Adil Vəliyevdən YENİ TƏYİNATLAR .....                     Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. .....                     Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi .....                     Elnur Şükürov azadlığa çıxdı .....                     Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? .....                     Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq .....                     İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... .....                     "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" .....                     Ermənilərin gözü yenə orda-burda .....                     Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir .....                     Paytaxtda “at oynadan” MTK-lar .....                     Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar .....                     Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu .....                     İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir .....                     Daha bir ekspert Əmrullayevi TOPA TUTDU .....                     Görün, millətə nə yedirdirlər... .....                     Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək .....                     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” .....                     Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ .....                     "Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" .....                     "Bağlamamı 40 gündür göndərmirlər" .....                     "Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.." .....                     Boran Əzizli təhsil nazirini haqlı saydı .....                     Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər .....                     Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? .....                     “Həsən Turabovun mənə şərait yaratması yalandır” .....                     Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq .....                     Biləsuvarda Heydər Əliyevin abidəsini .....                     Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir .....                     Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb .....                     Xarici kəşfiyyatlar, daxili təxribatlar... .....                     DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq .....                     Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                 

“Daşkəsən Filizsaflaşdırma”nı özəlləşdirməyə qoymayan gizli əl - İDDİA
Tarix: 15-12-2017, 09:10 | Çap et
“Daşkəsən Filizsaflaşdırma”nı özəlləşdirməyə qoymayan gizli əl
Gələn ay “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi üçün elan edilmiş investisiya müsabiqəsinin müddəti bitir. Vaxtilə SSRİ miqyasında iriliyinə görə fərqlənən bu müəssisə son bir ildə artıq 5-ci dəfədir bu cür müsabiqə predmeti olsa da, özəlləşmə baş tutmur: sonuncu müsabiqə avqustda nəticəsiz başa çatıb.

Bir çox mütəxəssislər kombinatı almağa marağın olmamasının hökumətin müəyyənləşdirdiyi özəlləşdirmə şərtlərinin ağırlığından irəli gəldiyini deyirlər. Onlar hökumətin potensial alıcı üçün müəyyən təminatlar verməsini məqsədəuyğun sayırlar. Məsələ burasındadır ki, özəlləşmə şərtlərinə görə, kombinatı alan şirkət onun istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klaster yaratmalıdır. Bundan ötrü ümumi həcmi 600 milyon dollardan az olmayan beşilliik investisiya proqramı təqdim edilməlidir. Bundan əlavə, səhmdar cəmiyyətin alıcısı həmçinin dövlət büdcəsinə azı 100 milyon manat pul ödəməlidir. Hökumət isə müstəqil mütəxəssislərdən fərqli olaraq, şərtləri real və ədalətli hesab edir. Hər halda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssis iradlarına cavab olaraq verdiyi açıqlamada belə qeyd olunur. Açıqlamada o da deyilir ki, özəlləşdirməni ƏMDK tək deyil, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası və Daşkəsən rayon İcra Hakimiyyətinin təmsilçilərindən ibarət müsabiqə komissiyası aparır.

Qeyd olunmalıdır ki, müəssisənin investisiya müsabiqəsi üsulu ilə satışı nəzərdə tutulduğuna görə müsabiqədə iştirak edəcək yerli və xarici şirkətlərdən ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Təklif olunacaq investisiya proqramı ölkə daxilində xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən inteqrasiya olunmuş polad zavodlarının tikintisini əhatə etməli, bölgədə ən az 1000 nəfər yeni iş yeri açılmasına şərait yaratmalıdır.

Maraqlıdır ki, “Daşkəsən Filizsaflaşdırma” ASC son 14 ildə iki dəfə xarici investorlara (“Aldex Limited”, Britaniya, “Det.Al Metal Limited”, BƏƏ) satılıb. Lakin hər özəlləşdirmənin nəticələri ləğv olunub. 2013-cü ildə kombinatın bazasında səhmləri dövlətə məxsus “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradılıb və üç il sonra ləğv edilib. 2011-ci ildə kombinat Birləşmiş Ərəb Əmirliklərində yaradılmış “Det.Al Metal Limited” şirkətinin nəzarətində olarkən, burada 214 min ton dəmir filizi konsentratı istehsal olunmuşdu. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə istehsal 25 min tona düşüb.

2013-cü ildə “Baku Steel Company” MMC ilə Almaniyanın “Siemens” şirkəti arasında anlaşma memorandumu imzalanıb. “Siemens” şirkətinin vitse-prezidenti Alferd Pisinger və “Baku Steel Company”nin (BSC) Müşahidə Şurasının sədri Rasim Məmmədovun imzaladığı anlaşma memorandumunda bildirilir ki, Daşkəsəndə mövcud filiz saflaşdırma kombinatının yerində illik hasilatı 5 milyon ton dəmir konsentratı olan müasir tipli filiz saflaşdırma kombinatı inşa ediləcək. BSC isə yeni metallurgiya güclərinin tikintisinə 300 min avro investisiya qoymaq niyyətində olduğunu açıqlayıb. Lakin sonradan məlum olub ki, hökumətin bu müqavilədən xəbəri belə yoxdur. Bununla bağlı ƏMDK-dan verilən açıqlamada heç bir özəl şirkətin dövlət müəssisəsi üzrə başqaları ilə hər hansı müqavilə imzalamaq səlahiyyətinin olmadığı qeyd olunmuşdu. Yəqin elə buna görə də həmin memorandum icra olunmamış qaldı.

Ötən ilin yayında özəlləşdirməyə açılmazdan öncə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin İdarə Heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib. Müəssisəyə rəhbərlik “Yeni Həyat” şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədova həvalə edilib.

Rəsmi məlumatlara görə, kombinatın təsdiq olunmuş ehtiyatları 270 milyon tondur. Bu ehtiyatlar hesabına yaradılmalı olan klasterin 80-100 illik istehsalının təmin olunacağı proqnozlaşdırılır. Lakin maraqlıdır ki, Yaponiyanın “Marubeni Protechs Corporation” konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər ki, ehtiyatların qiymətləndirilməsi köhnə və mötəbər olmayan metodla aparılıb. Başqa sözlə, şirkətin nəticələri bir neçə ay əvvəl açıqlanan araşdırmasına görə, Daşkəsən yataqlarında ehtiyatların ancaq 31 milyon tonu açıq üsulla - indi olduğu kimi - hasil edilə bilər. Qalan 239 milyon tonunu isə yeraltı üsullarla - şaxtalar qazmaqla çıxarmaq mümkündür. Hansı ki, 1993-cü ildə Daşkəsən filiz kombinatı işini dayandırana qədər şaxta üsulu ilə hasil edilən filizdə dəmirin səviyyəsi 40 faizdən 25 faizə qədər enmişdi. Bundan əlavə, yeraltı hasilat daha çox investisiya, daha çox xərc tələb edəcək.

Yapon konsaltinq şirkəti bildirir ki, ehtiyatların həcmi və hasil olunacaq filizdə dəmirin səviyyəsi müstəqil araşdırma ilə sübuta yetirilməyib. “Marubeni Protechs Corporation” məsləhət görür ki, hökumət müstəqil konsaltinq firması ilə müqavilə bağlayıb həm ehtiyatların həcmini, həm də hasil olunacaq filizdə dəmirin səviyyəsini yenidən yoxlasın.

O da maraqlıdır ki, bəzi mənbələr yapon şirkətinin kombinatla bağlı araşdırmasını potensial investorun müəssisənin dəyərini azaltmağa yönəlmiş cəhd kimi qiymətləndirirlər.

Qeyd edək ki, ötən ilin iyulunda president sərəncamı ilə özəlləşdirməyə açılan “Daşkəsən Filizsaflaşdırma” ASC elə o vaxtdan istehsal fəaliyyətini dayandırıb.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda kombinatda baxımsızlıq hökm sürür. Hətta onun metal konstruksiyalarının sökülərək ətraf rayonlarda ticarət və iaşə obyektlərinin tikintisində istifadə olunduğu bildirilir. Görünən odur ki, kimlərsə özəlləşdirməyə qədər kombinatdan mümkün olan qədər yararlanmaq niyyətindədir. Bu niyyət isə potensial alıcıları müəssisədən uzaqlaşdıra bilər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Bu gün, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Bu gün, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Bu gün, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Bu gün, 09:41
Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:26
İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Bu gün, 09:23
"Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Bu gün, 09:13
Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Bu gün, 09:05
Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Bu gün, 09:04
Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Bu gün, 08:47
Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Bu gün, 07:39
Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Bu gün, 07:38
İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Bu gün, 07:29
Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Bu gün, 07:23
Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Bu gün, 07:19
Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Bu gün, 07:14
“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Bu gün, 07:12
Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
Bu gün, 07:04
"Vaqif Həsənova dəfələrlə müraciət etmişəm" - AMMA NƏ OLSUN Kİ...
Bu gün, 06:51
"Bağlamamı 40 gündür göndərmirlər" - GİLEY
Bu gün, 06:47
"Deyəndə ki, xoşbəxtəm, deyirlər, yalandan özünü elə göstərir.."
Bu gün, 06:38
Boran Əzizli təhsil nazirini haqlı saydı - RƏY
Bu gün, 06:35
Su, qaz və işığın qiyməti ilə bağlı mühüm xəbər – Yaxın zamanlarda…
Bu gün, 06:32
Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47
“Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44
Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40
Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30
Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12
DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru