Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                     ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? .....                     Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib .....                     Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib .....                     DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb .....                     Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... .....                     "Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." .....                 

ARZU KAZIMOVUN VƏKİLİNDƏN ELŞAD ABDULLAYEVƏ ŞOK CAVAB
Tarix: 3-05-2013, 11:53 | Çap et
ARZU KAZIMOVUN VƏKİLİNDƏN ELŞAD ABDULLAYEVƏ ŞOK CAVAB
Korrupsiya əməllərinə görə fəaliyyəti dayandırılmış ABU-nun sabiq reket rektoru, uzun illər ABU-da qohum-əqrabadan ibarət dəstə yaradaraq açıq reketçiliklə məşğul olmuş və hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılması üçün pul verdiyini iddia etdiyi, bohtan atdığı şəxslərdən biri də iş adamı Arzu Kazımovdur.

Arzu Kazımovun nümayəndəsi Tofiq İsmayılov bir sıra KİV-lərə, o cümlədən "Təzadlar"a son günlər iş adamı A.Kazımovla bağlı mətbuatda, o cümlədən “Yeni Müsavat”da E.Abdullayev və sabiq MTN zabiti Ramin Nağıyev tərəfindən səslənən ittihamlara yazılı cavab göndərib

DİA.AZ olaraq "Təzadlar" qəzetinə istinadən həmin müraciəti təqdim edirik:

“Bir neçə dəfə Elşad Abdullayev Arzu Kazımova qarşı əsassız iddialar səsləndirib, onu adam oğurluğunda ittiham edib. Lakin qətiyyətlə bildirirəm ki, Elşad Abdullayevin Arzu Kazımova qarşı ittihamların heç bir həqiqəti əks etdirmir. Arzu Kazımov xeyriyyəçi iş adamı olub, dövlətə, millətə sadiq şəxsdir, tikinti ilə məşğul olub, nüfuzlu şəxs kimi tanınıb. Arzu Kazımovun təmənnasız maddi yardımı ilə çox xəstələr şəfa tapıb. Naxçıvanın qədim Şahab məhəlləsində bir neçə il öncə tikdirdiyi həm məscid, həm xeyir-şər evi bu gün də ətraf məhəllə camaatının imdadına çatır. 1992-ci ildə məlum səbəblərə görə Naxçıvan MR Ermənistan tərəfdən blokada məngənəsinə düşdükdən sonra naxçıvanlıların Bakıya köçü başladı. Həmin illər Arzu Kazımov Bakıda yaxından tanıdığı 28 nəfərə mənzil aldı. Elşad Abdullayev də bir vaxtlar onun maddi yardımlarından istifadə edib, ondan borc alıb, müəyyən tikinti işlərinə dəstək istəyib. O, Arzu Kazımova ”ağsaqqalım" deyən şəxs olub. Daha sonra isə o, müəyyən qüvvələrlə eybəcər oyunlara girişdi və bu üzdən böhtana məruz qoyduğu şəxslərdən biri də Arzu Kazımov oldu. Elşad Abdullayev iddia edir ki, qardaşı Mahir Abdullayevin azadlığa buraxılmasına kömək etməsi üçün Arzu Kazımova pul verib. Lakin onun buna dair heç bir sübutu yoxdur, bu yaxınlarda yaydığı audioyazıda, daha əvvəl yaydığı videodan isə aydın görünür ki, Arzu Kazımov Mahir Abdullayevin tapılması üçün ölkə rəhbərliyinə müraciət etməyi ona tövsiyə edir. Elşad Abdullayev, sadəcə, Mahir Abdullayevin qayınatası Şamil müəllimi aldatmaq üçün Arzu Kazımovu onun etibarından və dostluq münasibətindən sui-istifadə edərək, ona guya təsəlli vermək adı ilə kabinetinə dəvət edib və indi də bu videonu şantaj məqsədilə montaj edərək yayıb. O, indiyədək qardaşı Mahir Abdullayevin oğurlanmasına görə xeyli adamları ittiham edib ki, qardaşını bu adamlar oğurlayıb. Arzu Kazımova qarşı belə bir ittiham yoxdur, sadəcə, onu şantaj edir ki, 1 milyon dollar müqabilində Arzu Kazımov Mahiri kimlərdənsə alıb gətirəcəyini deyib. Arzu Kazımov heç bir vəzifə, səlahiyyət sahibi olmayıb, avtoritet deyil ki, belə işlər görə biləydi. Əksinə, Arzu Kazımov hələ azadlıqda olarkən sənəd-sübutla isbat etdi ki, Elşad Abdullayev onu şərləyib. Belə ki, Elşad Abdullayev Arzu Kazımova məxsus tikinti şirkəti tərəfindən ABU üçün yataqxana tikməyi sifariş edib, bundan başqa kiməsə hədiyyə etmək üçün qiyməti 500 min dollar olan mənzil sifariş edib. Bütün bu işlər rəsmi - notariat qaydada aparılıb, sənədləri də dəfələrlə mətbuatda yaymışıq, istintaq orqanına da təqdim etmişik. Bir müddət sonra isə, o, Arzu Kazımova deyib ki, daha yataqxanaya və 500 minlik evə ehtiyac yoxdur, şirkətə rəsmi qaydada verdiyi 1 milyon 500 min dolları şərikli halda biznesə yatırsın, müflis olmaqdan qurtarsın. Həmin məbləği rəsmi qaydada illik 30 faizlə şirkətə yatırım kimi verib. Lakin daha sonra Elşad Abdullayevin qardaşları Elsevərlə, İsmayılla problemi yaranıb, çünki Elşad bu işi qardaşlarından gizli edib, hətta onları aldadıb ki, bu pulu Mahirin geri qaytarılması üçün verib. Arzu Kazımov bunu bildikdə, Elşad Abdullayevi qınayıb, Elsevərə, İsmayıla rəsmi müqavilələri təqdim edib. Bundan sonra qardaşlar arasında narazılıq yaranıb. Həmçinin Elşad Abdullayevin ailəsinə, qardaşlarına kələk gəldiyinin üstü açıldıqdan sonra onlar tələb ediblər ki, Arzu Kazımov 1 milyon 500 min dolları, üstəlik də 300 min dolları onlara ödəməlidir. Arzu Kazımov da onlara 1,8 milyonun əvəzində 2 milyon manat dəyəri olan torpaq sahəsini notariat qaydada verib, bununla da məsələ bitib. Bu gün həmin torpaq Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədovun adınadır. Arzu Kazımov Mahir Abdullayevin tapılması, qaytarılması üçün heç bir sövdələşməyə getməyib və o belə işlər görəcək adam deyil. Sadəcə, bu gün kimlərsə Elşad Abdullayevi başa salıb ki, işin mahiyyətini azdırmaq üçün belə şər-böhtanlar uydursun.

Ötən ilin sentyabr ayından başlayaraq kütləvi informasiya vasitələrinin gündəmini zəbt edən Elşad Abdullayevin qondarma ittihamları xalqı artıq təngə gətirib. Bir vaxtlar rəsmi qaydada iddia edirdi ki, rüşvət vermək üçün pulu kifayət etmədiyindən əlacsız qalıb qayınatası Hüseyn Əhmədovdan 1 milyon dollar borc almalı olub. “Azadlıq” qəzetinin 18 mart 2013-cü il tarixli nömrəsində isə yazır ki, qardaşı Mahirin tapılması üçün qaynatası Hüseyn Əhmədovun neçə illərdən bəri damla-damla topladığı 500 min dollar pulunu istəyib. Hüseyn Əhmədov N.Tusi adına Pedaqoji Universitetin professoru olub. Əgər həqiqətən universitet müəllimində bir milyon dollar varsa, bu faktın özü araşdırılmalıdır.

Amma əsl həqiqətdə isə belə deyil. Hüseyn Əhmədovu yaxından tanıyanlar bilir ki, Hüseyn müəllim əməli şəffaf, insandır, görkəmli pedaqoqdur. O, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda mənim də müəllimim olub. Mən şəxsən güman etmirəm ki, Hüseyn müəllim bu kimi çirkin işlərlə məşğul olub sərmayə yığsın.

Elşad Abdullayev deyir ki, ondan qardaşı Mahirlə bağlı müxtəlif adamlar üst-üstə bir neçə milyon alıb, Gülər Əhmədovaya 2 milyon dollar verib. Sual olunur, Elşad Abdullayevdə, borc aldığını dediyi qohumlarında bu qədər pul haradandır? Elşad Abdullayev ABU rektoru olaraq minlərlə insanın taleyi ilə oynayıb, ağır korrupsiya, rüşvətxorluq cinayətləri törədib. O, bu əməllərinə görə cavab verməlidir"...

Nümayəndə daha sonra yazır: “Elşad Abdullayev iddia edir ki, Arzu Kazımov Bakı şəhərində 40-dan çox çoxmərtəbəli binaların sahibidir. Neft, silah alveri edir, Nərimanov rayonundakı 5 mərtəbəli binanın qarajındakı bütün maşınlar Arzuya məxsusdur. Özünü hüquq doktoru adlandıran adam bütün bu ittihamlarının sübutunu ortaya qoymalıdır, əks halda, böhtançı kimi məsuliyyətə cəlb edilməlidir. Bizim məlumatımıza görə, Müstəqil İstintaq Komissiyası onun bütün ittihamlarını araşdırır və heç biri öz təsdiqini tapmır. Onun açıqlamalarında və ABU rektoruna istinadla Ramin Nağıyevin açıqlamasında Arzu Kazımova şər atılıb. Bu ilin mart ayında ”Yeni Müsavat"da dərc edilən yazıda bildirilir ki, guya Sumqayıtın vergi idarəsinin sabiq rəisi Sədrəddin Məmmədovun oğlunu 2007-ci ildə Arzu Kazımov oğurlatdırıb. Mən Sədrəddin müəllimə mobil telefonla zəng edib, ona bu olayları deyəndə, o bu cür xəbərlərdən sarsıldığını dedi. Və bildirdi ki, əvvəla, Arzunu özünə qardaş bilir, ikincisi bu ittihamla bağlı istintaqa ifadə verib, Elşada ayıb olsun ki, şər böhtan yazır.

Həmin tarixli yazıda o, 2009-cu ilin sentyabrında Həsən Kazımovun dənizdə boğulmuş oğlunun da ölümünü Arzu Kazımovun ayağına yazmağa, bu yolla növbəti şər atmağa çalışır. (H.Kazımovun dünyasını dəyişən oğlu, hazırda Elşadın ittihamları əsasında həbs edilən Vaqif Hüseynovun kürəkəni olub) Həsən Kazımov mənim yaxın qohumum və dostumdur, o da Elşadın bu addımını lənətləyir və deyir ki, vaxt gələcək Elşadla Bakıda məhkəmədə görüşəcək və ona layiq olduğu sözləri deyəcək. Elşad Abdullayev onu da bilsin ki, saf, zəhməti ilə dolanan adama şər atmaqla, böhtanla kiminsə taleyi ilə oynamaq kimi işləri Allah da bağışlamır. Biz əminəm ki, qısa müddətdə Arzu Kazımovun bu işlərdə günahı olmadığı təsdiqini tapacaq və o, azadlığa çıxacaq. Əvəzində isə Elşad Abdullayev törətdiyi cinayətlərə görə cavab verəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Bu gün, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Bu gün, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Bu gün, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Bu gün, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Bu gün, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Bu gün, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Bu gün, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Bu gün, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Bu gün, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Bu gün, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Bu gün, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Bu gün, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Bu gün, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Bu gün, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Bu gün, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Bu gün, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Bu gün, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Bu gün, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Bu gün, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Bu gün, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Bu gün, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Bu gün, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Bu gün, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Bu gün, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Bu gün, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Bu gün, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Bu gün, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Bu gün, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Bu gün, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Bu gün, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Bu gün, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Bu gün, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Bu gün, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Bu gün, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Bu gün, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Bu gün, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Bu gün, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Bu gün, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Bu gün, 12:16
DSX generalı vəzifədən azad edilib? - İlham Mehdiyev kimdir?
Bu gün, 12:13
Moskva daha bir milyarder ermənini Paşinyanla üz-üzə qoyub - Foto
Bu gün, 12:11
“Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq konsensus yarada bilib” - İrəvanda etiraf
Bu gün, 12:09
Tramp əslində istəyir ki... - İNCƏLƏMƏ
Bu gün, 12:05
“Elmi Bərpa” Xocavənddə 1,8 milyonluq sifarişi qazandı
Bu gün, 11:59
Rusiyada antimiqrant dalğası: milyonların taleyi sual altında - NƏ BAŞ VERİR?
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru