ABŞ hələ də inanır ki... .....                     Çin İrana nəqliyyat təyyarələri göndərib .....                     “Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” .....                     KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir .....                     Zabratda qanunsuz tikinti... .....                     Məmurlarımızın diplomu SAXTA İMİŞ .....                     Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! .....                     Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var .....                     Ağdamın quruculuğuna HARAM QATANLAR .....                     Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır .....                     Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır .....                     Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər .....                     “Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” .....                     Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? .....                     Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır .....                     “Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” .....                     Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi .....                     Husilər açıqladı: .....                     Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir: 1921-ci il müqaviləsinə əsaslanaraq .....                     İran ABŞ bazalarını vurmaq üçün hazırlıq görüb: .....                     SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik .....                     İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb .....                     Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi .....                     Qərbin İranla bağlı “B planı”: .....                     Tehranda müdafiə sistemləri dayanmır: .....                     İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib .....                     İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb .....                     Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib .....                     Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu .....                     Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                 

“Müğənni olmasaydım, məni ərə verəcəkdilər” - Sevda
Tarix: 2-05-2015, 10:43 | Çap et
“Müğənni olmasaydım, məni ərə verəcəkdilər”
Baş- başa verib birlikdə müsahibə alacağımız qonaqlar barədə fikirləşməyə başladıq. Sənətçi seçimində mübahisələrimiz çox olsa da, nəhayət, bu seçim bir xanımın üzərində dayandı. Beləliklə, “Ulduzlar hər yerdə” layihəmizə start verdik.


“Qafqazinfo”nun bu həftəki müsahib qonağı “lal-dinməz” müğənni Sevda Yəhyayevadır. Müsahibə üçün razılaşdırılmış məkana yola düşdük.

Könül: Ənənəvi sualdan başlayaq. Yaradıcılığınızda hansı yeniliklər var?

Sevda: İki-üç mahnı var ki, aranjemandadır. Heç kimlə duet oxumayan, sevilən sənətçimizlə duet oxuyacam. Adını açıqlamaq istəmirəm, sürpriz olsun. Avqustda Yaşıl teatrda solo konsertim olacaq. Konsertə ciddi hazırlaşıram. Bir aydır ki, Teymur Əmrah mənimlə çalışır. Həm köhnə mahnılar öyrədir, həm də televiziya konsertinə hazırlaşıram.

Elvin: Bu ilki konsertinizi digərlərindən nə fərqləndirəcək?

Sevda: İnsan hər zaman çalışır ki, yenilik etsin, daha yaxşı iş görmək istəyir. Bütün mahnıları canlı ifa edəcəm. Öz mahnılarımla yanaşı klassik mahnılara da yer ayıracam.

Könül: Konsertdə duet ortaqlarınız olacaqmı?

Sevda: Duet ifa edə bilərəm, amma çalışacam yalnız özüm oxuyum. Adını çəkmədiyim müğənni ilə duetimizi səsləndirmək istəyərəm.

Elvin: Duet ortağınız gənc nəsildir, yoxsa? Düşünürəm ki, Teymur Əmrahla duet oxuyacaqsınız.

Sevda: (red- Sevdanın üzü qızarmağa başladı)Duet ortağım haqda danışmaq istəmirəm. Düşər-düşməzi olar. Birdən alınmaz.

Elvin: Müğənnilikdən başqa gün ərzində hansı işlərlə məşğul olursunuz?

Sevda: Hər gün 2-dən 6-a qədər Teymur müəllimlə məşq edirəm. Daha sonra isə şou proqramlara gedirəm. İngilis və fransız dilini öyrənmək istəyirəm. Dili hansısa xarici prodüser və ya prodüserlə əlaqə qurmaq üçün öyrənmək istəmirəm. Xaricə Azərbaycan günləri və ya bayramlarla əlaqədar gedəndə dil lazım olur. Beynəlxalq dildir, öyrənmək lazımdır.

Könül: Sevda 10 ildir ki, şou-biznesdədir. Amma bu illər ərzində heç dəyişməyib. Hər zaman sakit və utancaqdır.

Sevda: (Sevdanın suallara cavab verən zaman hey saçları ilə oynaması diqqətimizdən yayınmayır) Sakit və utancaqlıq mənim xasiyyətimdir. Həyatda həyasız, efirdə sakit qız deyiləm. məni tanıyan insanlar bilir ki, mən sakit insanam. Başqa cür özümü təsəvür edə bilmirəm.

Könül: Sakit Sevdanı hansı hərəkət özündən çıxara bilər?

Sevda: (Gülür) Özümdən çıxdığım anlar da olur, emosianal davrana bilirəm. dəli olub özümdən çıxdığım vaxtlar olub. Məni tanıyanlar bilir. Sakit insan olsam da, əsəbləşəndə özüm özümü tanımıram.

Elvin: (Əsəbi halda) Könül imkan ver mən də sual verim. Sevda, sizi qalmaqala çəkmək üçün söz atanların qarşısında necə sakit qala bilirsiz?

Sevda: Səbrli insanam. İctimaiyyət qarşısında qalmaqal yaratmağı sevmirəm. Problemimi həmin insanla üzbəüz həll edirəm, bununla özümü reklam etmək istəmirəm. Gördüyüm işlərlə gündəmdə olmağa çalışmışam. Mənə söz atanlar da, qalmaqala çəkənlər də olub. Amma cavab verməmişəm. (Sevda köməkçisinin üzünə baxır) Əsəbimi isə özümkülərdən çıxıram. Camaat qarşısında qalmaqal yaşamaq istəmirəm.

Elvin: Qalmaqaldan uzaq olmağa çalışırsınız. Bu tamaşaçılarınızı itirmək qorxusundan irəli gəlir?

(Red- boğazımız təmiz quruyub. Sevda durub bizə qulluq etməyə çalışır, çay süzür, stolun səliqəli olmağı üçün nəzarət edir).

Sevda: Elə bir qorxum yoxdur. Düşünürəm ki, hirsli olub nəsə deyərəm, məni səhv başa düşərlər, fikrimi düzgün çatdıra bilmirəm. öz tamaşaçıma özümdən çox hörmət edirəm, onlar mənim güzgümdür.

Elvin: Mən çılğın insanam, sakit insanla yolla gedə bilmirəm.

Sevda: (Gülür). Sakit olmadığını görürəm.

Elvin: Siz sakit insansız, Tolik çılğındır. Necə yola gedirdiniz?

Sevda: Tolik oddur, mən suyam. İkimizdə od olsaydıq, dava-dalaşla ayrılardıq. Güzəştə getməyi bacarmaq lazımdır. Ona görə də Toliklə iki ilə yaxın işlədik, Tolik emosional olsa da, yaxşı insandır. Dostcasına ayrıldıq.

Elvin: Tolik həm sizinlə, həm də Eltonla çalışırdı. Bu sizdə qısqanclıq yaratmırdı?

Sevda: Tolik mənə deyəndə ki, Eltonla da çalışmaq istəyirəm razılaşdım. Məndə qısqanclıq hissi yoxdur.

(Söhbətimizi davam etmək üçün həyətə çıxdıq)

Könül: Ətrafınızdakı insanları hansı xüsusiyyətlərinə görə seçirsiniz:

Elvin: Ətrafınızdakı insanları seçmə şansınız varmı?

Sevda: Ətrafımdakı insanları seçə bilmirəm, yanıldığım anlar da olur. İndi isə yanımda məni sevən dəstək olan insanlardı.

Könül: İstəmədiyiniz insanları necə ətrafınızdan uzaqlaşdırırsınız?

Sevda: Qəşəng sualdır. Mən heç kimi uzaqlaşdırmıram. Özləri artıq olduqlarını görüb gedirlər.

Elvin: Heç get dediyiniz olub?

Sevda: Yox gəl dediyim olub(gülür).

(Könül söz oyunu oynamağa başladı)

Könül: Gəl dediyiniz gəlib?

Sevda: Əlbəttə, gəlib.

Könül: Sevda hər zaman özəl həyatını gizlədib. Nə vaxta qədər bu gizliliyi qoruyacaqsınız?

Sevda: (red- bir az hirsləndi) Özəl həyatım haqda danışmayacam. Heç vaxt heç vaxt demirəm, amma şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Hər insan kimi mənim də şəxsi həyatım var. Amma ictimaiyyətə açıqlama vermək istəmirəm.

Könül: Sevda xoşbəxtdirmi?

Sevda: Şükür Allaha ki, xoşbəxtəm.

Elvin: (Gülür) Könül…Mövzunu dəyişək. Bilirsiniz ki, bu il Parlament seçkiləri gəlir. Elza Seyidcahan da deputatlığa namizəd olacağını bildirib.

Sevda: (Təccüblə)Elza xanım? Mən Elza Seyidcahana səs verəcəm. seçkilərdə iştirak etmirəm, amma prezident seçkilərində həmişə iştirak etmişəm.

Elvin: Elza xanımın namizədliyinə münasibətiniz necədir?

(Elvin qalmaqal axtarır, dava yaratmaq istəyir)

Sevda: Bu haqda heç nə deyə bilərəm, yolu açıq olsun. Elza xanım çox ağıllı, gözəl qadındır, yaxşı bəstəkardır. Ona səs verərəm.

Könül: Manatın düşməsi sizə necə təsir etdi?

Sevda: Dolların qalxması, manatın düşməsi mənə təsir etmədi. Böyük pullarla işim yoxdur. Sadə vətəndaşlara necə təsir etdisə, mənə də elə təsir etdi.

Elvin: Nə vaxtsa, bizneslə məşğul olmaq fikriniz var?

Sevda: Elə bir fikrim yoxur. Müğənnilikdən başqa əlimdən heç nə gəlmir. Mən müğənni olmasaydım, məni ərə verəcəkdilər. İfaçılığa başlamasaydım, iki-üç uşaq anası idim. Səsim olduğu üçün ailəm mənə dəstək oldu (gülür).

Elvin: Şou-biznes kənardan çox maraqlı görünsə də, içərisində çox oyunlar gedir. Şou-biznesə qatıldığınız üçün peşman olmadınız?

Sevda: Müğənnilərin həyatı kənardan dəbdəbəli görünür. Mən bu sənətə gələndə çətin yola addım atdığımı bilirdim. Bu işi sevməlisən ki, çətinliklər qarşısında dözə biləsən. Sevdiyim işdir, uşaqlıq arzum olub.

(Söhbətimizi həyətdə olan ağ oturacaqda oturmaqla davam etdik)

Könül: Həmkarlarınızın çoxu özünü aparıcı kimi sınayır. Sevdanın aparıcılıq iddiası yoxdur?

Sevda: Aparıcılıq iddiam var. Bir neçə il öncə televiziyalarımızdan təklif olmuşdu, amma özümü hazır hiss etmirdim. Mənim sahəmə uyğun maraqlı konsept olsa, aparıcılıq edərəm.

Könül: Bir çox sənətçilər də verilişlərdən narazılıq edir. Düşünürlər ki, verilişlərdə aparıcılar tərəfindən alçaldırılırlar. Belə hallarla qarşılaşmısınız?

Sevda: Belə hallarla qarşılaşmamışam, özümü rahat hiss etdiyim verilişə gedirəm. qalmaqal olan proqramlara getmirəm, getdiyim verilişlərdə də hörmətlə qarşılanıram.

Könül: Təsəvvür edin ki, verilişə qonaqsınız. Aparıcı geyiminizi bəyənmir, ifanızı tənqid edir, deyir ki, sən oxuya bilmirsən. Necə reaksiya göstərərdiniz?

Sevda: Şükür Allaha ki, belə hallarla qarşılaşmamışam. Ya ağlayaram, ya da üzünə baxaram. Üzərimə çox gəlsə, cavab verərəm, bilmirəm necə davranaram.

Elvin: Sulugözsüz?

Sevda: (Gözləri dolmağa başlayır)Çox həssasam. Hər an ağlaya bilərəm.

Könül: Formada qalmaq üçün nə edirsiniz?

Sevda: Hər şey yeyirəm. Bu aralar 3-4 kilo almışam. İki ildir ki, 5 kilo arıqlamaq istəyirəm, amma bu sözdə qalır.

(Elvin yenə söhbəti dəyişmək istəyir. Onun qadın, geyim suallarından xoşu gəlmir)

Elvin: Mədəniyyət naziri olsaydınız, hansı işlər görərdiz?

Sevda: Mən nazir olmaq istəmirəm, müğənni olaraq qalsam, yaxşıdır. Nazir olsaydım, Bədii Şura yaradardım. O zamann mahnıların çoxu Bədii Şuradan keçmirdi. Indi kim nə gəldi oxuyur, tamaşaçının zövqü korlanıb.

Elvin: Üzeyir Mehdizadə Bədii Şuradan keçərdi?

Sevda: (bir neçə dəqiqə susur) Bilmirəm. bilirsiniz ki, keçməyəcək, məndən niyə soruşursunuz?

Elvin: Xalq artisti Aygün Kazımova onunla duet oxuyub.

Sevda: Yaxşı edib. Mənə nə?(Gülür)

Könül: Gəlin, geyimlərinizdən danışaq.

Elvin: Könül yenə qadınsal suallarına başladı.

Sevda: Modanı izləyirəm. Lakin özümə yaraşanı geyinirəm. Mənə yaraşan mənim üçün dəbdir. Geyimlərin qiymətinə baxmıram. Çox ucuz geyim mənim əynimdə bahalı və dəbli görünə bilər. Qazancımın 45 faizini geyimlərə xərcləyirəm.

Könül: Xarici ölkələrdə sənətçilər geyimlərini xeyriyyə məqsədi ilə satışa çıxardırlar. Bizdə də Gülay Zeynallı belə bir addım atdı. Geyimlərini sosial şəbəkədə satışa çıxartdı.

Sevda: Satıldımı? Bizdə o paltarları kimdir alan? Deyirlər ki, ver pulsuz geyinək. bu bizdə gülməlidir. Konsertdə geyindiyim paltarları satmaram, hədiyyə etmərəm. İstəyirəm ki, qocalanda baxıb gəncliyimi xatırlayım.

Elvin: (Qorxa-qorxa)Düşünürəm ki, siz nömrə bir olmaqda iddialı deyilsiniz.

Sevda: Hər tamaşaçı üçün üçün müğənnisi bir nömrədir. Komanda deyil ki, müğənniləri nömrəliyəsən. Bu günkü günümdən razıyam. Bir müğənni olaraq hədəflərim var. Məqsədimə çatmaq üçün başımı aşağı salıb çalışıram.

Könül: Sevdanın hansı çatışmayan cəhətləri var?

Sevda: Çox utancağam. Bu xasiyyətimi tərgidə bilmirəm, tanımadığım məclisə düşəndə bir müddət sıxılıram, özümə gələ bilmirəm. kənardan isə elə bilirlər ki, soyuqqanlı və özümdən razıyam. Tanımadığım adamla münasibət qura bilmirəm.

(Artıq hava qaralmağa başladı, biz qapalı məkana doğru addımlamağa başladıq).

Elvin: Xəbər saytlarını oxuyursuz?

Sevda: Əlbəttə, oxuyuram. Düzünü deyim ki, ancaq şou xəbərlərini oxuyuram. Maraqlı başlıqlar məni cəlb edir. Bilirəm ki, xəbər qədər maraqlı başlıq da çox vacibdir. Hansısa sayta müsahibə, açıqlama verəndə sayta girib axtarıram. Çalışıram ki, saytda gedən şərhləri oxumayım (bizim sayta söz atır).

Könül “Masazıra gedirəm, evimiz uzaqdır”,- deyib suallarını bitirdi. Mən də “xanım böyük qüvvədir”-deyərək müsahibəmizi yekunlaşdırdıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ hələ də inanır ki... - “ABC News”
Bu gün, 07:26
Çin İrana nəqliyyat təyyarələri göndərib - KİV
Bu gün, 07:09
“Təhsil sistemində tərbiyə amili yoxa çıxıb” - NƏ ETMƏLİ?
Bu gün, 07:06
KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Bu gün, 07:01
Zabratda qanunsuz tikinti... - hansı məmur icazə verib?
Bu gün, 06:55
Məmurlarımızın diplomu SAXTA İMİŞ - Şimali Kipr mediasından ŞOK İDDİA
Bu gün, 06:44
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
Bu gün, 06:35
Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var - “RR Constructions”dan qalmaqallı addım
Bu gün, 06:23
Ağdamın quruculuğuna HARAM QATANLAR - AXI NİYƏ?..
Bu gün, 06:19
Müharibənin səsi sərhədimizdə narahatlıq yaradır - RƏYLƏR
Bu gün, 06:10
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır – Çıxış yolu isə…
Bu gün, 06:08
Yüz minlərlə qaçqın Azərbaycanın qapısını döyə bilər - GƏLİŞMƏ
Bu gün, 06:05
“Bakı, cənubdakı soydaşlarımızın gələcəyini düşünən yeganə mərkəzdir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Şuşa Dövlət Musiqili Dram Teatrı Xankəndində fəaliyyət göstərəcək? - “Təklifimi bəyəndilər, amma...”
Bu gün, 05:57
Rusiya təyyarənin vurulmasını Bakıya qarşı "kart" kimi saxlayır - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:54
“Sabit tarif” modeli istehza doğurur: “Qatıq yox, balon üçün də pul verin” - BU NƏDİ BELƏ?
Bu gün, 05:52
Xamenei bu dəfə İsraili ivrit dilində təhdid etdi - "...mərhəmətli olmayacağıq"
Bu gün, 05:48
Husilər açıqladı: - Müharibəyə qoşuluruq!
Bu gün, 05:44
Azərbaycan İrana qoşunla daxil olmaq hüququna malikdir: 1921-ci il müqaviləsinə əsaslanaraq - TƏFƏRRÜAT
Bu gün, 05:35
İran ABŞ bazalarını vurmaq üçün hazırlıq görüb: - İlk olaraq bu ölkədəki bazalar vurulacaq
Bu gün, 05:33
SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik - "Yedioth Ahronoth" nəşri isə yazır ki...
Bu gün, 05:31
İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb
Bu gün, 05:28
Konqresə ABŞ-nin İsrail-İran müharibəsində iştirakını qadağan edən qətnamə təqdim edildi
Bu gün, 00:21
Qərbin İranla bağlı “B planı”: - Pəhləvi ssenarisi işə düşür
Bu gün, 00:18
Tehranda müdafiə sistemləri dayanmır: - Partlayış səsləri eşidilir
Dünən, 23:51
İsrail Ordusu İranda raket buraxılış məntəqələrinə silsilə zərbələr endirib
Dünən, 23:47
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
Dünən, 22:10
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib - KİV
Dünən, 22:09
Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Dünən, 21:34
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Dünən, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Dünən, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Dünən, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Dünən, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Dünən, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Dünən, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Dünən, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Dünən, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Dünən, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Dünən, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Dünən, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Dünən, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Dünən, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Dünən, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Dünən, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Dünən, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Dünən, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Dünən, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Dünən, 15:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru