydər Əsədovun və kadrlarının ayrılan pulların necə və hara xərclədiklərinə nəzart etməli idi. Hesablama Palatasına gəlincə, bu qurum təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı olduğundan, mütləq, büdcədən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib xərclənmədiyini yoxlamalı idi. Buradan da belə çıxır ki, Hesablama Patalası və Maliyyə Nazirliyi hansısa səbəbdən sabiq nazir Heydər Əsədovun zamanında yeyintilərə yol verilməsinə ya şərait yaradıb, ya da olub-bitənlərə göz yumub.

Bu arada, ölkəyə gətirilən ətlik mal-qaranın böyük bir hissəsinin damazlıq kimi sənədləşdirilməsi məsələsi ilə bağlı mövqeyini öyrəndiyimiz kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov hesab edir ki, mövcud qanunvericilik məmurlar arasında hər hansı sövdələşmənin olmasına və bunun nəticəsində dövlətə külli miqdarda ziyan dəyməsinə imkan verməməlidir: "Əgər belə bir sövdələşmə olubsa, o zaman burda digər qurumların, o cümlədən qayda və qanunlardan yayınan, müəyyən maxinasiyalara yol verən, dövlətə ziyan vuran məmurların da günahı var. Daha doğrusu, burada cinayət əməli var. Əlbəttə buna yol verilməməli idi. Ümumiyyətlə, biz hələ bir müddət əvvəl açıqlamışdıq ki, kəsim üçün gətirilən heyvanları elə qiymətə sənədləşdirirdilər ki, adam təəccüblənməyə bilmir. Məsələn, 150 kq təmiz ət verən cöngəni 30 manata sənədləşdirirdilər. 15-16 kq təmiz ət verən qoyunu isə 9-10 dollara sənədləşdirirdilər. Bu isə mümkün deyil. Deməli, bunlar arasında müəyyən sövdələşmə olurdu və sonda bu cür cinayət işinə gedirdilər. Əgər Kənd Təsərrüfatı Nazirliyi hansısa sahibkara Gürcüstandan, Rusiyadan və ya Ukraynadan ətlik üçün gətirdiyi heyvanın guya damazlıq heyvan kimi sənədləşdirilməsinə şərait yaradıbsa, o zaman buna görə həm adıçəkilən nazirlik, həm də bu işdə əli olan digər qurum və şəxslər məsuliyyət daşımalıdır".

Ekspertin sözlərinə görə, ətlik mal-qaranın bir hissəsinin damazlıq kimi sənədləşdirilməsi nəticəsində artıq ət istehsalı yerli sahibkarlar üçün demək olar ki, o qədər də ciddi maraq kəsb etmir: "Yəni elə şərait yaradıblar ki, artıq ət istehsalı bizim sahibkarlar üçün maraqlı deyil. Çünki bu iş onlara ziyanla başa gəlir. Buna görə də onlar xaricdən daha ucuz ət gətirirlər. Qeyd edim ki, bu ilin 3 ayında kəsim üçün gətirilən mal-qaranın sayı 3 dəfədən çox artıb. O cümlədən ət idxalı da artıb. Yəni ətlik mal-qaranın bir hissəsinin damazlıq kimi ucuz qiymətə sənədləşdirilməsi daxili bazara ciddi şəkildə təsir edib, yerli istehsalın qarşısını alıb. Odur ki, burda həm cinayət əməli var, həm də ölkə iqtisadiyyatına maliyyə və gələcək perspektiv baxımından ciddi ziyan vurulub. Bu səbəbdən də, düşünürəm ki, aidiyyatı qurumlar mütləq bu məsələyə lazımı şəkildə reaksiya verməlidir".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Bu gün, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Bu gün, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Bu gün, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Bu gün, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Bu gün, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Bu gün, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Bu gün, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Bu gün, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Bu gün, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Bu gün, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Bu gün, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Bu gün, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Bu gün, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Bu gün, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Bu gün, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Bu gün, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Bu gün, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Bu gün, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Bu gün, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Bu gün, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Bu gün, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Bu gün, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Bu gün, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Bu gün, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Bu gün, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Bu gün, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Bu gün, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Bu gün, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Bu gün, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru