Azərbaycanlı müğənninin verilişdə etdiyi etiraflar gözlənilməz olub.
diaaz.space-ın anspress-ə istinadən xəbərinə görə, “Məchulu tapın” verilişinin qonağı olan əməkdar artist Almaz Ələsgərli formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib. Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Lakin onun qısqanc olması barədə deyilən fikirlə razılaşmayıb. Aparıcı bunu bəlkə həyatında birinin olmaması ilə əlaqələndirdikdə, müğənni həyatında birinin olduğunu deyib.
“Tərəf müqabilim deməzdim ki yoxdur, əlbəttə ki, var. Amma ailəm yoxdur. Yəni ailədən də artıqdır, sadəcə ər-arvad kimi rəsmi nikahım yoxdur. Belə qadının sevdiyi insan olmaz?” – deyə A.Ələsgərli aparıcının fikrinə münasibət bildirib. Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.