Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş .....                     "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." .....                     “Manaf sözlərinə görə layiqli cavabını alacaq” .....                     Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi .....                     Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var .....                     Naxçıvanda Əməkdar artist vəfat etdi .....                     "Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" .....                     Sosial yardımı da pulu olana verirlər... .....                     Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu .....                     “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib .....                     Azərbaycan məhkəmələri `GÜL VURUR`... .....                     "Bu, biz döyüşçülərə qarşı təxribatdır" .....                     Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı .....                     “907-ci düzəliş” Trampın masasında .....                     Təzəpir məscidində bayram namazı qılınıb .....                     Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ .....                     Ankaranın dediyini Bakı etdi .....                     UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                     Müasir dövrdə sovet QAYDALARI .....                     Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR .....                     Ali təhsil sisteminin BSU BATAQLIĞI .....                     FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir .....                     “SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq .....                     Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? .....                     Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı .....                     Qiymətlər daşıb... AZERCELL OLDU! .....                     Çinin iqtisadi hegemonluğu: .....                     Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı .....                     "Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur" .....                     Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub .....                     Azərbaycanda Qurban bayramı qeyd edilir .....                     “Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi .....                     Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? .....                     Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir .....                     Adil Əliyevə qarşı cinayət işi açılıbmı? .....                     Ağdamda müəllim bıçaqlandı .....                     “Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi .....                     "Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi .....                     Saleh Məmmədov bu qurumun rəisini dəyişdi .....                     Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU .....                 

Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı - İSTİNTAQ AKTINDAN
Tarix: 20-02-2017, 08:33 | Çap et
Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı
Sabiq MTN naziri Eldar Mahmudovun qohumu, hazırda həbsdə olan Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin (BTRİB) keçmiş baş direktoru Beytulla Hüseynovun milyonluq villası ətrafında vaxtilə böyük qalmaqal yaşanıb.

Həbs edilən MTN generallarının cinayət işi materiallarından görünür ki, Beytulla Hüseynov villasını satmaq istəyərkən aldadılıb. O, problemin həlli üçün Eldar Mahmudova müraciət edib. MTN-in işə qarışması isə bir neçə iş adamının başına oyun açıb.

Əslində hər şey Beytulla Hüseynovun yeznəsi ilə birlikdə ucuz qiymətə villa alıb təmir edərək baha qiymətə satmaq arzusu ilə başlayıb. Villanı alan şəxs isə nağd pulunun olmadığını deyib. Ödənişi isə evi banka girov qoyaraq götürəcəyi pula edəcəyini deyib. Beytulla Hüseynov bununla razılaşıb, amma ev banka girov qoyulsa da pulunu ala bilməyib. Villanı banka girov qoyan şəxs daha sonra götürdüyü krediti ödəmədiyi üçün əmlak satışa çıxarılıb. Villası əlindən çıxan B.Hüseynov qohumu olan Eldar Mahmudova müraciət edib. Bundan sonra MTN əməkdaşları bu işdə adı keçən hər kəsi öz üsulları ilə cəzalandırıblar.

Cinayət işi materiallarından görünür ki, milyonluq villa epizodu üzrə Beytulla Hüseynov dindirilib. O, deyib ki, həmin evi bacısı Nəzakət Zamanovanın əri Taryel Zamanovla birlikdə 2011-ci ildə alıblar. Məqsəd isə evi təmir edib baha qiymətə satmaq və əlavə pul qazanmaq olub.

B.Hüseynov evi 900 min manata Murad Quliyev adlı şəxsə satmağa razılaşdıqlarını deyib: “Muradın həmin vaxt əlində nağd pulu yox idi. Murad Quliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifəli şəxs idi. Evi banka girov qoyub pul götürəcəkdi. Ödənişi də bu şəkildə edəcəkdi. Yeznəm Tariyel Zamanovun adından Muradın tanışının adına etibarnamə verdirdim. Ancaq bir neçə ay keçsə də ödənişi etmədi”.

Beytulla Hüseynov etiraf edib ki, pulunu ala bilmədiyi üçün sabiq MTN-ə müraciət edib. Bundan sonra 2015-ci ildə MTN əməkdaşı Natiq Alıyev ona zəng edib. Alıyev evin bakın girovluğundan çıxarılması üçün 383 min manat lazm olduğunu deyib.

B.Hüseynov ifadəsində bildirib ki, həmin pulun 300 min manatını Murad Quliyev verib: “MTN əməkdaşalrı 300 mini Muraddan almışdılar. 83 min manatın isə mənim ödəməli olduğumu dedilər. Pulu ödəyəndən sonra ev yenidən Tariyel Zamanovun adına keçirildi”.

Şahid qismində B.Hüseynovun bacısının əri Taryel Zamanov da dindirilib. O, 2006-cı ildən 2009-cu ilədək “Rabitəbank” ASC-nin Sahil filialının müdiri, 2009-cu ildən 2015-ci ilədək “Muğan Bank” ASC-nin Sahil filialında çalışıb.

Qalmaqallı villa haqda danışan Zamanov deyib ki, həmin evi 2007-ci ildə Gülnarə Hacıyevadan 560 min manata alıb. Evi təmir edib, baha qiymətə satmaq istəyən Zamanov bu barədə B.Hüseynova müraciət etdiyini deyib.

Zamanov ev təmir edildikdən sonra B.Hüseynovun tanışı Bayram Vəliyev vasitəsi ilə Murad adlı şəxsə 1.2 milyon manata satmağa razlaşdıqlarını, ona etibarnamə verdiklərini deyib: “Bir müddət keçdi. Amma Murad pulu ödəmədi. Bundan şübhələnərək Əmlak Komitəsinə həmin evlə bağlı sorğu göndərdim. Evin başqa şəxsə satıldığını öyrəndim. Bayram Vəliyevlə mübahisə etdik. O, bundan xəbərsiz olduğunu, Muradın dostlarını tandığını, Muradın Moskvaya qaçdığını dedi. Buna görə Muradın tanışları Vaqif və Mehbalı ilə görüşdük. Məlum oldu ki, Murad Vaqifə etibarnamə verib, evi banka qoyublar”.

Danışıqlar sonrasında evin qaytarıldığını deyən T.Zamanov işə MTN əməkdaşlarının qarışmasından xəbərsiz olduğunu bildirib.

Milyonluq villanın girov qoyulduğu “Bank of Azerbaijan” ASC-nin 1 saylı filialının keçmiş rəhbəri Ələddin İbrahimov da bu haqda istintaqa danışıb.

O, deyib ki, 2011-ci ildə Vaqif Məmmədov adlı iş adamı banka müraciət edərək Göyçay rayonu ərazisində şirə və spirtli içkilər istehsalı zavodunun- “Emil-İ” firmasının fəaliyyətinin genişləndirilməsi üçün kredit götürmək istədiyini deyib.

Bunun üçün banka Göyçaydakı iki torpaq sahəsini və Bakıda Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evini girov kimi təklif edib. Yaşayış evi Tariyel Zamanovun (Beytulla Hüseynovun yeznəsinin) mülkiyyətində olub.

Bundan sonra Vaqif Məmmədova 1,5 milyon manatlıq kredit xətti açılıb və ona 450 min məbləğində kredit verilib.

Bank filialının rəhbərinin sözlərinə görə, bir müddət sonra V.Məmmədov ödəniş edə bilməyib. Bunun üçün girov qoyduğu və 1 milyon manat məbləğində qiymətləndirilən villanın satılmasını və borcunun ödənməsinə razılıq verib.

Villaya müştəri kimi “Fidan” şirkətinin rəhbəri Ağaisa Mahmudov çıxıb. A.Mahmudov həmin evi 823 min manata almağa razılaşıb. Mahmudov Vaqif Məmmədovun banka olan 400 min manat kredit borcunu ödəmək və qalan pulu isə nağd qaydada Vaqifə verəcəyi barədə razılığa gəlib.

Milyonluq villa isə bankın razılıq məktubu ilə bankda girov qalmaq şərti ilə notarial qaydada Abdullayev İntiqam Cəlal oğlunun adına rəsmiləşdirilib. Sonra Ağaisa Mahmudov evi təmir edərək köçüb həmin evdə yaşamağa başlayıb və hər ay kredit borclarını ödəyib.

Az müddət sonra keçmiş evin sahibinin Beytulla Hüseynov olması ortaya çıxıb. Beytulla Hüseynov şikayət edib ki, ona məxsus villa qansuz yolla ələ keçirilib.

MTN-ə çağırılan filial müdirindən banka olan kredit borcunun tam ödənilməsini və evin girovdan çıxarılmasını tələb ediblər. Evi də Beytulla Hüseynovun qohumunun adına keçirilməsini istəyiblər: “Kreditin faiz borcunu bankın öz hesabına silməsini istədilər. 383 min manat əsas borc və 218 min manat da faiz borc bağlandı. Faiz borcu bankın hesabına sildik”.

Yeni aldığı villa zorla əlindən alınan iş adamı Ağaisa Mahmudov da istintaqa ifadə verib.

Bankın müştərisi olan Mahmudov girovluqda olan evi almaq üçün sahibi kimi tanıdığı Vaqif Məmmədova 423 min manat pul verdiyini, evin təmiri və mebelləri üçün isə 250 min xərc çəkdiyini deyib. Villanın ümumi dəyəri isə 823 min manata razılaşdırılıb.

MTN-ə çağırılan Mahmudova deyiblər ki, Beytulla Hüseynov aldadılaraq villası ələ keçirilib.

Ağaisa Mahmudovdan əvvəlcə MTN-də saxta aksiz markalarından istifadə etdiyi deyilərək 50 min manatı hədə-qorxu yolu ilə alınıb. Daha sonra isə villanın geri qaytarıması prosesi başlayıb.

“MTN işçiləri Fizuli Əliyev və Natiq Alıyev dedilər ki, bu məsələ ilə bilavasitə Eldar Mahmudovun tapşırığı ilə general Sübahir Qurbanov məşğul olur. Məndən 300 min aldılar. Verməsəm həbs ediləcəyimi söylədilər. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi”.

İstintaqda şahid qismində Vaqif Məmmədov da dindirilib. Bu işdə adı daha çox hallanan V.Məmmədov 20 ildir tanıdığı dostu vasitəsi ilə tanış olduğu şəxslərlə yoldaşlıq etdikdən sonra bu işlərin başına gəldiyini deyib: “Dostum Polad Məmmədov dedi ki, lisenziyası olmayan bir bankın lisenziya alaraq fəaliyyətinə başlamaq istəyirlər. Məni Mehbalı adlı şəxslə tanış etdi. Söhbət zamanı Mehbalı həmin bankın fəaliyyətə başlaması üçün bir milyon lazım olduğunu və bankın idarəçiliyi ilə Murad adlı şəxsin məşğul olacağını söylədi. Mənim də bankda tanışım var idi. Murad Bakıda Ceyhun Hacıbəyli küçəsində özünə məxsus ev olduğunu, banka qoyaraq pul götürə biləcəyimizi dedi. Evin sənədləri Taryel Zamanovun adına idi. Taryel Zamanov da etibarnamə verdi.

Bankdan 400 min manat kredit verildi. Təxminən 4-5 ay sonra Murad telefonlarını söndürdü. Muradın Moskvada olduğunu öyrəndik.

Bundan sonra evin satılaraq kreditin bağlanmasına razılaşdıq. Evi Ağisa Mahmudov aldı. Bir müddət sonra MTN-dən zəng gəlib. Dedilər ki, ev Beytulla Hüseynovundur. O, da Eldar Mahmudovun qohumudur”.

Beytulla Hüseynovun MTN-ə müraciətindən sonra işin ilk araşdırılması tapşırılan zabit Rüfət Abdullayev olub.

MTN-in IV baş idarəndə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rüfət Abdullayev deyib ki, 2012-ci ildə rəisi Ceyhun Şadlinski onu yanına çağıraraq baş idarə rəisi Sübahir Qurbanovun tapşırığına əsasən Beytulla Hüseynova məxsus evin geri qaytarılması ilə bağlı material araşdırmalı olduqlarını tapşırıb. Bu göstəriş isə onlara nazir Eldar Mahmudov tərəfindən verilib: “Beytulla Hüseynova məxsus evin aldadılaraq banka girov qoyulduğunu, daha sonra isə satıldığını bildirdi. Beytulla Hüseynovla iş yerində görüşdük.

Beytulla Hüseynov dedi ki, yeznəsi Taryel Zamanovun adına rəsmiləşdirdiyi evini 1,2 milyon manata Murad adlı şəxsə satmağa razılaşıb. Muradın nağd şəkildə pulu olmadığı üçün evi banka girov qoyub. Pul götürüb həmin məbləği ödəməli imiş.

Beytulla Hüseynov etibarnamə verdirdiyini, amma evi banka qoyduqdan sonra pul ala bilmədiyini dedi. Bu görüşdən sonra məlum olanları rəisim Ceyhun müəllimə məruzə etdim. O, da dedi ki, dələduzluq olduğu üçün bizim səlahiyyətimizdə deyil. Ancaq bu işi nazirin şifahi göstərişi ilə həll edilməli olduğunu bildirdilər. Bundan sonra bu işdə adı çəkilən şəxslərin dindirilməsini başladıq.

Beytulla Hüseynovun adamı Bayramın ofisində baş tutan görüşdə Murad, Vaqif, Mehbalı görüşdülər. Hər biri üzərlərinə düşən pulu banka ödəməklə evi girovdan çıxarıb Beytullaya qaytaracaqları barədə qərara gəldilər”.

R.Abdullayev bu işdə adı keçən iş adamlarından MTN-də pul alınması haqda heç nə danışmayıb.
\\qafqazinfo.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37
Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27
Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22
"Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15
“907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11
Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
"Musiqiçinin musiqiçidən başqa heç kimi yoxdur"
Bu gün, 01:28
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub - ƏMR
Bu gün, 01:19
Azərbaycanda Qurban bayramı qeyd edilir - BAYRAMIMIZ MÜBARƏK!
Bu gün, 00:18
“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi - FOTO
Dünən, 20:15
Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
Dünən, 19:35
Özbəkistan Ermənistanda səfirlik açmaq istəyir - Səfəryan
Dünən, 19:27
Adil Əliyevə qarşı cinayət işi açılıbmı? - “6 il həbslə cəzalandırıla bilər”
Dünən, 19:16
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir
Dünən, 19:03
“Yandex” Rusiyanın hərbi obyektlərini ifşa etdi – xəritədən müəmmalı silinmələr
Dünən, 18:58
"Son 200 ildə Rusiya Ermənistandan istifadə etmişdi və indi Fransa Ermənistana "siyasi" qucaq açır"
Dünən, 18:56
Saleh Məmmədov bu qurumun rəisini dəyişdi - ƏMR
Dünən, 18:10
Yasamal İcra Hakimiyyətinin şöbə müdirinin DƏLƏDUZLUĞU – Bəs adı niyə GİZLƏDİLİR?
Dünən, 18:07
"Erməni hiyləsi: dini təhqiri siyasi şouya çevirmək cəhdi" - İsrail mətbuatı
Dünən, 18:05
Erməni kilsəsi Kremlin “5-ci kolon” şəbəkəsidir? - AKTUAL
Dünən, 17:59
Alatavadakı mülkün sahibi və “Melissa Group” razılığa gəldi, ev söküləcək - TƏFƏRRÜAT
Dünən, 17:53
Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:45
“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb
Dünən, 17:42
Oleq Bakinskiyə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 17:41
AXCP üzvlərinə hökm oxundu
Dünən, 17:26
"Limak Kargo" bağlamamı itirib, pulumu qaytarmır, "səsini kəs" deyirlər - ŞİKAYƏT
Dünən, 17:22
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir - GƏLİŞMƏ
Dünən, 17:18
Tahir Qədəşovun 800 ağacı kəsməsini prokurorluq araşdıracaq - Hakim açıqladı
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru