Veteranlar təşkilatında yeyinti qalmaqalı - FOTOLAR
Tarix: 2-10-2017, 09:21 | Çap et
 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında narazılıq davam edir. Qeyd edək ki, təşkialtın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev səhhətində yaranmış problemlərlə bağlı sədrlikdən gedib. Təşkilatın son bir illik fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edilib. Bu barədə məlumatı “Cümhuriyət” qəzetinə komissiyanın üzvü ehtiyatda olan polkovnik-leytenant Abbasov Zahiddin Hümbət oğlu verib.
Onun sözlərinə görə, yoxlama zamanı aşkar olunub ki, şöbə müdirləri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, ehtiyatda olan polkovnik Lətif Babayev, Nəzarət Təftiş Komissiyasının sədri ehtiyatda olan polkovnik Cahangir Nəsirov və onun müavini Salman Babayev və mütəxəssis Füzuli Zəkizadə dəfələrlə təkidlə dəvət olunmaqlarına baxmayaraq sədrin çağırışına məhəl qoymayaraq iclasda iştirak etməkdən imtina edib. Buna baxmayaraq iclasda iştirak edənlərə sədrin sərəncamları elan edilib və komissiya üzvləri təqdim olunub. Yoxlamaların nəticəsi olaraq təqdim olunan məlumatda isə bildirilir ki, komissiyanın fəaliyyətinə Cəlil Xəlilov tərəfindən maneçilik törədilir. Buna görə də komissiya işini tam görə bilməyib, təşkilatın fəaliyyəti tam yoxlanılmalıdır. Qeyd edək ki, Cəlil Xəlilov təşkilata 1 sentyabr 2016-cı il tarixindən 1 sentyabr 2017-ci il tarixinədək rəhbərlik edib. Komissiya qərar alıb ki, bu dövrdə baş vermiş maliyyə pozuntuları vəzifə cinayəti kimi qiymətləndirilsin. Təşkilata qanunsuz şəkildə vurulmuş zərər, yəni 12 330 manat 08 qəpik pul vəsaiti xəzinədarlığa qaytarılsın. Cəlil Xəlilov təşkilatın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayevə qarşı tabe olmadığına, ciddi maliyyə pozuntularına yol verdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılsın, məsələ Rəyasət Heyətində və növbəti plenium iclaslarında müzakirəyə çıxarılsın.
“Maliyyə məsələləri dövlətin nəzarətindədir”
Məsələ ilə bağlı Cəlil Xəlilovun münasibətini öyrəndik. C.Xəlilovun “Cümhuriyət” qəzetinə açıqlamasında deyilənlərin heç bir əsası olmadığını deyib: “Dadaş Rzayev il yarımdır ki, insult keçirib və nə danışmaq, nə qərar vermək, nə də yazmaq qabiliyyətində deyil. Bəzi təxribatçılar, bu təşkilata aid olmayan şəxslər özbaşına komissiya yaratmışdılar. Biz də Rəyasət Heyətinin iclasını çağırdıq və bunların heç bir hüquqi əsası olmadığına qərar verdik. Dadaş Rzayev özü danışarsa, qərar verərsə, bunu yazarsız. Amma Dadaş Rzayev xəstədi, nə danışa, nə da qərar verə bilər. Onlar bu təşkilatda özlərinə yer tutmaq istəyən təxribatçılardır. Ona görə də onların heç birinə yoxlama aparmaq üçün heç bir hüquq verilə bilməz. Əgər Dadaş Rzayev özü işləyə bilmirsə, o, necə komissiya yarada bilər? Eyni zamanda təşkilatdan qovulan şəxsləri götürüb bu komissiyanın tərkibinə daxil edə bilər? O komissiyanın tərkibində olan adamlar vaxtilə təşkilatdan qovulmuş insanlardır.
Bu təşkilatda bütün məsələlər nəzarət altındadır. Bura özfəaliyyət dərnəyi deyil ki, kim istəsə, gəlib yoxlama aparsın. Maliyyə məsələləri dövlətin nəzarətindədir. Bank özümüzün deyil ki, gedib nə istəsək, edək. Bankdan nəsə götürmək üçün aidiyyatı sənədləri təqdim etmək lazımdır. İndi götürüb ağızlarına gələni yazırlar. Dadaş Rzayevin xəstə olduğunu, və təxribatçıların onun adından istifadə etdiyini nəzərə alaraq Rəyasət Heyəti onu sədr vəzifəsindən kənarlaşdırıb. Sədrin səlahiyyətləri isə hələ ki, general-polkovnik Tofiq Ağakişiyevdədir”.





|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağda əhaliyə niyə əkin sahəsi verilmir? - ETİRAZ
Bu gün, 01:47 |
|
|
|
• “Həsən Turabovun mənə şərait yaratması yalandır” - Rasim Balayevdən Səyavuş Aslanın oğluna cavab
Bu gün, 01:44 |
|
|
|
• Rusiyada yanacaq böhranı dərinləşir: 20-dən çox regionda qıtlıq - Reuters
Bu gün, 01:40 |
|
|
|
• Biləsuvarda Heydər Əliyevin abidəsini görün, KİM TƏMİR EDƏCƏK...
Bu gün, 01:37 |
|
|
|
• Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - GƏLİŞMƏ
Dünən, 23:34 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Dünən, 23:30 |
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Dünən, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Dünən, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Dünən, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Dünən, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Dünən, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Dünən, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Dünən, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Dünən, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Dünən, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Dünən, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Dünən, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Dünən, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Dünən, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Dünən, 17:12 |
|
|
|
• Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Dünən, 17:11 |
|
|
|
• Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Dünən, 17:04 |
|
|
|
• Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Dünən, 16:55 |
|
|
|
• Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Dünən, 16:50 |
|
|
|
• Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Dünən, 16:45 |
|
|
|
• Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Dünən, 16:43 |
|
|
|
• Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:41 |
|
|
|
• İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Dünən, 16:38 |
|
|
|
• Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Dünən, 16:32 |
|
|
|
• İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
• Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
• DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Dünən, 16:13 |
|
|
|
• "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Dünən, 16:11 |
|
|
|
• Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Dünən, 16:08 |
|
|
|
• Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Dünən, 16:03 |
|
|
|
• Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Dünən, 15:59 |
|
|
|
• Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünən, 15:56 |
|
|
|
• “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Dünən, 15:09 |
|
|
|
• Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Dünən, 15:07 |
|
|
|
• Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Dünən, 15:05 |
|
|
|
• “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Dünən, 15:00 |
|
|
|
• Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Dünən, 14:58 |
|
|
|
• Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Dünən, 14:53 |
|
|
|
• Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Dünən, 13:21 |
|
|
|
• Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Dünən, 13:19 |
|
|
|
• Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Dünən, 13:16 |
|
|
|
|