BƏS 50 MİLYON MANAT HARA GETDİ?!
Tarix: 15-10-2012, 10:20 | Çap et
BAŞ REDAKTORDAN ŞOK İTTİHAMLAR GƏLDİ
Ötən əsrin 90-cı illərinin əvvəlləridə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində 7 min nəfərə qədər işçi vardı. Müəssisənin 1 il ərzində istehsal etdiyi parçanın uzunluğu isə Yer kürəsinin diametrinə - 40 min km.ə bərabər olmuşdu! O vaxtlar Azərbaycanda hər barama mövsümündə 150 mindən artıq kəndli ailəsi ipək qurdu bəslənməsi və barama istehsalı ilə məşğul idi və respublika üzrə il ərzində 5-6 min ton barama istehsal edilirdi. Amma maraqlıdır ki, o vaxt dövlət təbii ipəkdən heç bir qazanc götürmürdü, əvəzində hazır məhsulu maya dəyərindən 2 dəfə ucuz qiymətə satırdı. Məsələn, kəlağayı dövlətə 20 manata başa gəldiyi halda onun satışı 10 manata idi. Buna baxmayaraq sovet hökuməti ipəkçiliyi nəinki ləğv etmək fikrində deyildi, əksinə, hər il təbii ipək və təbii ipək parça və s. bu kimi məhsulların istehsalını daha da artırmağa çalışırdı. Burada əsas məqsəd iş yerlərinin olması, əhalinin məşğulluğu idi. Dövlət təbii ipək parça və s. bu kimi məhsulların istehsalında itirdiyi pulları süni ipək liflərdən toxunan parçanı maya dəyərindən 10 dəfə baha qiymətə satmaqla, artıqlaması ilə geri götürürdü. Yeri gəlmişkən, o vaxtlar mərkəzi hökumət Şəki üçün süni ipək liflərin verilməsində “xəsilik” edirdi. Belə ki bu liflərdən hazırlanan parça maya dəyərindən 10 dəfə baha satıldığından və süni ipəkdən hazırlanan parça müəssisəyə çox böyük gəlir gətirdiyindən, mərkəzi hökumət Şəki İstehsal İpək Birliyinin süni ipək lif limitini azaldıb, bizim payımızı Rusiya, Ukrayna, Belorusiyadakı toxuculuq müəssisələrə verməyə çalışırdı. Niyə ki, slavyan respublikalarındakı toxuculuq müəssisələri daha çox gəlirlə işləsinlər, Şəki SSRİ-nin ucqarıdır, burada fəhlə 100-150 manat da ala bilər. Belə halda, “İpəkçi” qəzeti baş səhifəsində əmək qabaqcıllarının imzası ilə SSRİ Yüngül Sənaye Nazirliyinə Açıq məktub dərc edilirdi; göstərilirdi ki, bu il bizim süni ipək lif limitimiz azaldılıb, bu isə filan qədər dəzgahın boş dayanması deməkdir. İndiki dövrdə qəzetdə nə qədər Açıq məktub yazırsan yaz, mindən birinə baxacaqlar, ya yox. O vaxt isə hara yazırsan, yaz, bütün məktublara reaksiya var idi. Eləcə də bizim SSRİ Yüngül sənaye nazirliyinə ünvanlandığımız məktuba da dərhal nazirliyin kollegiya iclasında baxılırdı və Şəki İpək İstehsal Birliyinin süni ipək limiti artırılırdı. Buna görə hətta bir dəfə Azərbaycanın o vaxtkı rəhbəri Kamran Bağırov bizə təşəkkür də etmişdi və vurğuladı ki, “mən edə bilməyən işi siz edə bildiniz” – yəni demək istəyirdi ki, mən xahiş elədim limiti artırmadılar, siz isə xahiş etdiniz artırdılar. Nə isə...
SSRİ-nin dağılmasından sonra “Şəki “İpək” şirkəti” adlandırılan keçmiş Şəki İpək İstehsal Birliyi post-sovet məkanındakı potensial müştərilərini itirməyə başladı. 1994-cu ildə isə Rusiyaya mal satmaq qadağan edildi, deyirdilər Azərbaycanın guya Rusiyaya borcu var, onlar sizə pul verməyəcəklər, əvəzində hansısa bank hesabından - Azərbaycanın borcundan çıxacaqlar?! Daha sonra enerjidaşıyıcılarının qiyməti dəfələrlə qaldırıldı və bunun müqabilində müəssisəyə dövlət tərəfindən heç bir kompensasiya verilmədi. Sonra isə elektrik təchizatında uzunmüddətli dayanmalar başladı. Təbii ki şam işığında heç nə istehsal etmək mümkün deyil. Nəticədə 1995-ci ildə Şəki İstehsal İpək Birliyi və onun şəhərdəki 4 filialının iş ahəngi dayandı. Respublikada ipək qurdu bəslənməsi və barama istehsalı da sıfıra düşdü.
1998-ci ildə Şəki “İpək” şirkətinin yerində “Şəki-İpək” ASC təsis edildi.
Bu illərdə iş adamı Tehran Lətifov ipəkçiliyi bərpa etməyə cəhd edirdi; xaricdən barama toxumu gətirib kümdarlara paylayırdı, sonra baramanı onlardan satın alırdı... Lakin Şəkidə baş vermiş 2000-ci il 20 noyabr hadisələrində T.Lətifov “günahkar” hesab edildikdən və həbsə atıldıqdan sonra ipəkçiliyin bərpası istiqamətində onun görmək istədiyi işlər yarımçıq qaldı.
Bundan 1 il sonra ipəkçiliyin bərpası üçün prezident səviyyəsində qərar qəbul edildi və prezidentin ehtiyat fondundan işləməyən Şəki “Şəki-İpək” ASC-nin işləməsi üçün maliyyə yardımı ayrıldı. Şirkətin məsul vəzifəli şəxslərindən biri o dövrü belə xatırlayır: “Allah rəhmət eləsin Heydər Əliyevə,– o, pul ayırdı, hamımız böyük ruh yüksəkliyi ilə işə başladıq. O zaman müəssisənin rəhbəri “Boss” ləğəbli rəhmətlik Əlövsət idi, cəmi 6 ay işlədi, biz gördük ki, o vaxtkı icra başçısı Əşrəf Məmmədov “dişlərini qıcayıb” rrezidentin ehtiyat fondundan ayrılmış pulu güdür, başa düşdük ki, bu pulu yeyəcəklər, ona görə Əlövsətin yerinə daha qətiyyətli və təcrübəli olan Sabiq İmanovu otuzdurdur. Sabiq İmanov işə başlayanda gördü ki, prezidentin fondundan ayrılmış pulun artıq bir qismi mənimsənilib! Bu arada MTN-dən də böyük təzyiqlər başladı. Dedilər, elə edin ki prezidentin ayırdığı pulun mənimsənilməsi bilinməsin. Yoxsa sizin hamınızı – bütün mühəndis-texniki işçiləri həbs edəcəyik. Bizə hədə-qorxu gəlirdilər. S.İmanov bu pulu zorla ört-basdır edə bildi, hamını çağırıb vəziyyəti başa saldı, işçilərə maaş yazdırdı, guya maaş alıblar… Sabiq İmanov Bakıya gedəndə xidməti maşını ilə getmirdi, deyirdi Qaz-24 çox pul aparır, ondansa bilet alıb avtobusla getmək daha sərfəlidir. Yəni, hər şeyə qənaət edirdi, israfçılığa yol vermək istəmirdi. O, Tahir Məmmədov, rəhmətlik Sabir Kərimov gecələr evə gəlmirdilər, kəndləri evbəev gəzirdilər, camaatı barama becərməyə razı salırdılar, məsləhətlər verirdilər. Məhz bu fədakar adamların sayəsində qısa bir müddət ərzində – cəmi 3 ilə, barama istehsalı 133 tona çatdı! Hələ istəyirdik ki, 200 ton barama götürək. Müəssisədə işçilərin sayı isə 2000-nə çatmışdı. Lakin bu arada qəfildən haradansa “Pərvanə” MMC peyda oldu, bu rəsmən Xəqani Bəşirova məxsusdur, lakin biz Xəqani Bəşirov-zad tanımırıq, oralarda ən çox get-gəl edən Dünyamin Xəlilov idi, bu ya Xəqani Bəşirovun ortağıdır, ya da “Pərvanə” MMC-nin əsil sahibi. “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsində “Pərvanə” MMC müəmmalı şəkildə qalib elan edildi və bundan sonra müəssisəyə sahiblik etməyə başladı. Əvvəlcə ipəkçilikdən heç bir anlayışı olmayan Elman Qarayev adlı şəxs ASC idarə heyəti sədri təyin edildi.
Sabiq İmanov cəmi 3-il şirkətə rəhbərlik etmişdi, nəticələr də əla idi, müəssisənin 1 qəpik də borcu yox idi, burada 2000-nə yaxın işçi var idi. O, prezidentin ehtiyat fondundan ayrılmış pulu Azərbaycan Beynəlxalq Bankına yox, Dəmiryol Bankına qoyanda, bu, Beynəlxalq Bank rəhbərliyində təmsil olunan bəzi şəxslərin xoşuna gəlməmişdi, hansılar ki müəssisə özəllədirildikdə onların “Pərvanə” MMC-si bura sahib olmuşdu. Sabiq İmanovun yerinə Elman Qarayevin keçməsindən sonra isə o, hələ bir müddət baş mühəndis vəzifəsini icra etdi. Elman Qarayev “Şəki-İpək” ASC idarə heyəti sədri təyin edəndə ona göstəriş vermişdilər ki, birinci növbədə Sabiq İmanovu müəssisədən uzaqlaşdırsın. Lakin Sabiq İmanov öz ərizəsi ilə vəzifədən getdi. Məsələ belə oldu: Elman Qarayev 2004-cü ildə rəhbərliyə gələn kimi müəssisəyə Beynəlxalq Bankdan kreditlər axmağa başladı. Ona qədər müəssisənin 1 qəpik də borcu yox idi. Dedilər baramanı gedib Özbəkistandan alacağıq, “pul bizdə, bir də ingilisdə”. Birinci partiya Özbəkistandan “çerez” Qırğızıstan 300 ton barama gətirildi. Bu iş bəzi adamlar üçün o qədər “yağlı tikə” oldu ki, ondan sonra yerlərdə barama istehsalına, ümumiyyətlə, diqqət yetirmədilər, hər şeyi başlı-başına buraxıldı. Hə, xaricdən gətirilən barama müəssisənin anbarlarına boşaldılanda baş mühəndis Sabiq İmanov diqqət yetirdi ki, kisələrin heç birinin çəkisi düz deyil, hətta kisələrin hamısının içindən kərpic-zad da çıxır. Elman Qarayev isə buna heç də təəcüblənmir, deyir get öz işinlə məşğul ol, sənə nə çəki düzdür, ya düz deyil”?! Rəhmətlik Sabiq İmanov isə cavab verir ki, “necə yəni “sənə nə”, mən baş mühəndisəm, hər kisədə 3-4 kq əskik varsa mən bunu kimin ayağına yazmalıyam, əgər məni təhqir etsəydiniz, mən buna dözərdim, belə şeyə isə dözə bilmərəm?! – və elə o saat ərizəsini yazıb işdən çıxır. Deyirlər ki Elman Qarayev 1-2 il sonra müəssisəni saldığı bərbad vəziyyətə görə ASC idarə heyəti sədrliyindən uşaqlaşdırılanda, vaxtilə, Sabiq İmanovun getməsinə yol verməklə böyük səhv etdiyini başa düşmüş və həm də etiraf etmişdir ki, əslində Sabiq İmanovun müəssisədən uzaqlaşdırılmasını ona əvvəlcədən tapşırımışdılar.
Elman Qarayevin yerinə isə özbəklər gəldilər. “Marat Sultanoviç” kimi tanınan Marat Əkbərov ASC idarə heyəti sədri oldu. O, təbiətən mülayim xarakterli, xeyirxah bir şəxs idi. Lakin deyilənə görə, Marat Sultanoviç əslində 2-ci, 3-cü dərəcəli bir şəxs olub. Əsas fiqurlar onun arxasında gizlənmişdi. Onlardan biri isə “Kərimov” familiyalı bir özbək idi – Özbəkistanın kriminalı kimi tanınırdı, 2 arvadı vardı, hər arvad üçün Şəkidə bir ev kirayə etmişdi, onun 1 evinin aylıq işıq pulu 300 manata çatırdı, bu pul da müəssisə tərəfindən ödənilirdi. Özbəklərin dövründə fəhlələrin maaşı indiki kimi 100 manatdan çox deyildi, əlacları olsaydı bir az da aşağı maaş verərdilər, amma özləri – yəni Marat Sultanoviçlə gələn 10-15 nəfər mütəxəsisin hər biri 7-8 min manat maaş almışdı. Üstəlik onların komunal xərcləri, mənzillərinin kirayə haqqı da müəssisə hesabına ödənilirdi. Özbəklərin dövründə müəssisənin kredit borcu 50 milyona çatdı. Yerlərdə barama istehsalı sürətlə endi”.
Bu arada isə Özbəkistan Azərbaycana barama ixracına qadağa qoydu, nəticədə xam malın olmaması səbəbi ilə müəssisənin Baramaaçan istehsalatının işi 18.03.2011-tarixən etibarən dayandı, hansı ki burada ən azı 300 nəfər işləyirdi. Nəhayət, özbəklərin “missiyası” başa çatdı, onlar hamısı 1 günün içində nəinki ASC-dən, hətta Azərbaycanda belə uzaqlaşdırıldı. 15.07.2011-ci il tarixdə “Şəki-İpək” ASC odarə heyətinin iclasında Dünyamin Xəlilov, hansı ki onun bu müəssisəyə investorluq edən – yəni sahiblik edən, “Pərvanə” ASC-nin sahibi olub-olmaması barədə yuxarıda bir-iki kəlmə yazdıq, Azad Şıxəliyev adlı bir şəxsi, hansı ki ipəkçilik və toxuculuq sənayesi üzrə anlayışı yoxdur, onu idarə heyətinə sədr təyin etdi?!
Maraqlıdır, nə baş verir?! 2001-ci ildə müəssisə Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlə, özü də indikilərlə müqaisədə çox cüzi görünən bir məbləğdə pul yardımı ilə işə düşür, sovet dövründə yetişmiş mütəxəssislərin fədakarlığı sayəsində cəmi 3 ilə barama istehsalı 0-dan 133 tona çatır, müəssisədə 2000 min nəfər işlə təmin olunur, bu an isə hardansa “Pərvanə” MMC peyda olur, müəssisəyə sahiblik eləməyə başlayır, MTN-nin birbaşa təzyiqiylə bütün mütəxəssislər müəssisədən uzaqlaşdırılırlar, rəhbərliyə bu sahə üçün naşı adamlar gətirilir, müəssisə 50 milyonluq kreditin altına girir, onun isə heç bir faydası olmur, işçilərin sayı 4 dəfə azalır, maaşlar qul əməyinə münasib - 100 manat civarında qalır, barama istehsalı 133 tondan 8 tona düşür. Bəs 50 milyon hara getdi?!
Ona da diqqət yetirməliyik ki, bu heç də adi bir borc deyil, bu kredit borcudur! – yəni illik faizi də var, ən aşağı faizin isə 10 olduğunu nəzərə alsaq, deməli müəssisənin kredit borcundan bu il heç nə ödənilməsə, gələn il o, 500 min manat da artacaqdır. Onu da qeyd etməliyik ki, müəssisəni bu borca salanlardan heç biri cibindən bir qəpik də çıxarıb ödəməyəcək. Məsələn, sabiq idarə heyəti sədri Elman Qarayev indi “Gələsən-Görəsən” isirahət mərkəzininin sahibidir və orada uğurlu bizneslə məşğuldur. Ondan sonrakı sədr Marat Əkbərov isə yəqin ki Özbəkistanda şad-xürrəm həyat sürməkdədir. Müəssisənin adına Beynəlxalq Bankdan pul götürmək hüququ olan və 50 milyon manat götürən investorun – “Pərvanə” MMC-nin isə adı indi heç yerdə çəkilmir, onun rəsmi sahibi Xəqani Bəşirovdan pul-zad istəyən olacaqmı?! Bəlkə Xəqani Bəşirovun ortağı, yaxud nümayəndəsi Dünyamin Xəlilov əlini cibinə salıb borcun bir hissəsini verəcək? Yox, əlbəttə ki yox! Onlar hara ediblər, necə ediblər, necə yeyiblər, ya israf ediblər, dəxli yoxdur, bu pulu axırda Şəki fəhləsi verməlidir, əlbəttə ki əgər müəssisəni sökməsələr və torpağını da satmasalar! İş olsa, fəhlənin canı çıxıb bu pulu ödəməlidir! Yəni fəhlə 500 manat əvəzinə, 100 manata işləməlidir, necə ki elə indi də belə işləyir. Çünki, neçə-neçə il əvvəl, fəhlə hələ işləməmişdən, tufeyli ağalar fəhlənin iş yeri kimi zəhmət haqqını "qumar"a qoymuşlar, başqa sözlə müəssisəni girov qoyub bankdan pul götürüblər və dağıdıblar, indi isə fəhlənin maaşı ilə faiz verirlər!
Aydın Məmmədov "İpəkçi" qəzetinin baş redaktoru
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
|