Müğənni Ayan Babakişiyeva qızı Selena ilə fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, ifaçı övladı ilə bağlı təəssüratlarını bölüşüb: “Mənim ürəyim, həyatım... Elə bilirəm ki, sən həmişə mənimlə olmusan. Bu vaxta qədər sənsiz necə yaşaya bilmişəm? Qızım, Allah səni xoşbəxt etsin”. Qeyd edək ki, martda sənətçinin qızının 1 yaşı olacaq.