Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU .....                     Qazaxda abadlıq işləri aparılır .....                     Ermənistan müdafiə naziri Çinə səfər edib .....                     Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? .....                     Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? .....                     Yumurtanın da qiyməti BAHALAŞDI .....                     Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı .....                     Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI .....                     “Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” .....                     Keçmiş baş həkimlə müğənni arasında qalmaqal .....                     İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə .....                     Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                 

ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
Tarix: 28-03-2013, 14:43 | Çap et
ELDAR HƏSƏNOVUN DÖNÜŞÜ KİMLƏRƏ SƏRF ETMİR?
KEÇMİŞ BAŞ PROKURORUN MƏKTUBU TƏLAŞLA QARŞILANIB

DİA.AZ: - Ötən ayın ortalarında sabiq Baş prokuror, Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqqında ilginc məlumat yayıldı. Məlum oldu ki, cənab Həsənov tutduğu postdan geri çağırılması üçün prezidentə müraciət edib. Bu haqda elə səfirin özü məlumat verdi.

Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən Eldar Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib: “Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər üç ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədirВ».

Qeyd edək ki, Eldar Həsənovun hələ ölkənin Baş prokuroru olduğu dövrdən hakimiyyət daxilində bəzi güclü qruplar və iri ranqlı şəxslərlə ixtilafının olduğu sirr deyil. Elə onun gözlənilmədən həmin görəvdən alınaraq В«diplomatik mühacirətВ»ə göndərilməsi də sabiq Baş prokurorun iqtidar içindəki rəqiblərinin işi sayılırdı.

Eldar Həsənov diplomatik fəaliyyətlə məşğul olduğu illər ərzində onun dəfələrlə Bakıya qayıtmaq istəməsinə dair məlumatlar yayıldı, hər dəfə də bu məlumatlar təkzib edildi. Amma birdən-birə onun öz dilindən səfir postundan geri çağrılması yönündə müraciət etməsi barədə xəbərin yayılması əvvəlki illərdə yazılanların doğruluğunu təsdiqləmiş oldu. Sadəcə, görünür, sabiq Baş prokuror yaxın ətrafı vasitəsilə bu cür xəbərlərin dövriyyəyə buraxılmasının effektsizliyini anlayıb və birbaşa özü müraciət etmək qərarına gəlib.

İndiyədək Həsənovun bu istiqamətdə gizli və aşkar cəhdləri rəqibləri tərəfindən əngəllənirdi. Onun üzərinə bir neçə ölkədə diplomatik missiyanı yerinə yetirmək tapşırığının qoyulması, işlərinin ağırlaşdırılması da onunla izah edilirdi ki, hakimiyyət daxilində sabiq Baş prokurorla ixtilafı olanlar onun gərgin çalışaraq başqa məsələlər barədə düşünməyə vaxt tapmamasını istəyirlər.

Amma görünən odur ki, sabiq Baş prokuror artıq bu durumdan yorulub və Bakıya dönmək qərarını qətiləşdirib. Onun haqqında danışılan müraciəti razılaşdıraraq etdiyi ehtimalı da çox güclüdür. Belədə isə Eldar Həsənovun hakimiyyət daxilindəki rəqiblərinin ciddi əndişə və narahatlıq içərisində olmasını söyləmək artıqdır.

Üstəlik, nəzərə alsaq ki, Eldar Həsənov kimi təcrübəli adam heç vaxt ölkə rəhbərliyi ilə əvvəlcədən razılaşdırmadan etdiyi müraciəti ictimailəşdirməz, o zaman onun səfir postundan geri çağıralaraq başqa bir vəzifəyə təyin ediləcəyi barədə məlumatların əsassız olmadığını söyləmək olar. Amma hansı vəzifəyə? Bax əsas suallardan biri budu və çeşidli versiyalar var. Həmin versiyalar içərisində Eldar Həsənovun daha böyük bir ölkəyə səfir göndərilməsi ehtimalı çox aşağıdır. Çünki sabiq Baş prokurorun məhz Bakıda hansısa vəzifəyə təyinat almaq istəyində olduğu və həmin müraciətinin də bu istəkdən irəli gəldiyi bir həqiqətdir. Bəzi fərziyyələrə görə, mümkündür ki, o, Xarici Işlər Nazirliyində yüksək posta təyin edilsin. Başqa bir versiya da onun Prezident Administrasiyasında beynəlxalq şöbənin müdiri vəzifəsinə gətirilməsi ola bilər. Həsənovun Diaspora Komitəsinin rəhbərliyinə gətirilə biləcəyi də istisna olunmur.

DİA.AZ-ın “Unikal” qəzetinə istinadən verdiyi xəbərə görə, bütün bu fərziyyələrdən kənarda gerçəklik ondan ibarətdir ki, sabiq Baş prokurorun Bakıya qayıtmaq arzusu və bu arzunun reallaşma ehtimalının kifayət qədər yüksək olması onun rəqiblərində dərin narahatlıq yaradıb. Onların bu qayıdışa mane olmaq üçün əllərindən gələni edəcəyi şəksizdir; amma yuxarıda da vurğuladığımız kimi, Eldar Həsənovun məlum müraciətini ölkə rəhbərliyi ilə razılaşdıraraq ictimailəşdirdiyinə dair qüvvətli rəylər həmin mane olmaq səylərinin istənilən nəticə verəcəyinə inamı azaldır.

Həsənovun rəqiblərini xüsusilə o qorxudur ki, sabiq Baş prokuror payızda keçiriləcək prezident seçkilərindən sonra təşkil olunacaq yeni hökumət kabinetində daha yüksək posta gətirilsin. Bu isə onun iqtidariçi əleyhdarlarından intiqam almaq imkanlarını daha da gücləndirəcək.

Hər bir halda Eldar Həsənovun məlum müraciətindən sonra yaranmış situasiya elədir ki, onun rəqiblərində ciddi narahatlıqlar var və onların özləri belə, sabiq Baş prokurorun Bakıya qayıdışının reallaşacağı təqdirdə üzləşəcəkləri ağır vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bir zamanlar Bakıdakı yüksək karyerasına son qoymağı və ölkədən kənarlaşdırmağı bacardıqları adamın dönüşü onlar üçün arzuolunmazdır: çünki bu dönüşün ardınca öz rəqiblərindən qisas almaq əməliyyatının başlayacağına inam da güclüdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Bu gün, 18:09
Qazaxda abadlıq işləri aparılır
Bu gün, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Bu gün, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 17:48
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 17:46
Yumurtanın da qiyməti BAHALAŞDI - AÇIQLAMA
Bu gün, 17:42
Xankəndində erməni əsilli sakin terrora cəhd edib, polisə qumbara atdı - TƏFƏRRÜAT
Bu gün, 17:35
Masallıda mayası haramla yoğrulan TİKİNTİ PLANI - ARAŞDIRMA
Bu gün, 14:03
“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi
Bu gün, 13:56
Keçmiş baş həkimlə müğənni arasında qalmaqal - həbsdə olan müğənninin cəza müddəti artırıldı
Bu gün, 13:54
İrəvan bu görüntülərlə çalxalanır: Paşinyandan Bakı ilə bağlı həmlə - FOTO
Bu gün, 13:48
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru