Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ .....                     Ankaranın dediyini Bakı etdi .....                     UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                     Müasir dövrdə sovet QAYDALARI .....                     Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR .....                     Ali təhsil sisteminin BSU BATAQLIĞI .....                     FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir .....                     “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq .....                     Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? .....                     Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                     "Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" .....                     Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? .....                     Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək .....                     Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır .....                     “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb .....                     Oleq Bakinskiyə cəza istənilib .....                     AXCP üzvlərinə hökm oxundu .....                     "Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər .....                     Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir .....                     Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq .....                     Bank of Baku-nun İdarə Heyətinə .....                     Nifrət mərkəzi .....                     Adil Əliyev HƏBS OLUNA BİLƏR .....                     260 manat aliment ödəməyənə cəza, .....                     Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb .....                 

Lənkəran onun işdən çıxarılacağı günü gözləyir... - Həm də səbirsizliklə...
Tarix: 24-02-2017, 08:45 | Çap et
Lənkəran onun işdən çıxarılacağı günü gözləyir...
Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub. Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar. Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazinin satan tərəf Lənkəran RİH-dir. Azərbaycanın heç bir bölgəsində xəstəxanaya gedən yolun qabağı satılmayıb. Ona görə də lənkəranlılar T.Qaraşov kimi icra başçısı görməkdiklərini qeyd edirlər. Onların sözlərinə görə, rayonda boş yer qalmayıb. Ərazinin neçəyə satıldığı bilinməsə də, ortda böyük bir məbləğ olduğu məlumdur. Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub Sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil. Hazırda xəstəxananın önündə şıdırğı tikinti işləri gedir və redaksiyamıza göndərilən fotolarda da bu fakt öz əksini tapıb. Lənkəranın icra başçısı Taleh Qaraşov analoqsuz bir hadisəyə imza atmaqla cənub şəhərinin yaddaşında qalıb. İlk icra hakimidir ki, xəstəxananın qabağını da satır. Bir müddət əvvəl tikinti işləri dayandırılmışdı və səbəb mətbutatın yazması idi. Elə ki sakitlik çökdü, təzədən iş başlandı. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, gediş-gəlib mümkünsüz olub. Satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir ki, T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Bu binanın özəlləşdirilməsində deputat Hadı Rəcəblinin adı keçir. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Üstəlik, dotasiyaların kəsilməsi Lənkəran RİH-ni kasıblaşdırıb və icra başçısı çıxış yolunu daxili resursların xərclənməsində görür. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda stadionun ərazisi hasara alınacaq, təmir işlərinə start veriləcək. Bundan sonra da həmin stadion özəl obyekt kimi yüksək məbləğdə icarəyə veriləcək. Sözügedən təhsil ocağının stadionu təqribən 1 hektar sahəni əhatə edir. Gimnaziya ərazisinin isə satışa çıxarılması və təhsil zərbə vurulması Qaraşovun Lənkərana münasibətinin göstəricisi hesab edilir. Əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub. Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi. Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib. “Gündəm-Xəbər”ə verilən məlumatda deyilir ki, bir neçə il Neftçala və Astara rayonlarında icra başçısı olan, bu illər ərzində daşı daş üstünə qoymayan Taleh Qaraşov indi Lənkəranda eyni əməllərini davam etdirməkdədir. Əslində Taleh Qaraşovun rayonları hansı sistemlə idarə etdiyi, daha doğrusu nə etməık istədiyi heç kimə bəlli deyil. Hələ Neftçalada olarkən torpaqları kimə və neçəyə gəldi satan T.Qaraşov indi bu əməlini Lənkəranda da davam etdirir. Əlbəttə, sonluq Neftçalada olduğu kimi, Lənkəranda da onu qətiyyən maraqlandırmır. Mətbuatda yayılan xəbərlərə görə, Qaraşov indi də Lənkəradakı limon və narıngi bağlarına əl qoyub. İnsanların ata-babalarından qalan bu bağların plana düşdüyünü deyən icra başçısı bağ sahibləri ilə “razılaşmaq” istəyir. Məlumata görə, bu günə kimi, hektarlarla limon və narıngi bağları ələ keçirən T.Qaraşov indi sayı bir qədər də artıqmaq istəyir. Buna etiraz edən bağ sahiblərinə isə elə bir şərait yaradılır ki, onlar bağdan yararlana bilmirlər. Nəticədə hektarlarla bağlar məhv olur. Qaraşov Taleh Azay oğlu 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirib. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. T.Qaraşov demək olar ki, bütün həyatı boyu vəzifələrdə olub. Həm Mütəllibov, həm Elçibəy, həm Heydər Əliyev, həm İlham Əliyevin prezidentliyi dövründə vəzifədə işləyib. 1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı “Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı olub. 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri işləyib. 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006- 2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı çalışıb. 2011-2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezidentin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var. “Gündəm-Xəbər”ə yada salır ki, bir müddət əvvəl Taleh Qaraşov icra hakimiyyətinin binası qarşısındakı xiyabanı dağıtmaqla gündəmə gəlmişdi. Həmin vaxt mediada dərc olunan məlumatlardan aydın olurdu ki, icra başçısının göstərişilə nadir ağaclar kütləvi şəkildə məhv edilir. Kəsilən ağacların yerində isə ticarət obyektləri tikilir. Ekologiya və Təbii Sərvətlər Hazirliyi də xiyabanın məhv edilməsinin qanunsuz olduğunu bildirmişdi. Lakin bununla belə Taleh Qaraşov bu qanunsuzluğu dayandırmamışdı. İş o yerə çatdı ki, Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondununu vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi etdiyi İDEA təşkilatı məsələyə qarışdı. Təşkilat üzvləri Lənkəranda məsələ ilə bağlı araşdırma apardıqdan sonra mediaya məlumat verildi ki, Lənkəranın hakimiyyət orqanları kəsilən ağacların yerində yeni ağaclar əkməyə və burada ticarət obyektlərinin tikintisinin qarşısını almağa söz veriblər. Onu da xatırlatmaq yerinə düşər ki, Lənkəranda kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib. Hələ bir neçə il bundan qabaq dövlət büdcəsindən vəsait ayrılsa da şəhər üçün lazımlı olan bir sistem hələ də öz həllini tapmayıb. Halbuki, rayon rəhbərliyi bir vaxtlar şəhər sakinlərinin bərbad kanalizasiya sistemindən şikayətçi olduqlarını, mərkəzi küçələrdə səngər kimi qazılan, əsl müharibə şəhərlərinə bənzəyən istehkamların tezliklə aradan qaldırılacağını dilə gətirirdi, rahatsız olmağa əsas yoxdur, yeni su və kanalizasiya sistemi 2014-də hazır olacaq, deyirdi. Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Lənkəran şəhər İcra Hakimiyyətinə su təchizatı və kanalizasiya sisteminin qurulması istiqamətində 2011-ci ilin avqustunda 210 milyon manatlıq layihə təqdim olunub. Bu işin 2014-cü ildə yekunlaşması nəzərdə tutulub. Amma heç bir iş görülməyib. Lahiyəyə görə yollar qazılıb tökülsə də layihənin icrasına başlanılsa da işlər yarımçıq qalıb. Bu işin çətin proses olduğunu görən Lənkəran RİH-nin başçısı Taleh Qaraşov göstəriş verib ki, şəhərin küçələrində kanalizasiya üçün qazılan xəndəklər torpaqlansın. Bütün bu iddialar və problemlərlə bağlı Lənkəran RİH-nin mövqeyini dərc etməyə, reportaj hazırlamağa, icra başçısından müsahibə almağa və tam aydınlıq gəlməsinə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Bank of Baku-nun İdarə Heyətinə - YENİ TƏYİNAT OLUB
Dünən, 15:59
Nifrət mərkəzi – Revanşizm generatoru
Dünən, 15:54
Adil Əliyev HƏBS OLUNA BİLƏR - GƏLİŞMƏ
Dünən, 15:42
260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?
Dünən, 15:25
Türkiyə Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb
Dünən, 15:18
Elmar Kərimov məhkəmədə ittihamları rədd etdi – Zərərçəkmiş: “Məndən 6 min manat istəyib”
Dünən, 15:07
Ermənistan XİN rəhbəri KTMT-yə üzvlük haqqının ödənilmədiyini bildirib
Dünən, 15:03
Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başlayıb - DİQQƏT!
Dünən, 15:00
Paşinyan-keşiş davası oyunun bir həlqəsidir: - Əsl məqsəd budur
Dünən, 13:05
Dövlət Xidməti avtomobillər aldı - 14 MAŞIN, 792 MİNLİK SİFARİŞ!
Dünən, 13:01
Saatlını abadlaşdırmaq istəyən 3 şirkət tapılmadı - TENDER LƏĞV OLUNDU
Dünən, 12:59
Azərbaycanda psixoloji problemi olanların sayı sürətlə artır – Son 6 ilin göstəriciləri
Dünən, 12:55
Atanın qətlini gizlətmək üçün bu planı qurublar - Ana və digər oğlu da həbs edildi
Dünən, 12:52
"Deyirdim, 100 il keçsə də Sevda ilə barışmaram" - VİDEO
Dünən, 12:50
Paşinyan erməni cəmiyyətinə deyir ki... - GƏLİŞMƏ
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru