Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                     Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı .....                     İsrail hücumunda onların ailə üzvləri də öldürülüb .....                     “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi .....                     Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb .....                     Öldürülənın yerinə TƏYİNAT VARSA... .....                     Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır .....                     SEPAH-ın bu generalları da öldürüldü .....                     Expressbankın İdarə Heyətinə yeni təyinat olub .....                     Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb .....                     İsrail dünyadakı bütün səfirliklərini bağlayır .....                     İsrailin gözlədiyi NƏ İDİ... .....                     Tramp bunu özünün uğuru kimi qələmə verəcək .....                     Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi .....                     “İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? .....                     Unibank rəhbərliyində yeni təyinat olub .....                     AZAL 3 şəhərə uçuşları ləğv edib .....                     Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik .....                     İran Prezidenti xalqa müraciət edib .....                     İsrail-İran arasındakı müharibədə .....                     Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı .....                     İsrail niyə İrana aviazərbələr endirib? .....                 

"İTKİN DÜŞMÜŞ" ŞAİRİMİZ TAPILDI
Tarix: 20-11-2012, 10:18 | Çap et
"İTKİN DÜŞMÜŞ" ŞAİRİMİZ TAPILDI
Kulis.az-ın suallarını şair Mahir Mehdi cavablandırır.

- İstərdik əvvəlcə Bakını birdəfəlik tərk etməyin haqqında danışasan...

- Yaradıcı adamların bir “kapriz”i olur. Bəzən ən çox sevdiyin adamla da yola getmirsən. Mən fikirləşirdim ki, dostla işləmək daha asandır. Amma işlədikcə gördüm ki, yadla işləmək daha rahatdır. Yadla işlədikdə hər şeyə tüpürüb getmək olur. Amma dostla işləyəndə belə edə bilmirsən. Getməyimin əsas səbəbi Bakıda yaşayış yerimin olmamağı idi. Aldığım maaşla ev kirayələmək mümkün olmurdu. Qalmaq üçün yaşayış yerinin olması vacibdir. Quşun da qalmağa bir yuvası olur.

Bəzən görürsən ki, beş adam bir evi kirayələyib qalır. Amma mən belə edə bilmirəm. Yaradıcı adam tək qalmalıdır. Mən tək qalmamaqdan bezmişdim. Ona görə qayıtdım Yevlaxa. Yəni getməyimin əsas səbəbi yoxdur.

Yevlaxa 2005-ci ildə gəldim. Gələndə fikirləşirdim ki, burda az müddət qalacam. Amma 7 ildir ki, burdayam. Ümumiyyətlə, mən heç kimdən küsüb getməmişəm. Mən heç kimdən incimirəm. Mənim bəyəndiyim, bəyənmədiyim adamlar var.

- Kimdir bəyəndiyin və bəyənmədiyin adamlar?

- Ən çox bəyəndiyim Aqşindir. Bir cavan oğlan var. Onun ilk şeirini səhv etmirəmsə, “Ulduz” jurnalında mən vermişəm. Adı Qismətdir. Onu da çox bəyənirəm. Feyziyyənin də şeirlərini bəyənirəm. Sonra Günel Mövlud. Günel çox istedadlıdır. Amma mən xanımların şairliyinə pis baxıram. Xanım doğulmamışdan Allah onun üçün iş verib-uşaq saxlamaq və digər işlər. Baxın, dünyada istedadlı xanımlar çox azdı. Azərbaycanda isə iki-üç istedadlı qadın var. Afaq Məsudu, Günel Mövludu Feyziyyəni, Nərmin Kamalı istedadlı xanımlar siyahısına daxil etmək olar.

- Dedin ki, Bakıda yaşamaq üçün imkanın yox idi. İmkan yaranmağı üçün hansısa cəhd göstərdinmi? Normal iş tapmaq üçün harasa müraciət etdinmi?

- Xeyr, heç bir cəhd eləmədim. Mənim xarakterim belədir. Azərbaycanda heç kim heç kimi eşitmir. Azərbaycanda kimin nəyinə lazımdır ki, mən istedadlı adamam, Yevlaxda niyə gəlib oturmuşam. Azərbaycanda söz heç kəsə lazım deyil. Aqşinin, Seymurun dediyi sözlər heç kimə lazım deyil. İnsanlar səhərini yalanla açıb gecəsini yalanla bağlayırlar.

- O vaxt “Ulduz” jurnalında da işləyirdin. Sənin Bakıdan getməyinə oradakı mühitin təsiri oldu?

- Oradakı mühit çox sıxıntılı idi. Azərbaycan Yazıçılar Birliyində özünü sərbəst hiss edə bilməzsən. Orda özünü sərbəst hiss etmək üçün gərək birinci adam olasan. Onuncu adamsansa, Elçin Səlcuqun sözü ilə desək “I” hərfisən. Yəni sənin baş hərfin yoxdur. Amma orda yaxşı mühit olsaydı, Bakıda qalardım.

- Yevlaxa gələndən sonra nə işlə məşğul oldun?

- 7 ildir ki, burdayam. Burda heç bir iş yoxdur. “Kür” qəzeti çıxır. O da çox bərbad vəziyyətdədir. Divar qəzeti o qəzetdən çox maraqlıdır. Onları da qınamıram. İcra Hakimiyyətinin orqanıdır. O nə yaza bilər axı? Arada şeirlər yazıram. Demək olar ki, bütün günü evdə oluram. Bəzən internet kluba gedirəm.

- Bildiyimizə görə bu illər ərzində dostlar səni axtarmayıblar...

- İnciməmişəm heç kimdən. Amma bir-iki dost var ki, onların yanıma gələcəyini gözləyirdim. Ən çox Aqşindən ötrü darıxmışam. Aqşinlə mənim aramda yazıdan əlavə bir ruh bağlılığı var. Aqşin bir şeir oxuyanda mən o şeirin necə qurtaracağını duyuram. Seymur Baycandan ötrü darıxmışam. O gün evdə məktublara baxıram. Əlimə Seymur Baycanın mənə yazdığı məktub keçdi. Seymur yazıb ki, sən mənə ruh verdin. Ay Seymur, mən yenə həmin adamam da. Niyə axtarmadın məni?

- İndi kimlərin yanında olmağını istərdin?

- Aqşinin, Kənanın, Seymurun, Günel Mövludun. (Aqşini, Kənanı, Seymuru ora gətirməyə imkanımız olmasa da telefonla danışdırdıq dostları.)

- Bakıya 2005-ci ildən indiyə qədər heç getməmisən?

- 2011-ci ildə Bakıya getmişdim. Simsar.az-da 2 ay redaktor işlədim. Bakıya gəlməkdə məqsədim həm iş tapmaq, həm də ədəbi mühitdəki vəziyyəti öyrənmək idi. Bu iki ayda heç kimlə görüşmədim. Sonra ordan da çıxdım. Qayıtdım Yevlaxa. Orda da maaş az idi. Amma onlarda günah yoxdu. Pulları az idi.

- Bu gün sizin qapıya iki dəfə gəldik, evdən dedilər ki, Mahir evdə yoxdur. Ancaq evdə idin. Mətbuatdan, insanlardan niyə qaçırsan?

- Yazı-pozu adamları ilə görüşmək istəmirəm.

- İncikliyin keçməyib?

- İstəyirəm rahat yaşayım. Heç vaxt ağlıma gəlməzdi ki, mənə görə kimsə bura gələr. Şairinki odu ki, şeir yazsın. Bunu edirsə, o, şairdir. Mən hələ yazıram. Demək varam. İnsanın gərək rahatlığı olsun. Mən burda rahatam. Tam sakitəm. İçim tər-təmizdir. Bu gün ədəbi mühitdə insanlar bir-birini söyür. Bununla rahatlıq tapan adamlar var. Amma mən belə şeylərlə heç vaxt rahatlıq tapmamışam. Bu gün bizdə istedadlı yazarlar var. Amma onlara meydan verilmir. Bu gün ədəbi dərgiləri cavanlara tapşırmaq lazımdı. Məsələn, “Ulduz” jurnalını Qismətə məmnuniyyətlə tapşırmaq olar. Ədəbiyyatı inhisara almaq olmaz. Heç kim daimi deyil.

- Belə başa düşdük ki, ədəbi prosesləri izləyirsən.

- Ədəbi prosesləri izləməmək mümkünsüzdür. İstəsən də, istəməsən də maraqlanırsan. Çünki Allah məni ədəbiyyat üçün yaradıb. Mən özümü yazısız təsəvvür edə bilmirəm.

- Diktofonsuz söhbətimizdə Anarın gənclərə yazdığı həcvdən danışdın...

- Anar müəllimin 74 yaşı var. Bu gündən sonra onun Seymuru nəzərdə tutaraq “sirkə badımcan” yazması doğru deyil. Bu, onun nəyinə lazımdı axı? İndi Anarın həsir yelləncəkdə oturub nəvəsi ilə oynayan vaxtıdır. Seymur cavan oğlandı. Onun qələmindən başqa nəyi var ki?.. Pulu, evi, maşını, ailəsi yoxdur. Bəs, bu nə etməlidir? Özünü sakitləşdirmək üçün qələmindən istifadə eləməlidir də... Bu qələmi də tullasın? İmkan vermək lazımdı ki, gənclər öz sözünü desin. Azərbaycanda yaşı 70-i haqlamış neçə yazıçı var. Bunların heç biri gənclərə cavab yazmır. Bircə Anar müəllim cavab verir. Belə eləmək olmaz. Mənim birinci dəfə şeirim çıxanda Qəşəm Nəcəfzadə tənqid eləmişdi. Vaqif Səmədoğlu mənə dedi ki, cavab vermə. Əgər cavab versən, ömrün cavab verməyə gedəcək. Hər şeyə cavab versən, olacaqsan “yüngülsaqqal”.

- Bir vaxtlar İsa peyğəmbərin həyatı ilə ciddi maraqlanırdın. Hansı nəticələrə gəldin?

- Din mənim üçün maraqlıdır. İki il namaz qıldım. Bütün dinlərlə maraqlanandan sonra isə düşündüm ki, insan bütöv qalmaq üçün heç bir dinə qulluq eləməməlidir. Xristiansansa, müsəlmanlara güllə atacaqsan. Beləliklə də insanlıq yaddan çıxır. Tərəf olursan. Ona görə də ən gözəli heç bir dinə inanmamaqdır. Yalnız Allaha inanmaq lazımdı.

- Rafiq Tağı ilə yaxşı münasibətlərin olub...

- Rafiq Tağı haqda deyirlər ki, Rafiq islamı söyüb. Rafiq Tağı dini söyməyib, Azərbaycandakı islamın əleyhinə yazı yazıb. Rafiq Tağının hekayələri vaxtında dəyərini almadı. Bizim günahımız onda oldu ki, Rafiq AYB-dən çıxarılanda onu müdafiə eləmədik. O vaxt uşaq idik. Fikirləşirdik ki, belə də olmalıdır. Amma indi fikirləşirik ki, o vaxtlar Rafiqi müdafiə eləmək lazım idi. Həm də o vaxtlar tək idik. O vaxt ədəbiyyat adamları, jurnalistlər arasında indiki kimi birlik yox idi.

- Rafiq Tağı ilə tanışlığın necə olmuşdu?

- “Azadlıq” qəzetində “Ədəbi Azadlıq” adlı bir səhifə çıxırdı. Onun redaktoru idim. Əvvəlcə o səhifəni Pərviz Cəbrayıl hazırlayırdı. Sonra mən öhdəmə götürdüm. Həmişə çalışırdım ki, sözün yaxşısını çap edim. Rafiq Tağı ora hekayələrini, yazılarını gətirirdi. O, yazı üstündə çox əsən adam idi. Hekayəsini kompüterdə yazdırandan sonra yenidən redaktə edirdi. Rafiqin gətirdiyi hekayələri oxumağa ehtiyac qalmırdı, birbaşa qoyurdum səhifəyə. Rafiqin ölümü mənə çox pis təsir elədi.

- Anarın Rafiq Tağı haqqında açıqlamasını oxumuşdun?

- Bəli, oxumuşam. Mən o fikirlə razılaşmıram. Yazıçının fikrinə heç kim qarışa bilməz. Ədəbiyyat həm də zövq məsələsidir. Məsələn, mən Cəlil Məmmədquluzadəni yox, Haqverdiyevi sevirəm. Bunu mənə heç kim irad tuta bilməz. Anarın bu cür danışması onun zəifliyinin göstəricisidir.

- Rafiq Tağı həbs olunanda heç onun yanına getmək istədinmi?

- Əlbəttə, istədim. Amma imkanım olmadı. İstək azdır, pul lazım idi. Bıçaqlananda da istədim xəstəxanaya gedəm, amma onda da imkanım olmadı. Rafiqin xəstəxanadakı müsahibəsinə televiziyada baxanda sevindim ki, sağalacaq. Onun ölümünü eşidəndə çox sarsıldım. Ola bilsin ki, xəstəxanada düzgün baxılmayıb, məsuliyyətsizlik ediblər.

- Ədəbi mühitdən kimisə sevmisən?

- Sevda Sultanova və Günel Mövlud. Bu iki qızı çox sevirdim. Günel Mövludla evlənmək istəyirdim. Amma alınmadı.

- Sevdiyini demişdin?

- Əlbəttə. Amma alınmadı. Onlara şeir də yazmışam. Konkret ad çəkməmişəm, amma yazmışam.

- Ailə qurmusan?

-2006-cı ildə ailə qurdum. Turqut adlı bir oğlum var. Amma ailəmlə bir yerdə yaşamıram. Rəsmi şəkildə boşanmamışam. Ədəbiyyat adamlarının çoxunun övladının adı Turqutdu. Hamını bir ad birləşdirir.

- Nə oxuyursan?

- Mənim burda kitabım yoxdur. Bütün kitablarım Bakıda qaldı.

- Əsəd Cahangirlə münasibətiniz necə olub?

- Bir evdə qalmışıq. Amma aramızda narazılıq yarandı.

- Səni axtaranda Əsəddən də soruşduq. Səsindən hiss elədik ki, bir az inciyib səndən. İncikliyin səbəbi nədir ki?

- Bir evdə qalanda istər-istəməz narazılıq olur. Ola bilər ki, günah məndə olub. Onunla Yazıçılar Birliyində işləmişik. Əsədlə çox yaxın deyildik. Mənim üçün sıradan bir insan olub. Əsəd çalışqan, oxuyan adamdı. Onun tənqidçiliyi mənim xoşuma gəlmir. Ümumiyyətlə, mən tənqidi sevmirəm. Şeiri şərh eləmək xoşuma gəlmir. Bir şeir oxuyursan. O ya sənin xoşuna gəlir, ya da yox. Amma onu şərh eləmək düzgün deyil.

- Darıxdığın dostlar sırasında Qulu Ağsəsin adını çəkmədin. Amma müsahibəyə Qulu Ağsəsin adını çəkdiyimizə görə razılıq vermisən.

- Mənim ilk ünsiyyət qurduğum şair elə Qulu Ağsəs olub. Qulu yaxşı oğlandır, istedadlıdır.

- Bayaq dedin ki, hərdən internet kluba gedirəm. Hansı saytlara baxırsan?

- Kulis. az, lent. az, qafqazinfo. az, simsar.az saytlarına baxıram.

- Ümumi səviyyəni necə qiymətləndirirsən?

- Açığı deyim ki, saytları ardıcıl izləyə bilmirəm. Amma ədəbiyyatla bağlı görülən istənilən iş əladır. Sizin saytda tərcümələri, şeirləri çox bəyənirəm. Mənim üçün maraqlıdır.

- Sənin haqqında müxtəlif söz-söhbətlər yayılıb.

- Bunlar hamısı insanı gözdən salmaq üçündür. Kişini vurmaq üçün o qədər yollar var ki... Gözümüzün qabağında o qədər şayiələr gəzir ki... Bu cür şayiələri yayanlar fakt ortaya qoysunlar. Kim nə deyir, qoy desin. Mən heç kimin ağzını yuma bilmərəm.


- Deyilənə görə, Əsəd Cahangirlə münasibətlərinizin pozulmasının bu söz-söhbətlərə aidiyyəti var.

- Əşi, Əsəd Cahangir hara, mən hara? Yenə Seymur Baycanı desəydiniz, deyərdim ki, onunla dost olmuşuq.

- O söz-söhbətlərin sənin bura gəlməyinə, heç kimlə ünsiyyət qurmamağına müəyyən dərəcədə təsiri varmı?

- Ola bilsin o da var. Mən arsız, heyvərə adam olsaydım, deyərdim ki, nə deyirlər-desinlər. Ola bilsin, qayıtmamağımın səbəblərindən biri də budur.

Ağa Cəfərli
Fuad Cəfərov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28
İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24
Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22
Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Dünən, 15:18
“İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Dünən, 15:14
Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:09
AZAL 3 şəhərə uçuşları ləğv edib
Dünən, 14:59
Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Dünən, 14:57
İran Prezidenti xalqa müraciət edib - “Tasnim”
Dünən, 14:55
İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
Dünən, 14:52
Qriqoryan İrana hücumu Ermənistan üçün problem adlandırdı
Dünən, 14:44
İsrail niyə İrana aviazərbələr endirib? - Əməliyyatın səbəbləri və hədəfləri
Dünən, 14:39
"Laminar" MMC nizamnamə kapitalını kəskin şəkildə azaldıb
Dünən, 13:02
Bir tərəfdə Azərbaycana təbrik, digər tərəfdə narazı ermənilər
Dünən, 13:00
İsrail-İran münaqişəsi alovlanıb, bölgənin digər ölkələrinə də keçsə... - ŞƏRH
Dünən, 12:52
“Ən yaxın müttəfiqlərini qoyub Azərbaycabndan bunu istəmək absurd deyilmi?” - NƏ BAŞ VERİR?
Dünən, 12:49
İsrail-İran qarşıdurması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? - ARAŞDIRMA
Dünən, 12:47
Kənd Təsərrüfatı Nazirliyi “Manqal” restoranına 2 min manat ödəyib
Dünən, 12:41
"Milk-Pro" ləğv olunur
Dünən, 12:37
Avropa Şurası sülh istəyirsə, İrəvana diqqətlə baxsın - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:34
Mülayim şərq küləyi bir sıra ərazilərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:31
YAP Qaradağ rayon təşkilatı Qurtuluş Günü ilə bağlı tədbir keçirdi
Dünən, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru