Tanınmış vəkil “Adore"ni məhkəməyə verdi, qalib gəldi .....                     Elgiz Əkbər: “Ədalət Şükürov məni harada görürdüsə, pul verirdi” .....                     Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub? .....                     Nazir bu klinikanın baş həkimini işdən çıxardı .....                     Rusiyadan Azərbaycana ŞOK TƏHDİD: Ölkənin DAXİLİNİ QARIŞDIRACAĞIQ! .....                     Bakının burnunun ucunda: HAMININ UNUTDUĞU YER... .....                     Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb .....                     Azərbaycan müdafiə nazirinin Türkiyəyə səfəri davam edir .....                     Qadına görə onun keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı .....                     Paşinyan Rusiyaya gedir .....                     İcra hakimiyyətlərində islahatlar başlayır .....                     Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanda BÖHRAN YARADIR... .....                     Paşinyan separatçıları bir-bir “dənləyir” .....                     Norveç şirkəti Azərbaycanda ləğv edilir .....                     Zəngəzur dəhlizi tezliklə müsbət həll olunacaq .....                     İlkin son qapını döydü .....                     Tahir Kərimli ilə “kurortlar nazirliyi” arasında qalmaqal: kim haqlıdır? .....                     Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü .....                     Əli Cam və oğlu azadlığa çıxdı .....                     Bu karqo şirkətinə yolun düşdüsə... .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb .....                     "Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!" .....                     “Azercell” abunəçilərini rəsmən BOĞAZA YIĞIB .....                     Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib .....                     Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar? .....                     Bu dəfə "CELT" kursları SSRİ-ni təbliğ etdi .....                     Kreml Ermənistanda aranı qatdı, Paşinyanla bağlı tapşırıq verildi .....                     “Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…” .....                     Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı .....                     Deputatın ŞOK SƏRVƏT SİYAHISI... .....                     Rusiya həddi aşır .....                     Bu şirkət yenidən təşkil olunacaq .....                     Azərbaycan GUAM xətti ilə hərəkət edir... .....                     Əliyevdən Paşinyana son “ev tapşırığı” .....                     Mask dövlət işinə qayıda bilər .....                     İlham Əliyev açıq və net danışdı... .....                     Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... .....                     Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... .....                     "Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?" .....                     GDU ilə bağlı ŞOK FAKTLAR... .....                 

RÜSTƏM İBRAHİMBƏYOV NƏ İSTƏYİR?
Tarix: 19-03-2013, 12:59 | Çap et
RÜSTƏM İBRAHİMBƏYOV NƏ İSTƏYİR?
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırıb.

- Fransa səfəriniz necə keçdi? Marseldə təşkil etdiyiniz kino və teatr festivalı yekunlaşdımı?

- Festival çox yüksək səviyyədə baş tutdu. Artıq 18-ci dəfədir ki, Marseldə kino və teatr festivalı keçirirəm. İşləri uğurla yekunlaşdırıb Fransadan Rusiyaya qayıtmışam.

- Festival iştirakçılarının Azərbaycanda üzləşdiyiniz problemlər, rəhbərlik etdiyiniz ittifaqa alternativ qurumun yaradılması, ofisdən çıxarılmağınız, ittifaqa cinayət işi açılması barədə məlumatı vardımı?

- İnformasiyalar çox sürətlə, geniş formada yayılır. Baş verənlər haqda eşidənlər çox təəssüflənirlər, təəccüblənirlər. Hazırkı hakimiyyətə münasibət çox mənfidir. Ölkədə diktatura olduğunu, korrupsiyanın, rüşvətin tüğyan etdiyini dünya mətbuatı geniş yazır, hamı bunu bilir.

- Səhhətinizdə problem olması haqda məlumat yayılmışdı. İndi necəsiniz?

- Böyrəyimdə daş var. Mehmanxanada olanda ağrılar tutdu, təcili tibbi yardım çağırıldı. Məni xəstəxanaya apardılar və bir gecə orada qaldım. Həkimlər üç-dörd gün daşı parçalamağa çalışdılar. İndi səhhətim normalıdır, özümü yaxşı hiss edirəm. Başqa bir problem yoxdur.

- Azərbaycandakı ictimai-siyasi prosesləri izləyə bilirsinizmi? EL hərəkatının elan olunmasını necə qiymətləndirirsiniz?

- EL-in təqdim olunmasını çox yüksək qiymətləndirirəm. Proses haqda daimi məlumat alıram. Yəni mənə prosesin gedişi, orada kimlərin təmsil olunması və sair haqda informasiya verirlər. Bu, ümumi ideya idi, hamımız belə bir hərəkatın yaradılmasına tərəfdar olmuşduq. Artıq ideya həyata keçirilib, hərəkat yaradılıb.

Ölkəmizdə əhalinin bir hissəsi ictimai-siyasi proseslərdə iştirak etmir, səsverməyə getmir. EL hərəkatının əsas məqsədi insanların ictimai-siyasi fəallığını artırmaq, onları seçkiyə cəlb etməkdir. Bu, çox vacib bir məqsəddir və inanıram ki, müsbət nəticələr əldə olunacaq. Hərəkat yaxın zamanlarda özünü göstərəcək. EL hərəkatı Ziyalılar Forumu ilə birbaşa bağlı deyil, ayrı bir birlikdir. Ziyalılar Forumunda təmsil olunan şəxslərin hər kəsin öz peşəsi var və biz öz peşəmizlə məşğul oluruq. Forum EL hərəkatını dəstəkləsə də, onun işində birbaşa iştirak etmir. Bizim heç bir vəzifədə gözümüz yoxdur.

- Sizin əsas ideyanız Milli Şuranın yaradılmasıdır. Buna start verilibmi?

- Bu istiqamətdə iş aparılır. İndi şuranın tərkibinin təsdiqlənməsi üçün danışıqlar gedir. On beş gün, bir ay müddətində iş başa çatacaq və Milli Şura bütün demokratik qüvvələri birləşdirərək fəaliyyətə başlayacaq. Şuranın əsas məqsədi prezident seçkisinə hazırlaşmaqdır. Bütün imkanları səfərbər etmək, xaricdən kömək istəmək lazımdır ki, prezident seçkisi heç olmasa qismən azad, şəffaf və ədalətli olsun. İnanıram ki, ikinci mərhələdə Milli Şura vahid namizəd irəli sürəcək. Partiyalar, hərəkatlar, gənclər təşkilatları, bütövlükdə demokratik qüvvələrin hamısı birləşib vahid namizəd irəli sürməlidir.

Müzakirələr onu göstərir ki, bütün demokratik qüvvələr Milli Şuranın yaradılmasını dəstəkləyir. Aparıcı siyasi partiyalarla bir necə görüş keçirilib. İndi şuraya daxil olacaq qüvvələri və şəxsləri müəyyənləşdirmək üçün məsləhətləşmələr aparılır.

- Milli Şuranın əsas təşkilatçısı kimdir?

- Üç-dörd aparıcı partiya və hərəkat bununla məşğul olur.

- AXCP və Müsavat Partiyası da təşkilatçılar sırasındadır?

- Həm AXCP, həm Müsavat Partiyası, həm də EL hərəkatı prosesdə iştirak edir, təşkilatçı kimi müzakirələr aparırlar. Görüşlər, müzakirələr tez-tez olur. Amma nəticələri elan etmirlər. Çünki proses yeni başlayıb.

- Milli Şuranın yaradılmasının sürətləndirilməsinə zərurət varmı?

- Azərbaycanda baş verənlər Milli Şuranın formalaşdırılmasının sürətləndirilməsini zəruri edir. İndi ölkədə çox qəribə vəziyyət yaranıb. Qəzetlər yazır ki, Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşır. Hətta hakimiyyətdən 20 milyard dollar tələb olunması, ölkənin qeyri-neft sektorunun ələ keçirilməsinə cəhdlər göstərilməsi kimi iddialar var. Eyni zamanda mətbuatda “Milyarderlər klubu” adlandırılan Rusiya Azərbaycan Təşkilatları İttifaqından tez-tez yazırlar, bu qurumun prezident Vladimir Putinin göstərişi əsasında yarandığınıı, məqsədinin Azərbaycanda hakimiyyəti devirmək olduğunu iddia edirlər. Bunların hamısı əsassız, mənasız uydurmalardır. Bu məlumatları hakimiyyət yayır, buna heç bir şübhə yoxdur.

Digər tərəfdən isə hakimiyyəti təmsil edən bir necə deputat ABŞ-a gediblər. Orada deyiblər ki, Rusiya və İran Azərbaycana təzyiq edir, ölkəni əzməyə çalışırlar və iqtidar bunlardan narahatdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə geniş müsahibə verib bildirir ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi ölkədə sabitliyi pozmağa çalışır, bunun üçün müxalif gənclərə 2 milyon dollar pul verilib. Guya gənclər həmin pulların hesabına hakimiyyəti devirməyə, çevriliş etməyə çalışırlar və Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyini yoxlamaq, onun fəaliyyətinə son qoymaq lazımdır. Bundan əvvəl isə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanı sərt formada tənqid etmişdilər. Onda da hakimiyyət nümayəndələri cavab vermişdilər ki, bunu edənlər bizim Avropada olan düşmənlərimizdir.

İndi belə çıxır ki, Rusiya, ABŞ, Avropa, İran hamısı bizim düşmənimizdir və sabitliyi pozmağa, partlayış törətməyə, insanları küçələrə çıxarmağa və çevriliş etməyə çalışırlar. Hakimiyyət nümayəndələrinin hərəkətlərinə baxanda, mətbuatda yazılanları oxuyanda belə qənaətə gəlirsən ki, bütün xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa çalışırlar və iqtidar da bundan bərk narahatdırlar. Lakin mən belə hesab etmirəm. Bu narahatlığın başqa səbəbləri var.

Son proseslər, xüsusən də gənclərin həbsi hakimiyyətin narahatlığından irəli gəlir. Fəalların, xüsusən də REAL hərəkatının sədri İlqar Məmmədovun həbs olunması məni ciddi narahat edir. Azərbaycanın gələcəyi belə insanlarla bağlıdır. Günahsız insanların, o cümlədən İlqar Məmmədovun həbsi hakimiyyətin yeni planının tərkib hissəsidir. Hesab edirəm ki, yaxın zamanlarda repressiyalar güclənəcək, hakimiyyət demokratik qüvvələrə hücuma keçəcək, İlqar Məmmədov kimi fəalları, gəncləri təcrid etməyə, güc yolu ilə müxalifəti taqətdən salmağa çalışacaqlar. Əsassız ittihamlar, təzyiqlər artacaq. Birdən-birə Rusiyanın, ABŞ-ın, Avropanın düşmən elan olunması səbəbsiz ola bilməz. Belə informasiyaların yayılmasının məqsədi repressiya dalğasına zəmin hazırlamaqdır. “Nida” Vətəndaş Hərəkatı üzvlərinin həbsi, onları etirafedici ifadələr verməyə məcbur etmək də bunu təsdiqləyir.

Hakimiyyətin son hərəkətləri məni çox narahat edir. Belə vəziyyətdə hamı ayağa qalxmalı, günahsız insanın həbsinə etirazını bildirməlidir. Nə səfirliklər, nə beynəlxalq demokratik institutlar, nə də Azərbaycan ictimaiyyəti ciddi etiraz bildirir. Bütün bunlar narahatlıq yaradır və belə davam etsə, səsini çıxaran hər kəsi dövlət çevrilişi ittihamı ilə həbsə atacaqlar.

-Rusiyanın payızda Azərbaycanda keçiriləcək prezident seçkisində mövqeyi necə ola bilər?

- Hesab edirəm ki, ən yüksək səviyyədə Azərbaycan-Rusiya münasibətləri yaxşıdır. Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri Moskvaya səfərlər edirlər, görüşlər keçirilər. Bu da münasibətlərin yaxşı olduğunu göstərir. Rusiya tərəfdən hakimiyyətə hansısa təhlükənin, qorxunun olmasına inanmıram.

Bütün dünyada olduğu kimi, Rusiya hakimiyyəti və ictimaiyyəti də yaxşı bilir ki, Azərbaycanda qəddar diktatura rejimi mövcuddur. Bəzən pərdə arxasında bunu tənqid edirlər. Amma mətbuatda yazmırlar. Rusiyada informasiya ciddi nəzarətdədir və hakimiyyət tərəfindən idarə olunur. Qəzetlərdə Gürcüstandan, Özbəkistandan geniş yazırlar, Azərbaycan haqda heç nə yazmırlar. Bu da münasibətlərin yaxşı olmasının göstəricisidir.

Gürcüstan prezidenti Mixail Saakaşvili bir müddət əvvəl Bakıya səfər etmişdi və qayıdanda Rusiyanın Azərbaycanda dövlət çevrilişi etməyə hazırlaşdığına dair bəyanat vermişdi. Hesab edirəm ki, bunlar əsassız sözlərdir. Amma belə informasiyalar səbəbsiz olmur, bunu hakimiyyət qəsdən yayır. Adətən belə məlumatlar yayan iqtidarların özləri nəsə hazırlayırlar ki, sonra desinlər vəziyyət belə gərgin olub, onlar da sərt addım atmaq məcburiyyətində qalıblar.

- Əvvəlki müsahibənizdə demişdiniz ki, vətənə gəlmək üçün ilk imkan martın sonunda yaranacaq. Azərbaycana gəlmək planınız varmı?

- Moskvada iki filimin çəkilişinə başlamışam, teatrda tamaşa hazırlayıram. Bu baxımdan işlərim çoxdur. Eyni zamanda Azərbaycandakı işlərlə bağlı mütəmadi məlumat alıram, gündə bir necə zəng edirlər, mən özüm də zəng edirəm. Oradakı işləri lazımı səviyyədə idarə və nəzarət edirəm. Ona görə də gəlib Azərbaycanda oturmağımın mənası yoxdur.

Mən peşəkar siyasətçi deyiləm. Buna baxmayaraq əlimdən gələni edirəm. Amma bir daha bildirmək istəyirəm ki, əgər dostlarım desələr ki, Azərbaycana gəl, mütləq gələcəm. Konkret deyim ki, bu əsasən Milli Şura ilə bağlı olacaq.

- Azərbaycanda Novruz bayramı qeyd olunur. Siz necə, bayramı keçirə bilirsinizmi? Xalqa bir mesajınız varmı?

- Novruz bizim müqəddəs bayramımızdır. Bizim ailədə də bu bayrama həmişə böyük önəm verilib. İndi də ailəmizdə bu bayramı qeyd edirik.

Yaz gəlir, təbiət oyanır. Ümid edirəm ki, bu yaz xalqımızın oyanışı, öz haqları uğurunda mübarizəyə qalxması ilə əlamətdar olacaq. İnanıram ki, bu il Azərbaycanda böyük, gözəl dəyişikliklər olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış vəkil “Adore"ni məhkəməyə verdi, qalib gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:51
Elgiz Əkbər: “Ədalət Şükürov məni harada görürdüsə, pul verirdi” – Müğənnidən CAVAB
Bu gün, 11:49
Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub?
Bu gün, 11:44
Nazir bu klinikanın baş həkimini işdən çıxardı - ƏMR
Bu gün, 11:36
Rusiyadan Azərbaycana ŞOK TƏHDİD: Ölkənin DAXİLİNİ QARIŞDIRACAĞIQ! – deputat AÇIQ HÜCUMA KEÇDİ
Bu gün, 11:33
Bakının burnunun ucunda: HAMININ UNUTDUĞU YER... - Kəsilən baş olmasa da... YAŞ AĞACLARDIR...
Bu gün, 11:23
Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb
Bu gün, 11:17
Azərbaycan müdafiə nazirinin Türkiyəyə səfəri davam edir
Bu gün, 11:14
Qadına görə onun keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 11:10
Paşinyan Rusiyaya gedir
Bu gün, 11:05
İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK
Bu gün, 10:57
Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanda BÖHRAN YARADIR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:53
Paşinyan separatçıları bir-bir “dənləyir” – Bu dəfə hədəfdə Babayan OLDU
Bu gün, 10:48
Norveç şirkəti Azərbaycanda ləğv edilir
Bu gün, 10:43
Zəngəzur dəhlizi tezliklə müsbət həll olunacaq - ŞƏRH
Bu gün, 10:40
İlkin son qapını döydü - Ali Məhkəmə qərar verəcək
Bu gün, 10:38
Tahir Kərimli ilə “kurortlar nazirliyi” arasında qalmaqal: kim haqlıdır? - Görünəni odur ki...
Bu gün, 10:35
Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:29
Əli Cam və oğlu azadlığa çıxdı
Bu gün, 10:26
Bu karqo şirkətinə yolun düşdüsə... - GİLEY
Bu gün, 10:16
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb - DİQQƏT!
Bu gün, 10:07
"Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!" - NARAZILIQ VAR...
Bu gün, 10:05
“Azercell” abunəçilərini rəsmən BOĞAZA YIĞIB - "Məqsədinizi deyin biz də bilək..."
Bu gün, 09:58
Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib - TƏFƏRRÜAT
Bu gün, 09:46
Mərhum Qarabağ qazisinin adı ilə onun həyat yoldaşını necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 09:26
Bu dəfə "CELT" kursları SSRİ-ni təbliğ etdi - İmişlidəki hadisə dərs olmadı
Bu gün, 09:23
Kreml Ermənistanda aranı qatdı, Paşinyanla bağlı tapşırıq verildi – Ankara detalı
Bu gün, 09:18
“Azərbaycanı mühasirəyə almaq planı işə düşüb…” - Tofiq Zülfüqarovdan xəbərdarlıq
Bu gün, 09:12
Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı – Bakı fərqindədir
Bu gün, 09:09
Deputatın ŞOK SƏRVƏT SİYAHISI... - AÇIQLANDI...
Bu gün, 09:06
Rusiya həddi aşır - indi də alimlərimiz hədəfə alındı
Bu gün, 08:58
Bu şirkət yenidən təşkil olunacaq
Bu gün, 08:55
Azərbaycan GUAM xətti ilə hərəkət edir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:51
Əliyevdən Paşinyana son “ev tapşırığı” - Ağ Evin o müjdəsi...
Bu gün, 08:48
Mask dövlət işinə qayıda bilər - “Bloomberg”
Bu gün, 06:36
İlham Əliyev açıq və net danışdı... - nəyisə gizlətmədi...
Bu gün, 06:32
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... - HAMI FAYDALANACAQ...
Bu gün, 06:28
Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:13
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?"
Bu gün, 06:07
GDU ilə bağlı ŞOK FAKTLAR... - SƏN DEMƏ...
Bu gün, 06:01
Naxçıvanda KTN sistemi ağlar günə qalıb - dövlət təcili müdaxilə etməzsə...
Bu gün, 05:57
"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var - FOTOFAKT
Bu gün, 05:42
Bura elə turist gəlməsə, yaxşıdır... - AXI NİYƏ?..
Bu gün, 05:37
Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... - demək istədilər ki...
Bu gün, 05:32
Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... - AKTUAL
Bu gün, 05:25
Paşinyan üçün ciddi SİQNAL - NƏ BAŞ VERİR?
Bu gün, 05:14
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” - Rəşid Mahmudovdan İDDİA
Bu gün, 05:12
Trampın Əliyevin çıxışını paylaşması... - təsadüfi deyil...
Bu gün, 05:09
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru