Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

Xaçmazda problem var... - GİLEY
Tarix: 8-11-2017, 10:33 | Çap et
Xaçmazda problem var...
Hələ Sovetlər Birliyi dövründə Xaçmaz şəhərində Gəncəli kəndindən gələn ana işıq xəttində problemlər olub. Dövr keçib, Azərbaycan müstəqil dövlət də olub, Xaçmaz şəhər sakinlərinin sayı da artıb, küçələri də çoxalıb. Eşitdiyimizə görə hələ, bu ana xəttdən başqa kəndlər də istifadə edir. Problemsə düzəlmir ki, düzəlmir.
Yaxşı yadımızdadır, “Azərişıq” ASC təsis edilməmişdən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrin birində “Azərenerji” rəhbərliyinə ciddi iradlar tutdu. Dövlət başçısı bildirdi ki, bəzi rayonlarda biraz külək əsən kimi işıqlar kəsilir. Vəziyyət həqiqətən də belə idi. Bundan sonra “Azərişıq” ASC yarandı. Hamı ümid edirdi ki, vəziyyət kökündən dəyişəcək. Ədalət naminə deyək ki, Xaçmaz rayonunun və şəhərin müəyyən yerlərində yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri basdırılıb. Bəzi problemlər qismən həll olunub. Amma Xaçmaz şəhərində harada nə dəyişirsə-dəyişsin, Sülh, İsrafil Məmmədov adına, Xudu Məmmədov adına, M. F. Axundzadə adına, Cəfər Əzizov adına və digər küçələrdə heç nə dəyişmir. Yay və yaxud qış olsun, fərqi yoxdur, hər gün işıqlar beş-altı dəfə sönür-yanır. Bu yay dəfələrlə Xaçmaz rayon elektrik şəbəkəsinə müraciət etmişik. Cavab veriblər ki, işıqların sönməsi təmir-bərpa işləri ilə əlaqədardır. Yaxşı, yayı dözdük. İndi qışın astanasındayıq. Yenə də eyni vəziyyətdir. Bəzən bütün gecəni işıq olmur. Adamı təəccüb bürüyür: Xaçmaz rayon elektrik şəbəkəsinin işçiləri geclərdəmi təmir-bərpa işləri ilə məşğul olurlar? Jurnalistlər olaraq bir məsələ də bizə maraqlıdır. Bu yenidənqurma işləri nə vaxt başa çatacaq və bunun üçün nə qədər vəsait ayrılıb?
Bu yaxınlarda “Azərişıq” bir açıqlama yaydı. Orada deyilirdi ki, elektrik enerjisi haqqını ödəməyənlərin işıqları dərhal kəsiləcək. Yaxşı, bunu başa düşdük. İşıq yandırmısansa pulunu da ödəməlisən. Bəs “Azərişığ”ın ucbatından xarab olan elektrik cihazlarının haqqını kim ödəyəcək? Külək əsməyəndə də kəsilən işıqlara görə cavabdehlik daşıyan tapılacaqmı? Axı insanların əsəbləri ilə nə qədər oynamaq olar? Bəlkə “Azərişıq” ASC-nin Xaçmaz rayon elektrik şəbəkəsinin rəhbərliyi istəyir ki, insanlar küçələrə çıxsınlar? İşıqlara da prezident cavab verməlidir? Xaçmazda tez-tez dəyişən rəislər söz verirlər ki, problemləri yoluna qoyacaqlar. Bəs nə vaxt? Məgər elektrik şəbəkəsi idarəsinin işi-peşəsi yalnız qapı-qapı gəzib pul yığmaqdan ibarətdir? Və yaxud yetim-yesirin işıqlarını kəsməkdən? Bilmirəm, aldığımız informasiya nə dərəcədə doğrudur, ya deyil, deyilənə görə, Nabrandakı bəzi villaların sahibləri enerji pulunu ödəmirlər. Elə imkanlılar da var ki, pulları olsa da işıq pulunu vermirlər. Belələrinə gözün-üstə qaşın var deyən yoxdur. Amma qeyd etdiyim kimi, enerji pulu kasıb-kusubun boğazından çıxarılır. Vətəndaşları vaxtlı-vaxtında elektrik enerjisi ilə təmin etmək, onların qarşısında bir məsuliyyət hiss etmək heç kəsi düşündürmür.
Xaçmaz rayon elektrik şəbəkəsi ilə bağlı başqa informasiyalarımız da var. Obyektiv səbəblərə görə, hələlik onları dərc etmirik. Bircə onu deyə bilərik ki, adıçəkilən qurumda dövlət vəsaitlərinin xərclənməsi ilə əlaqədar ciddi yoxlama aparılmalıdır.
Yazdıqlarımıza bir aydınlıq gətirmək üçün Xaçmaz rayon elektrik şəbəkəsinin baş mühəndisi Famil Əliyevlə telefon əlaqəsi saxladıq. İdarənin rəsmisi yuxarıda adıçəkilən küçələrdə işıqların tez-tez yanıb-sönməsi ilə əlaqədar dedi: “Bir-iki yerdə iş görülür. Tutaq ki, 9 nömrəli məktəb tərəfdə RİH-in xətti ilə ağaclar kəsiblər. Bir dəfə ona görə söndürüblər. Bizim uşaqlar kabelləşmə işləri görürlər, ona görə yandırıb-söndürürlər. Mən şəbəkənin baş mühəndisiyəm, ən düz sözü də hər halda mən deyərəm. Konkret olaraq təmirlə bağlıdır, qəza ilə yox”(Söhbət işıqların sönməsindən gedir-red). Baş mühəndis Gəncəli xətti ilə bağlı problemə belə aydınlıq gətirdi. “Transformatorlar təzələnir, axıra qədər dəyişməsə qüsurlar və qəzalar hələ də olacaq.Sırağagün yağış yağmışdı, qəza ilə bağlı idi. Dünən, bu gün təmir. Düz deyirsiniz, “Gəncəli xətti” vaxtilə qısa xətt olub. Sonra Niyazabad yolu, Qobuqırağına da birləşib. Əhalinin sayı artdıqca qeyri-standart çəkib aparırlar. Biz də istəyirik ki, normal şəbəkə qurulsun. İnşallah, bu mütləq olacaq”.
Cənab F. Əliyevin dediklərini demək olar ki, olduğu kimi verdik. Baş mühəndis “Gəncəli xətti” ilə bağlı problemlərin mövcudluğunu təsdiqlədi. Lakin yenidən qurma işlərinə və əhalinin narazılığına nə vaxt son qoyulacağından konkret heç nə demədi. Onu da qeyd edək ki, əvvəlki illərdə də bu məsələnin həll ediləcəyinə söz veriblər. Biz cənab Əliyevin səmimiyyətinə inanmaq istərdik. Lakin qış yaxınlaşdıqca sözügedən ərazilərdə problemlər də çoxalır. Xaçmaz rayon elektrik şəbəkəsinin rəisi Ramil Məmmədovsa tələsənə oxşamır. Amma idarə rəhbərləri bilməlidirlər ki, sakinlər vəziyyətin eyni qalacağı təqdirdə bu qışı əvvəlki illərdə olduğu kimi sakit qarşılamayacaqlar. Bizə edilən zənglər buna sübutdur. Onda haqlı kütləvi narazılığın bütün məsuliyyəti Xaçmaz rayon elektrik şəbəkəsi rəhbərliyinin üzərinə düşəcək.
“Şimal xəbərləri”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru