
PARTİYALARIN MALİYYƏSİ ARTIRILDI
Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan xərclər artırıldı. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin cümə günü keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
"2013-cü il dövlət büdcəsi layihəsində bu məqsədlər üçün nəzərdə tutulan vəsait 2,5 milyon manat olub. Əvvəlki variantda isə iki milyon manatın ayrılması nəzərdə tutulurdu", - Şərifov qeyd edib.
Qeyd edək ki, Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi gedir.