"Xoşqədəm Hidayətqızı məni süründürdü" - Doğuş
Tarix: 29-01-2015, 09:51 |
Çap et
Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuş “Kanal türk”də yayımlanan “2-ci Səhifə”nin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı həyat yoldaşı ilə necə tanış olduqlarını açıqlayıb:
“Çox xoşbəxtəm. “Durdum, durnanı gözündən vurdum” deyimi oldu. Allah göz-nəzərdən qorusun. Birinci şansım Doğuş olmaq, ikincisi isə həyat yoldaşımı tapmaqdır. Mən ölkələri gəzir, uşaq evlərini ziyarət edirəm. Uşaq mənim ən həssas yerimdir. Xoşqədəm xanım proqramına dəvət etdi, heç düşünmədən getdim. İlk görən andan gözləri məni heyran etdi. O insanın uşaqlara davranışını gördüm, gözəl ürəyi var. İlk görəndə “belə bir həyat yoldaşım olsun istəyərəm”, - deyə fikirləşdim. Əvvəl evlilik təklifi etdim. Amma “hə” demədi, məni süründürdü”.
Efirə telefonla bağlanan X.Hidayətqızı Doğuşun evlilik təklifini necə qəbul etməsindən danışıb:
“Heç vaxt müğənni ilə ailə quracağımı düşünməzdim. Ətrafımda müğənni dostlarım ola bilərdi. Onun haqqında axtarış aparıb həyatını öyrənməyə çalışdım. Doğuş Bakıda konsert verəcəkdi. O ərəfədə bizim şəhidlərimiz oldu. Doğuşun məşq etdiyi yerə getdim, gördüm oturub. Məndən xahiş etdi ki, təşkilatçılarla danış, konserti təxirə sal. Azərbaycan şəhid verir, mən rəqs edib oxuya bilmərəm. Mən özüm Qarabağdanam. Bu sözü mənə təsir etdi, ağladım. Həmin an evlilik təklifini qəbul etdim”.