Nazirlik fermerlərin dadına yetəcəkmi? - Müraciət
Tarix: 30-10-2017, 09:12 | Çap et
 Cəlilabad rayon Muğan, Söyüdlü və Maşlıq kənd sakinləri 2015-ci ildə satqıları kartofun pulunu onları aldadan Quba rayon sakini Alxasov Əflatun Əliheydər oğlundan indiyə kimi ala bilmirlər. Sakinlərin nümayəndəsi olan Əlihüseynov Oqtay Qulamhüseyn oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda ölkə başçısı prezident İlham Əliyevdən kömək istəyib.
Hörmətli cənab prezident!
Mən Əlihüseynov Oqtay Qulamhüseyn oğlu 1974-cü il Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ali təhsilliyəm. Ailəliyəm və üç övladım var. Şirkətdə çalışıram və bundan başqa kartof əkib becəririk. Bununla ailəmizi dolandırırıq. Amma elə olur ki, bizi aldadan dələduzlara qarşı müvafiq orqanlar tərəfindən tədbir görülməyəndə, haqqımız və zəhmətimiz tapdanır. 2015-ci ilin may ayında Quba rayon Zərdabi qəsəbə sakini Alxasov Əflatun Əliheydər oğlu kəndimizə gələrək kartof almaq istədiyini bildirdi. Bizə dedi ki, kartofunu alıram, amma pulunu kartofu Quba rayonuna apardıqdan sonra iki-üç günə gətirib verəcəm. Biz də Əflatun Alxasovun səmimiyyətinə inanıb ona aşağıda adları çəkilən kənd sakinləri ilə birlikdə kartof verdik.
Mən Əlihüseynov Oqtay Qulamhüseyn oğlu 1200 AZN Əlihüseynov Mahir Əlihüseyn oğlu 1200 AZN Şahbazov Yusif Şahbaz oğlu Şahbaz oğlu 500 AZN Şahbazov Rasət Məmmədağa oğlu 400 AZN Şahbazov Səyyad Məmmədağa oğlu 680 AZN Dövlətov Dövlət Alim oğlu 450 AZN Dövlətov Valeh Alim oğlu 450 AZN Dövlətov Arif Kamran oğlu 1000 AZN Əmənov Fikrət Həsənalı oğlu 1200 AZN Qarayev İntiqam Mirzəxan oğlu 480 AZN Rəhimov Zülfüqar Əzizağa oğlu 2150 AZN Qaraşov Rövşən Dadaş oğlu 1000 AZN Əliyev Həbib 1300 AZN Balaşov Nəriman 460 AZN Rəhimov Rafiq 500 AZN Vahabov Hacı Həmzə oğlu 1900 AZN dəyərində kartofu həyətimizdən yığaraq Alxasov Əflatun Əliheydər oğluna verdik. Xatırladım ki, toplam borc 14870 manatdır. Bir həftə sonra biz Əflatun Alxasovla əlaqə saxladıq və o, bildirdi ki, kartof çürüdüyü üçün bizim pulumuzu verə bilməyəcək. Biz onda anladıq ki, Əflatun Alxasov dələduzdur və o, bizi aldadıb. Çünki biz əkdiyimiz kartofun keyfiyyətinə bələdik, Cəlilabaddan Qubaya aparılan kartof beş saatlıq yolda çürüyə bilməz. Bizim kartofumuzu hər il alıb Rusiya bazarlarına aparanlar var. Rusiya bazarına salamat gedib çıxan kartof, Quba rayonuna gedərkən necə çürüyə bilər?
Hörmətli cənab prezident!
Əflatun Alxasovun dələduzluğundan Daxili İşlər Nazirliyinə şikayət etdik. Bizi Cəlilabad rayon polis bölməsində qəbul edib Quba rayon polis bölməsinə getməyimizi məsləhət gördülər. Biz də bir neçə sakinlə Quba rayon polis bölməsinə getdik. Polis bölməsində izahatlarımız alındı. Əflatun Alxasov hələ orda üstümüzə hücum edərək pula görə rayona gəldiyimiz üçün bizimlə mübahisə etdi. O, polis bölməsində də etiraf etdi ki, biz kənd sakinlərindən kartof alıb. Yenə burda da kartofun çürüdüyünü iddia etdi. Polis bölməsində məlum oldu ki, Əflatun Alxasova Rusiyada yaşayan Xəyyam adlı dayısı 10 min manat pul yollayaraq kartof alıb ona yollamasını tapşırıb. Əflatun Alxasov da bizi aldadaraq kartofumuzu aparıb və dayısının ona verdiyi pulu da xərcləyib. Polis bölməsində dayısı Xəyyamla da görüşdük və o, bizə bildirdi ki, polisə şikayət edib nə əldə etdiniz? Görünür, hər iki şəxs Quba rayon polis bölməsində kimlərəsə arxalanaraq bu sözləri bizə deyirlər.
Quba polisi isə çox təəssüflər olsun ki, bir kəndin 16 nəfər təsərrüfatçısını aldadan Əflatun Alxasovun dələduzluğunu mülki iddia kimi qəbul edərək, onu nə həbs etdi, nə də haqqında cinayət işi açdı. Qubada Əflatun Alxasovun valideynləri və özü bizə bildirdilər ki, onlar pulu bizə qaytaracaqlar. Sonradan isə onlar verdikləri sözə dönük çıxaraq bizə dedilər ki, gedin kimə şikayət edirsiniz edin. Pulunuzu vermirik.
Hörmətli cənab prezident!
Son ümid kimi Sizdən kömək istəyirik. İki ildir ki, açmadığımız qapı yoxdur. Lakin heç bir tədbir görülmür. Əgər kartofumuz çürümüşdüsə Əflatun Alxasov vaxtında çürük kartofumuzu geri qaytarardı. Biz əkdiyimiz məhsulun keyfiyyətinə bələdik. Cəlilabaddan Qubaya aparılan kartof yolda çürüyə bilməzdi. Bilirik ki, bütün bunlar Əflatun Alxasovun öncədən fikirləşib qurduğu saxta planlardır. Xahiş edirik min bir zəhmətlə əkib-becərdiyimiz kartofumuzun pulunu Alxasov Əflatun Əliheydər oğlundan alınıb bizə verilməsi üçün müvafiq qurumlara göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən Sizə özüm və kənd sakinlərimiz adından təşəkkür edirik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|