
İCRA BAŞÇISININ KÜRƏKƏNİ RƏİS OLDU
Bakının polis bölmələrində kadr dəyikliyi olub. Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, İltimaz Yusifli Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis təyin olunub.
Həmin bölmənin rəisi Firudin Camalov isə tədaüdə göndərilib.
Onu da əlavə edək ki, İ.Yusifli əvvəllər Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəis müavini vəzifəsində işləyib.
Qeyed edək ki, İ. Yusifli Qaradağ rayonunun icra basçısı Süleyman Mikayılovun kürəkənidir.