Dayısının ölümündə günahlandırılan müğənni qəzəbləndi: "Baxmayacam qohumdur"
Tarix: 23-02-2015, 10:00 |
Çap et
diaaz.space gecce.az-a istinadən xəbər verir ki, Lalə bu barədə ilk dəfə "Onlar"da açıqlama verib.
"Allah rəhmət eləsin. Mənim dayım çox gözəl insan idi. Anamla çox bağlı olublar. Anam da onun itkisini çox ağır keçirir. Dayım həyatını ləyaqətlə yaşayan insan olub. Anama görə, dayımın ruhunun xətrinə susdum. Amma o demək deyil ki, mən qorxuram. Bu, ağır cəfəngiyyatdır. İnsanı ölümdə ittiham etmək çox ağırdır.
Ata itkisi çox ağırdır. Onu başa düşmək olar. Amma tanınmış sənətçini günahlandırmaq olmaz. Mən birdən-birə Lalə Məmmədova olmamışam. Bu hörməti damla-damla yığmışam. Şəxsiyyətimə xələl gətirən daha bir açıqlama olsa, baxmayacam qohumdur, ya yaddır. Həmin adam qanun qarşısında cavab verəcək.
Peşman olsa belə, hər kəs öz yolunda, öz işi ilə məşğul olsun. Mənim başım övladlarıma qarışıb. Ona yazığım gəlir ki, hadisəni mediaya çıxarıb şou düzəltmək istəyir".