"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                     Gürcüstanla quru sərhəd açıla bilər? .....                     Abbas Abbasov Rusiyadakı biznesini satıb .....                     Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir .....                     Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir .....                     Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır .....                     Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi .....                     "Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu .....                     "Nar" şəhid övladlarını sevindirdi .....                     Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR .....                     Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur .....                     Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı .....                     ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? .....                     “AAAF Park” sakinlərindən ETİRAZ… .....                     “iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı .....                     Bu ölkədə də səfirliyimiz təsis ediləcək .....                     Putinin əmri olmasaydı... .....                     Güclü şimal-qərb küləyi əsəcək .....                     Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə .....                     "Bir-İki dönər"dən şikayət .....                     Ət bahadır... .....                     "Hər iki valideynimin baxıma ehtiyacı var..." .....                     Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... .....                     "Səhifəmi bağlayıb, sonra məndən pul istədilər" .....                     Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı .....                     “Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                 

Eldar Həsənovla bağlı ŞOK İDDİALAR - MÜƏMMA
Tarix: 18-10-2016, 08:26 | Çap et
Eldar Həsənovla bağlı ŞOK İDDİALAR
Bir müddət öncə keçmiş baş prokuror, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovunla bağlı məlumat yaymışdıq.

Həmin məlumatlarda deyilirdi ki, antikorrupsiya layihəsinə göndərilən sənədlərdə onun dövlətin pullarını mənimsəmək məqsədilə "Qara dəniz Xəzər dəniz əməkdaşlıq fondu” adlı ofis ünvanları saxta olan təşkilatı yaratmaq üçün hansı maxinasiyalardan istifadə etməsi barədə maraqlı məlumatlar yer alıb.

Sənədlərdə göstərilir ki, E.Həsənov pul oğurluğunu pərdələmək və fonda etibarlılıq görüntüsü vermək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin və Rumıniyanın o zamankı prezidenti Trayan Baseskunun bu təşkilatın fəxri prezidentləri olmasına çalışıb. Lakin Prezident Administrasiyasından ona rədd cavabı verildiyinə görə bu niyyəti baş tutmayıb.

Belə olduqda E.Həsənov artıq çoxlarının pul qazanmaq məqsədilə istifadə etdiyi "erməni kartı”ndan istifadə etmək qərarına gəlib. Bu məqsədlə o, əslində özünün yaratdığı fonda guya erməni əsilli şəxslərin daxil olmasının qarşısını alması haqda administrasiyaya yalan məlumat da verib. Məhz ermənilərlə mübarizə aparmaq adı altında o, Azərbaycan hökumətindən guya fondun fəaliyyətinə sərf etmək üçün külli miqdarda vəsait alıb. Maraqlı burasıdır ki, bir müddət sonra mətbuatda məhz Eldar Həsənovun yaratdığı fondun rəhbərliyində Andranik soyadlı erməni əsilli bir şəxsin təmsil olunması barədə iddia yayılıb.

Bundan başqa digər sual doğuran məsələ Eldar Həsənovun Serbiyaya səfir təyin edildikdən sonra nə Qara dənizə, nə də Xəzər dənizinə heç bir aidiyyəti olmayan bu ölkənin də fondun üzvü kimi elan edilməsidir. Onun Belqradda ofisi olaraq göstərilən ünvanda isə ümumiyyətlə belə bir fondun adına rast gəlinmir.

Fondun təsis sənədində onun yerləşdiyi ofis olaraq Rumıniyanın paytaxtı Buxarest şəhərindəki George Enescu 128 ünvanı yazılıb. Lakin Buxarest ofisinin saytında isə fondun ünvanı Nicolae Balcescu 32-34 kimi qeyd edilir. Məhz bu sonuncu ünvanın Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) araşdırmaları nəticəsində Eldar Həsənov tərəfindən yaradılan və Rumıniya hakimiyyət orqanları tərəfindən çirkli pulların yuyulması və maliyyə fırıldaqları ittiham edilmiş digər bir qurum - Rumıniya-Azərbaycan Ticarət palatasının ofisi kimi qələmə verildiyi müəyyənləşdirilib. Daha sonra məlum olub ki, bu ünvan həm də Rumın - Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Gənclər Assosiasiyası kimi yalnız kağız üzərində mövcud olan saxta təşkilatların da yerləşdiyi yer kimi göstərilib.

OCCRP-nin araşdırmasında Rumıniya-Azərbaycan Ticarət palatasının əvvəlki ünvanının George Draqomir adlı rumın generalının evi olduğu bildirilir. Araşdırmalar ortaya çıxarıb ki, maliyyə fırldaqlarında şübhəli bilinərək istintaqa cəlb olunan bu qurumla bağlı moldovalı şəxslər həmin vaxt Azərbaycanın Rumıniyadakı səfiri olan Eldar Həsənov və səfirliyin digər əməkdaşları ilə görüşüblər.

Rumın general isə OCCRP-nin jurnalistinə 2007-ci ildə evini palatanın ofisi kimi istifadə edən Azərbaycan səfirliyindən oranı boşaltmağı tələb etdiyini deyib.

Verilən məlumatlara görə o zaman Eldar Həsənovun rəhbərliyi altında Azərbaycanın Rumıniyadakı səfirliyinin diplomatlarının Anar Əcəmov, Seyran Mirzəyev, Fuad Əzizli və Eldar Həsənovun qohumu olduğu bildirilən Elsevər adlı şəxslər olduğu deyilir.

Xatırladaq ki, mətbuatda Eldar Həsənovun Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi sifarişində ortaya çıxan korrupsiya qalmaqalı ilə bağlılığı haqqında məlumat yayılmışdı. Bildirilir ki, məsələnin araşdırılması üçün Vyanada keçirilən məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxardıqları göstərilir. Məhz adları şəkilən diplomatların bu "puldaşıma” işini yerinə yetirə biləcəkləri ehtimal edilir. Hökumətə yaxın mənbənin iddiasına əsasən bu şəxslər hazırda Eldar Həsənovun səfir olduğu Serbiya, Çernoqoriya və Bosniyadakı diplomatik nümayəndəliklərə "transfer” olunublar.

Beləliklə, məlum olur ki, səfir kimi Azərbaycanın maraqlarını xarici ölkələrdə qorumaq, nüfuzunu yüksəltmək vəzifələri tapşırılmış Eldar Həsənov özünə qruplaşma yaradaraq başına topladığı bu şəxslərlə uzun illərdir ki, natəmiz, dolaşıq və şübhəli işlərlə məşğuldur.

Qeyd edək ki, Eldar Həsənovun və başına topladığı dəstəsinin Rumıniyada və Serbiyadakı qaranlıq əməlləri barədə sənədlər daxil olmaqdadır və bu haqda ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.

Bu gün Miq.az-a Eldar Həsənovun Serbiyadakı fəaliyyəti ilə bağlı yeni sensasion məlumat daxil olub. Məlumatda bildirilir ki, Həsənov Rumuniyada səfir olduğu vaxt bu ölkənin İqtisadiyyat naziri, eyni zamanda Rumuniyada erməni diasporasının rəhbəri Varujean Vosganianla müntəzəm görüşürmüş. Hətta bunu təsdiq edən sənədlərin və fotogörüntülərin olduğu da məlumatın tərkib hissəsdir. (Etraflı bu linkdən oxuya bilərsinizhttp://www.minind.ro/presa_2007/ianuarie/23_ian_intalnire_VV_Ambasador_Azerbaidjan.html)

Eldar Həsənovla bağlı ŞOK İDDİALAR

Eldar Həsənov Varujean Vosganianla görüşü

Məlumatda o da vurğulanır ki, Varujean Vosganian bir müddət öncə həbs olunub. Onun həbsinin təfərrüatları da hələlik açıqlanmır. Belə bir müəmmalı şəxslə Eldar Həsənovun görüşməsi də ciddi şübhələrə yol açır.

Eldar Həsənovla bağlı ŞOK İDDİALAR

Varujean Vosganian bir müddət öncə həbs olunub

Bir halda ki, ölkə başçısı Qarabağ problemi həll olunmayana qədər ermənilərlə hər hansı bir əməkdaşlıq və işbirliyinin olmasını bəyan edibsə, o zaman Eldar Həsənov bu görüşləri nə məqsədlə və kimin təlimatı ilə keçirib? Fotolardan da aydın görünür ki, müzakirələr səmimi ortamda keçirilir. Bütün bunlar Serbiyadakı səfirimizin müəmmalı fəaliyyətindən xəbər verir. Yəqin ki, xaricdə Azərbaycanın əleyhinə təbliğat aparan işğalçı ölkənin diaspora rəhbəri ilə görüşən səfirimizin bu görüşlərin təfərrüatı ilə bağlı açıqlamaları olacaq. Əks halda, onun fəlaiyyətinin müəmmalı məqamları həm də xarici siyasətimizin kölgəli məqamı kimi ciddi ictimai qınağa məruz qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Bu gün, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Bu gün, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Bu gün, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Bu gün, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Bu gün, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Bu gün, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Bu gün, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Bu gün, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Bu gün, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Bu gün, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Bu gün, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Bu gün, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Bu gün, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Bu gün, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Bu gün, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Pakistan-Ermənistan dialoqu Bakının razılığı ilə başladı -ŞƏRH
Bu gün, 12:47
ƏƏSMN niyə bütün mebel və inventarları eyni şirkətdən alır? - İcazə verin, şübhələnək...
Bu gün, 12:44
“AAAF Park” sakinlərindən ETİRAZ… - Çıxarış problemi sakinləri ayağa qaldırdı
Bu gün, 12:38
“iPhone 17” Azərbaycanda 4 199 manatdan satışa çıxdı – ABŞ-də satışlar ayın 19-u başlayır
Bu gün, 12:35
Bu ölkədə də səfirliyimiz təsis ediləcək
Bu gün, 12:29
Putinin əmri olmasaydı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
Güclü şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub
Bu gün, 12:12
"Bir-İki dönər"dən şikayət - "İçərisindən şüşə çıxdı" (VİDEO)
Bu gün, 12:10
Ət bahadır... - Ekspert deyir ki...
Bu gün, 11:44
"Hər iki valideynimin baxıma ehtiyacı var..." - ETİRAZ VAR...
Bu gün, 11:39
Sənədləşmə gözləyən insanların evlərini itirmək təhlükəsi... - Yüzlərlə söküntü barədə qərar çıxarılıb
Bu gün, 11:37
"Səhifəmi bağlayıb, sonra məndən pul istədilər"
Bu gün, 11:25
Hacı İsmayılın "AA" seriyalı "Land Rover" sürən oğlu cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
“Məndən başqa 15 nəfər işçinin də pulunu vermirlər” - ÖZBAŞINALIQ...
Bu gün, 11:22
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09
“Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05
Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59
Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53
Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49
Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44
Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39
14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru