Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                     Zakir Qaralovun vergi borcu iki qat artıb .....                     Ukrayna bu şəhəri itirsə... .....                     Paşinyanın ordu ilə bağlı PLANI... .....                     ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                     SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! .....                     Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                     Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır .....                     Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... .....                     İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Yeni il ərəfəsində əfv gözlənilir? .....                     "Gözlərimin içinə baxan o deyil" .....                     Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? .....                     Tanınmış müğənninin toyda biabırçı canlı İFASI .....                     İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? .....                     ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib .....                     "Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur .....                     “Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb .....                     Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? .....                     "Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." .....                     Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                     Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir .....                     Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU .....                     Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı .....                     Şəbnəm buna görə 30 min dollar qonorar alıb .....                     İcra başçıları toya nə qədər pul yazdırır? .....                     Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək .....                     Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi .....                     Qəzetlərin KİTABI BAĞLANIR... .....                     Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ .....                     "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..." .....                 

QİYAMÇI MİLYARDERLƏRƏ QARŞI DAHA BİR AÇIQLAMA
Tarix: 23-11-2012, 09:33 | Çap et
QİYAMÇI MİLYARDERLƏRƏ QARŞI DAHA BİR AÇIQLAMA
"ONLARIN YARARLI OLACAĞINI DÜŞÜNMÜRƏM"

"Rəsmi Bakının Qarabağ məsələsində neftdən silah kimi istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Təəssüf ki, rəsmi Bakının Qarabağ siyasətində alternativ imkanlar işlənib hazırlanmayıb". Bunu SalamNews-a müsahibəsində “Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş rəhbəri, hazırda Almaniyada yaşayan tanınmış jurnalist Mirzə Xəzər deyib.

- Azərbaycan mediasını izləyirsinizmi, ümumiyyətlə, ölkədə söz və mətbuat azadlığının səviyyəsini necə qiymətləndirirsiniz?

- Hakimiyyət mətbuata qalib gəlib. Mətbuatın azadlığını və müstəqilliyini məhdudlaşdıra bilib. Bu gün faktiki olaraq mətbuat hakimiyyətin cıdığı çərçivəyə sıxışdırılmış haldadır. Prezident Administrasiyası məqsədinə nail olmaq üçün bir neçə metoddan istifadə edib. Birinci metod, cəsur jurnalistləri təqib və təzyiqə məruz qoyaraq, bəzi hallarda həbsə ataraq susdurmaqdır. İkinci metod, maliyyə imkanları məhdud olan qəzetləri, portalları maddi yardım və reklam təklifləri ilə şirnikdirərək onları cilovlamaq, hakimiyyətin istədiyi istiqamətə yönəltməkdir. Üçüncü metod, dövlət və hökumət orqanlarını bürüyən korrupsiya xəstəliyini, bilərəkdən, qərəzlə, mətbuata yaymaqdır. Belə vəziyyətdə mətbuatın nə azadlığı qalar, nə də müstəqilliyi.

- Rusiyada yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı barəsində nə deyə bilərsiniz?

- Bu barədə iki dəfə şərh yazmışam. Mən bu, necə deyərlər, “milyarderlər” ittifaqına ciddi yanaşmıram. İnanmıram ki, milyardlarını SSRİ dağılan anlarda hərc-mərclikdən istifadə edərək “qazanan” insanlar öz variatını riskə atsınlar. Bu, necə deyərlər, “milyarder”lərin Azərbaycanda demokratik cəmiyyət yaratmaq üçün hansısa fədakarlığa hazır olduqlarını da düşünmürəm. İttifaqın yaranan kimi dağılması, buna sübutdur. Bizim “milyarder”lərin o biri xalqların milyarderlərindən böyük fərqi var. Bizimkilər üçün əvvəlcə pul və şöhrət gəlir...

- Siz hazırda Almaniyada yaşayırsınız. Bu ölkənin Azərbaycana münasibəti necədir?Beynəlxalq təşkilatlarda almaniyalı deputatların ölkəmiz haqqında söylədiyi fikirlərə münasibətiniz necədir?

- Mənim alman deputatları ilə əlaqəm yoxdur. Lakin onların mətbuatda çıxan bəyanatları ilə tanışam. Onların bəyanatlarına qiymət verə bilmərəm. Amma unutmamaq lazımdır ki, alman deputatların Azərbaycan haqqında söylədikləri Azərbaycanda fəaliyyət göstərən insan hüquqlarını müdafiə təşkilatlarının, qeyri-hökumət təşkilatlarının hesabatlarına və məlumatlarına əsaslanır. Bəzi hallarda isə bu məlumatlar Almaniyanın Bakıdakı səfirliyi vasitəsilə Berlinə gəlir.

- Regionun ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsinin 20 ildir həll olunmamasının səbəbi nədir?

- Münaqişənin həll olunmamasının bir çox səbəbi var. 1994-cü ildə Bişkək sazişi bağlanandan sonra, 18 ildir Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylər bəyanatbazlıqdan o yana getmir. Bununla yanaşı, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu 18 ildir yerində sayır və fikrimcə, hələ uzun zaman yerində sayacaq. Bu, böyük ədalətsizlikdir. Bir dövlətin ərazisi qonşu dövlət tərəfindən işğal edilir və dünya buna biganə yanaşır. Amma hesab edirəm ki, yalnız dünyanı qınamaq haqsızlıq olar. Rəsmi Bakının yeritdiyi Qarabağ siyasəti də süstlüyü ilə fərqlənir. Rəsmi Bakının Qarabağ məsələsində neftdən silah kimi istifadə etmək cəhdləri heç bir nəticə vermədi. Təəssüf ki, rəsmi Bakının Qarabağ siyasətində alternativ imkanlar işlənib hazırlanmayıb. Bu səbəbdən artıq 9 ildir hakimiyyət xəyalpərəstliyi ilə fərqlənən nikbin bəyanatlarla ictimaiyyəti sakitləşdirməyə çalışır. Belə siyasət xeyirdən çox, zərər gətirir. Qeyri-real müharibə bəyanatlarının təkrar-təkrar səsləndirilməsi Bakının niyyətlərinin ciddi olmadığını nümayiş etdirir. Ermənilər bunu başa düşürlər və gün keçdikcə daha da həyasızlaşırlar.

- İsrail və Fələstin arasında son vaxtlar yaşanan gərginliklər barədə nə deyə bilərsiniz. Bu məsələdə Azərbaycanın tutduğu mövqe sizi qane edirmi?

- Son vaxtlar İsrail ilə Fələstin, dəqiq deyilsə, Qəzzədəki HƏMAS rejimi ilə yaşanan gərginliyin kökündə əzəli bir məsələ durur. Bu məsələ, İsrailin mövcudiyyəti məsələsidir. HƏMAS Hizbullah, İslami Cihad və əsas etibarilə İranın maddi və mənəvi himayəsinə arxalanan radikal təşkilatlar İsraili xəritədən silmək üçün əlləşirlər. Bu fikir gizlində deyil, media vasitəsilə açıq bəyan edilir. İsraili xəritədən silmək çox asandır. İstənilən şəxs gedib bir xəritə alar və istədiyi ölkəni xəritədən silə bilər. Bunun üçün silahlı mübarizəyə ehtiyac yoxdur. Lakin, məqsəd İsrail dövlətinin yer üzündən silməkdir. Nəcib arzudur, bəlkə bir gün bacararlar, amma indilik bir az çətin işdir. 6-7 milyon əhalisi olan dövləti yox etmək elə də asan deyildir.

Son gərginliyə gəldikdə deyim ki, bu raket atışması hər iki tərəfdə mülki əhaliyə ağır günlər yaşadır. Mənim İsraildə 100-150 qohumum, o cümlədən bacılarım və qardaşlarım var. Təbiidir ki, onların vəziyyəti üçün, həyatı üçün nigaranam. Ancaq mən o biri tərəfin vəziyyətinə, ağrılarına anlayışla yanaşıram. Mən öz qohumlarım üçün nigaranamsa, hansısa bir ərəbin Qəzzədəki qohum-əqrabasının həyatı üçün nigaran qalması təbiidir. Bu sərsəmlik bir an əvvəl bitməlidir. Nə ərəblər israilliləri qova biləcək, nə də israillilər ərəbləri. İkisi də yanbayan yaşayacaqlar. Sülh içində yaşasalar hamı üçün yaxşıdır.

Azərbaycanın bu məsələdə tutduğu mövqe ağıllı mövqedir. Azərbaycan İranın təzyiqlərinə baxmayaraq, ərəb dövlətləri ilə yanaşı, İsraillə münasibətləri davam etdirməsi ən məqul siyasi xəttir və məni qane edir. Azərbaycan müstəqil dövlət kimi müstəqil xarici siyasət yeritməkdə davam etməlidir.

- Bu yaxınlarda Milli Məclis “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edərək cərimələri 30 dəfəyədək artırdı. Sizcə, bu, nə dərəcədə ədalətlidir?

- Burada ədalətdən söhbət gedə bilməz. Azərbaycanda irtica güclənir və bu dəyişikliklər ölkədə mürtəce diktaturanın güclənməsinə gətirib çıxarır. Diktatura gücləndikcə, xalqın hüquqları əlindən alınır və millət itaətkar kütləyə çevrilir. Milləti özünü hakimiyyətin zülmündən xilas etmək üçün hər fürsətdən, hər imkandan məhrum edirlər. Bunun axırı yaxşı olmayacaq…

- Siz uzun müddət Azadlıq radiosunda çalışmısınız. Maraqlıdır hazırda Mirzə Xəzər bu radionu fəaliyyətiniz izləyirmi? Əlaqələri mövcuddrmu?

Mən bu radionun fəaliyyətini izləmirəm. Əlaqələr də mövcud deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
“Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05
Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02
"Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32
İcra başçıları toya nə qədər pul yazdırır?
Dünən, 17:30
Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Dünən, 17:28
Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Dünən, 17:19
Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Dünən, 17:17
Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Dünən, 16:45
"Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Dünən, 16:43
Putinin kinayəsi və yumoru - VİDEO
Dünən, 16:39
"Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Dünən, 16:34
10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Dünən, 16:27
Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Dünən, 16:16
Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Dünən, 16:13
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Dünən, 16:10
"Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Dünən, 15:40
Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Dünən, 15:35
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Dünən, 15:31
Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru