İsrail-İran davası: Münaqişənin sonu necə görünür? .....                     Visa Azərbaycanın daxil olduğu regiona .....                     Müharibəni Azərbaycan dayandıracaq? .....                     İsrailin 5 casusu İranda məsciddə TUTULDU .....                     Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? .....                     Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi .....                     “Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” .....                     Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... .....                     Paşinyanın Ankarada çarə axtarışı: .....                     Bəzi dağlıq ərazilərdə zəif duman olacaq .....                     Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi .....                     SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? .....                     İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq .....                     İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? .....                     "Canımı verməyə hazıram" .....                     Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? .....                     Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? .....                     “Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi .....                     Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... .....                     FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir .....                     Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən .....                     Azərbaycanlı gənc Şimali Osetiyada öldü .....                     Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, .....                     Rusiya Ermənistanı açıq şəkildə hədələdi .....                     Ordumuz qürurumuzdur .....                     Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub .....                     Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu .....                     Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... .....                     Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ .....                     Azərbaycanda məşhur bahalı hotel .....                     Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı .....                     Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? .....                     Masallıda daha bir EKOVƏHŞİLİK... .....                     İdarə rəisi və işçilərinə yekun ittiham verildi .....                     “Birbank” arayışların qiymətini artırıb .....                     “MİDA”nın FÜZULİ FIRILDAĞI... .....                     Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... .....                     Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... .....                     Əmrullayev 20 milyonluq tenderi .....                     Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib .....                 

“Elməddinin açıqlamaları kişilikdən deyil…” - Həsəndən VİDEOCAVAB
Tarix: 2-05-2015, 10:56 | Çap et
“Elməddinin açıqlamaları kişilikdən deyil…”
Məlum olduğu kimi, bir neçə gün əvvəl saytımızda tanınmış yumor ustası, aktyor Elməddin Cəfərovla müsahibə və videomüsahibə dərc olunub. Elməddin müsahibədə bir sıra məsələlərdən danışıb, eləcə də bir vaxtlar üzvü olduğu “Tək səbir” komandasının rəhbəri Həsən Əliyev haqda maraqlı açıqlamalar (müsahibəni bu linkə keçid etməklə oxuya və izləyə bilərsiniz) verib. Bu açıqlamalar bir neçə gün ölkə mediasının da diqqətində oldu. Həmçinin, E.Cəfərovun açıqlamaları ilə bağlı qarşı tərəf –Həsən Əliyev də “a24.az”ın redaksiyası ilə əlaqə saxlayaraq onun fikirlərinə cavab vermək istədiyini bildirdi. Biz də təbii ki, ona bu haqqı tanıyaraq geniş müsahibə verməsinə şərait yaratdıq.

Eləcə də, fürsətdən istifadə edib, bu günlərdə “Toy 2” filminin təqdimatını və qala-gecəsini keçirən Həsənə işləri ilə bağlı suallar verdik.

“Qoca vaxtımda bütün qalmaqallar məni tapır…”

- Həsən bəy, öncə “Toy 2” filmindən danışaq. Sizcə, tamaşaçı filmi necə qarşıladı?

– Son zamanlar nə qədər qalmaqaldan uzaq dursam da, xeyiri yoxdu. Sanki, qocalıq vaxtımda bütün qalmaqallar məni tapır (gülür). “Toy 2” filmi haqda mediada xoşagəlməyən bəzi xəbərlər çıxdı. Bir çoxları elə düşündü ki, kinoda cinsi azlıqlardan bəhs etmişəm. Sonda film sübut etdi ki, burda cinsi azlıqlardan bəhs olunmayıb. Axırda məcbur olub açıqlama verdim ki, bu filmə ailəvi şəkildə gəlib baxa bilərsiniz. Mənim filmimdə nə açıq-saçıq zarafat, nə də söyüş var. Mənim yumor zövqüm başqadır. 500 nəfərlik zalda olan insanların hamısı güldüsə, deməli, film gülməli olub. Burdan belə nəticəyə gəlirəm ki, film mənim üçün uğurlu olub. Çox əfsuslar olsun ki, “Xoxan” və “My name is İntiqam” filmlərindən sonra insanların kinoya olan marağı yenə azalmağa başladı. Yəni, sanki insanlar güldü, doydu və bitdi.

- Yeni film çəkmək niyyətiniz var?

– “Toy 2”-dən sonra 3 film təklifi gəldi. Yalnız Azərbaycandan deyil, xarici dövlətlərdən də təkliflər gəldi. Onları dəyərləndirməyi düşünürəm. Lakin komediya janrı artıq məni çox yordu. Çünki elə son filmimizin hazırlıq etapları həqiqətən yorucu və zəhmət tələb edən idi. Əvvəllər düşünürdüm ki, qoy, yerli film inkişaf etsin. Lakin zamanla bəzi məsələlərə görə bu fikrimdən daşınıram.IMG_3510- Yanılmıramsa, filmlərin qala-gecələrinin keçirilməsinə qarşı olduğunuzu bildirmisiniz. Ancaq öz filminizin də qala-gecəsi oldu…

– Bəli, tamamilə haqlısınız. Hələ də sözümün üstündə dururam. Sadəcə, filmin sponsorları var. Mən ancaq rejissoruyam. Sponsor qala-gecəsinin keçirilməsini istədi. Necə deyərlər, ağa deyir sür dərəyə, sür dərəyə… Qala gecələrinə və qırmızı xalçaların sərilməsinə qarşıyam. Mən Hollivud ulduzu deyiləm, Tom Kruz, Corc Kluni deyiləm. Bu, sadəcə, filmin kollektivi üçün maraqlıdır, bir anlıq o sevinci yaşayırlar. Zəhmət çəkirlər və o qırmızı xalçanın üstündə addımlamaqla əhvalları daha xoş olur. Mən isə dəbdəbəli həyat yaşayan insanlardan deyiləm. Ulduzluq, məşhurluq xəstəliyim yoxdur. Bu günə qədər hansısa verilişə çıxmamışam, müsahibə verməmişəm. Düşünürəm ki, insan yalnız yaradıcılığı ilə məşğul olmalıdır. Onsuz da yaradıcı insanın başqa şeylərə vaxtı yoxdur.

“Aramızda bir mövzu oldu, amma bunu o bilir, mən bilirəm, Allah bilir…”

- Elməddin son müsahibəsində sizin onun haqqını yediyinizi, özünüzə villa, idman avtomobili alıb, ona isə ayda cəmi 100 dollar verdiyinizi söylədi. Bütün bunlar həqiqətdirmi?

– Bu cür məsələlər haqda danışmaq belə istəmirəm. Daima öz səviyyəmi qorumağa çalışmışam. O insan desəydi ki, Həsən zövqsüzdür, istedadı yoxdur, kobud insandır, Allah şahiddir ki, mən onun haqında bir kəlmə belə danışmazdım. Bu iddia isə tamamilə başqa cür iddiadır, burda etik söhbətlər gedir. Elməddinin dediyindən belə çıxır ki, Həsən oğrudur. Öncəliklə onu deyim ki, bu açıqlamalar nə məntiqdən, nə də kişilikdəndi. “Tək səbir” kollektivi ilə biz dost olduq, insanlar ordakı aktyorlara “Həsənin balaları” deyirdi. Hamısının xətirlərini çox istəmişəm, çoxusu ilə halallaşıb ayrılmışam. Amma hamısı ilə yox. Yaxşı, tutalım ki, mən uşaqların haqlarını əllərindən aldım. Mən o qədər qorxulu insanam ki, bütün komanda ayrıldıqdan sonra belə, bu hadisələrə göz yumdu? Elməddinə qarşı nəsə haqsızlıq olubsa, komandadan ayrılandan sonra gedib mediaya açıqlayaydı ki, Həsən mənim haqqımı yeyib. Tam 10 il sonra yatıb yuxusunda ona deyiblər ki, “Elməddin, artıq susmaq vaxtı deyil, Həsən sənin haqqını yeyib. Çıx bu haqda danışвЂ¦” Bu hansı məntiqə uyğundur? Hətta “Tək səbir”in uşaqları zəng etdilər ki, “Həsən, bu nə məsələdir?” Hamı şoka düşmüşdü. İndi sizinlə o insan haqda danışıram, onun yerinə mən utanıram. Çünki biz çörək kəsmişik, bir-birimizin evinə getmişik. O mənim, mən onun ailəsini tanıyıram. Vallah ayıbdır… Əgər siz də bu gün həqiqəti araşdırsanız, bu, elə də çətin deyil. Həqiqəti ortaya çıxarmağın iki yolu var. Bütün “Tək səbir” kollektivi hal-hazırda yaşayır. Gedin, hamısından soruşun ki, Həsənin villası olubmu? Hal-hazırda varmı? Bəlkə nə vaxtsa olub, sonra satıb? Belə qara yalan dindar insana yaraşmaz. Bu gün mənim yerimdə oturan insan Elməddini məhkəməyə verərdi.IMG_3511Bu məsələni aydınlaşdırmağın ikinci yolu isə mənim arxivimi yoxlamaqdır. Bu gün bunu etmək heç də çətin deyil. Araşdırın, baxın görün ki, mənim villam olubmu? Varsa, Elməddin məni həmin villaya aparsın. Ola bilər, bəlkə kimlərsə mənim adımdan villa alıb… Bəli, bir idman avtomobilim olub. 1994-cü il istehsalı olan həmin avtomobili 2005-ci ildə 5000 dollara kreditə almışam. Bütün bunları danışa-danışa çox utanıram, diksinirəm belə söhbətlərdən. Elməddinlə mənim aramızda olan münasibətdən zərrə qədər də məlumatınız yoxdur. Ancaq bu elə iyrənc iddiadır ki, mən bu məsələlərə aydınlıq gətirməliyəm. Siz bu məsələni Müşfiqdən, Fərdadan da soruşa bilərsiniz. Kollektivin heç bir üzvü susan insanlardan deyillər. Sözlərini üzə deməyi bacarırlar.

- Heydər Əliyev Sarayındakı konsertlərdən sonra aktyorlara 75 dollar verdiyiniz də iddia olundu…

– Biz Heydər Əliyev Sarayında iki il konsert verdik. Birinci il Sarayın hesabatı hər kəsə göstərildi. Yəni, hansı pul hara, nə qədər xərcləndi, bütün bunlar sübut olundu. Sarayın kirayəsi, işıq və səs effektləri və s. hamısı pulun böyük hissəsini tutdu. Vallah dəqiq yadımda deyil, 75 dollar vermişdim, yoxsa yox… Bunu yenə də uşaqlarla aydınlaşdıra bilərsiniz. İkinci il isə maliyyə işlərindən uzaq durdum. Uşaqlara dedim ki, bu il mən heç bir maliyyə işlərinə baxmayacam. Sarayda konsert vermək maddi cəhətdən sərf etmir. Ancaq insanların gözündə imic yaradır. Siz gərək Sarayda 5-6 gün konsert verəsiniz ki, toplu olaraq ordan gəlir əldə edəsiniz. Hələ də bu iddianın hardan çıxdığını anlaya bilmirəm…

Mən demirəm ki, hər şey qaydasındaydı. Bəli, münasibətimiz soyudu, biz ayrıldıq. Ancaq düşmən kimi ayrılmadıq. Aramızda bir mövzu oldu, amma bunu açıqlamaq istəmirəm. Bu məsələni o bilir, mən bilirəm, Allah bilir. Həmin məsələ mənə əmanətdir, axirətdə ikimiz bu haqda danışacağıq. Mən bu haqda danışmaq istəmirdim, dostlarımın təkidi ilə bu müsahibəni verirəm. Gəlin, hesabatlara baxaq, görək, “Tək səbir”in gəliri nə qədər olub? O vaxt sponsordan qazanc yox idi, hamısı telekanala gedirdi. Bizim büdcəmiz 1300 dollar olub. Sonra bunu 1700 etdilər. Birinci il mən və digər müəllif Məmmədağa pul almırdıq. Sadəcə, kənar işlər və reklam çəkilişləri ilə dolanırdıq. 12-13 nəfər insan idik və hər adama 100 dollar pul düşürdü. Bəzən mənə şikayət edirdilər ki, “sən uşaqların hamısına gördüyü işdən asılı olmayaraq, eyni pulu ödəyirsən”. Mən də bilmirdim nə edim, axı kadrarxasında işləyən də əziyyət çəkir. Kollektivi seçməmişdim ki, bu, dostların komandası idi. Bir də, o insan videoda deyir ki, “məcbur oldum, reklamlara çəkildim, toylara getdim”. Anlamıram, insanlar bu gün toya getmək, reklama çəkilmək üçün dəridən-qabıqdan çıxır. Burda ayıb bir şey yoxdur. Bunu istəmirdin, başqa işlə məşğul olaydın. Müsahibəni oxuyuram, anlaya bilmirəm ki, məni tərifləyir, ya pisləyir. Bilmirəm, bunlara nə cavab verəcək. Sən axı bilirsən ki, kim hardan gəldi kim oldu, bu, mənə əmanətdir…

- Ola bilərmi ki, “Toy 2” filminin yayımlanması, yenidən “Tək səbir” layihəsinin yaranması Elməddini bu açıqlamaları verməyə məcbur edib? Məsələn, sizi gözdən salmaq üçün…



– Qardaş, əgər Elməddinin sözü ilə insanların gözündən düşəcəmsə, deməli, mənim heç hörmətim olmayıb. Məni tanıyanlar bilir ki, ziyalı ailənin övladıyam. Bazar adamı deyiləm. Yalnız sırf yaradıcılığımla məşğulam.Əsas marağım budur ki, yeni simalar yaradım və insanlara təqdim edim. Belə baxanda, “Ttək səbir” layihəsinə heç ehtiyacım yox idi. Elə öz taksi layihəm var idi, onunla da tanınırdım. “Tək səbir” layihəsini yaradıb uşaqları irəli çəkdim, özüm geri çəkildim. Tanınmaq marağımda olmayıb. Anlamıram, niyə mənim daşım ağır olub? Beynimdə hər cürə Elməddinə bəraət qazandırmağa çalışıram…

- “Tək səbir” kollektivində Elməddindən başqası ilə də soyuq münasibətiniz var?

– Biz o uşaqlarla ailə kimiyik. Zamanla hansısa xırda problemlər ola bilər aramızda, ancaq indi hamısı unudulub. İnsan uzun müddət ona doğma olan insanları görəndə, çox gözəl hisslər keçirir. Hər dəfə bir-birimizi görəndə, öpüşüb-görüşürük. Hətta Elməddinlə bağlı gözəl xatirələri yadda saxlamağa çalışıram. Ancaq belə məsələləri özüm anlamıram. Sadəcə, deyirəm ki, Allahından qorxsun və utansın. Mən inanmıram ki, Elməddin üzr istəsin. Çünki üzr istəmək üçün insanın abrı olmalıdır. İndi isə istəyirəm ki, Elməddin dediyi sözlərin arxasında dursun.

- Yeri gəlmişkən, yeni “Tək səbir”in əvvəlki qədər uğurlu olacağına inanırsız?

– Mənim heç bir fikrim yoxdur. Sadəcə, bir şərait yarandı və bu layihəni yenidən başlatdım. Tutdu qatıq, tutmadı ayran… Alınsa, yeni simalarIMG_3514 yaranacaq. Keçmiş “Tək səbir”in simaları hamısı öz istedadları ilə birlikdə mənim sayəmdə tanındılar. Bu məni çox sevindirir. Hamısı mənim uğurumdur. Onlara monoloqu yazıb verirdim və öz istedadlarını ortaya qoyurdular…

- “Tək səbir” kollektivinin aktyorlarının çəkildikləri filmlərin təqdimat mərasimlərində iştirak etmirsiniz. Səbəb nədir?

– Hamısı mənim dostlarımdı. Uğurlarına çox sevinirəm. Düzdür, getmirəm və baxmıram. Çünki birdən xoşum gəlməsə, məndən soruşsalar, deyəcəm ki, pis idi. Bax, o sözü deməmək üçün heç baxmıram. Ancaq onu söyləyim ki, əgər uğurlu olmasaydı, bu qədər sevilməzdi. Bir neçə filmlər uğurlu oldu…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail-İran davası: Münaqişənin sonu necə görünür? - “İzvestiya”
Bu gün, 13:03
Visa Azərbaycanın daxil olduğu regiona yeni prezident təyin etdi
Bu gün, 13:02
Müharibəni Azərbaycan dayandıracaq? - ŞƏRH
Bu gün, 12:59
İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 12:56
Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi? - Sakinlər narahatdır
Bu gün, 12:52
Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi - ƏMR
Bu gün, 12:49
“Rusiya və İranın başı qarışmışkən, sülh sazişini imzalamalıyıq” - Paşinyan İstanbulda
Bu gün, 12:41
Məktəb direktorunun qalmaqallı səs yazısının yayılmasından bir ay ötdü: Hələ də araşdırma gedirmiş... - NƏ DƏRİN QAZIRLAR?..
Bu gün, 12:12
Paşinyanın Ankarada çarə axtarışı: - Türkiyədən zəmanət istəyir
Bu gün, 12:08
Bəzi dağlıq ərazilərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
SOSİAL SİFARİŞ: LGBT-ni qadağan edən qanun nə vaxt qəbul olunacaq? - ARAŞDIRMA
Bu gün, 11:58
İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq - AKTUAL
Bu gün, 11:56
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 11:49
"Canımı verməyə hazıram" - Xameneinin yaralanana müşaviri
Bu gün, 11:48
Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 11:39
Paşinyanın qəfil “cəsarəti”nin səbəbi nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:31
“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi - BUNDAN SONRA...
Bu gün, 11:20
Naxçıvanda QTA obyektlərdən rüşvət aldığına gör... - İTTİHAM VAR...
Bu gün, 11:17
FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:14
Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən - İLGİNC FAKT
Bu gün, 11:12
Azərbaycanlı gənc Şimali Osetiyada öldü
Bu gün, 11:08
Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib
Bu gün, 11:06
Rusiya Ermənistanı açıq şəkildə hədələdi - Aİ-yə yaxınlaşsanız, tam qopma olacaq
Bu gün, 11:01
Ordumuz qürurumuzdur - MƏQALƏ
Bu gün, 10:58
Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:57
Zəfər tariximizi yazan Rəşadətli Azərbaycan Ordusu - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:54
Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar... - BU NƏDİ BELƏ?
Bu gün, 10:49
Naxçıvan Konstitusiyasında Moskva və Qars müqavilələri OLMAYACAQ - BUNDAN SONRA...
Bu gün, 10:39
Azərbaycanda məşhur bahalı hotel - FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu gün, 10:38
Gömrük Komitəsinin həbsdə olan şöbə rəisinin cəzası azaldıldı
Bu gün, 10:36
Rusiya niyə tez-tez “artsax” deməyə başlayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:16
Masallıda daha bir EKOVƏHŞİLİK... - FOTOFAKT
Bu gün, 10:13
İdarə rəisi və işçilərinə yekun ittiham verildi - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Birbank” arayışların qiymətini artırıb
Bu gün, 10:00
“MİDA”nın FÜZULİ FIRILDAĞI... - vətəndaş İFŞA EDİR...
Bu gün, 09:55
Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını BELƏ KƏSİR... - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
Bu gün, 09:43
Xocalı canisinin deputat oğlunun xaricə uçmasının qarşısı alındı... - tert.am
Bu gün, 09:38
Əmrullayev 20 milyonluq tenderi - görün, KİMƏ VERDİ...
Bu gün, 09:36
Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən həbs edilib - elektron qolbaqda idi...
Bu gün, 09:33
Qabil Məmmədovla bağlı istintaq başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 09:28
Böyük İsrail yaranarsa..: Bizə yenədəmi DOST OLACAQLAR? - Görünəni odur ki...
Bu gün, 09:26
Dörd ölkə fəlakətin bir addımlığında: Siyahıda Azərbaycan da var - DETALLAR
Bu gün, 09:23
“Azərbaycan” məhəlləsi – qardaş hədiyyəsi - MƏQALƏ
Bu gün, 09:21
Qardaşlığının və həmrəyliyin əsl nümunəsi - İsrafil Kərimovun yazısı
Bu gün, 09:19
Sabirabaddakı şirkətdə təsisçilər paylarını götürdü - NİZAMNAMƏ KAPİTALI KƏSKİN AZALDI
Bu gün, 09:12
Avstriya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 09:10
Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidentinin Bakıda məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:07
Əmək Müqaviləsinə xitam verilərkən... - DİQQƏT!
Bu gün, 09:05
Partlayan bombalar Azərbaycanı da “vurdu” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru