Bakıda bayram günü QƏTL: .....                     MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR .....                     Gürcüstan ABŞ-a yeni səfir təyin edib .....                     Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir .....                     "Sahil S-İnşaat" işi niyə çözülmür .....                     “Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... .....                     Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" .....                     “Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” .....                     Qadının bu halda işləməsi qadağandır... .....                     “Atama görə gecə ilə evimizi satdım” .....                     "JEK"lərin xidmət haqqı toplaması qanunidir? .....                     Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ .....                     Ermənistanın OYUNBAZ KATALİKOSU... .....                     Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? .....                     “Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb .....                     Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı .....                     OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu .....                     Naxçıvanda dərdini kimə deyəsən... .....                     Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? .....                     Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir .....                     Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi .....                     Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST .....                     Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat .....                     İşəgötürən BUNA MƏCBURDUR... .....                     Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR .....                     Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır .....                     Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                     ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                 

"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Tarix: 15-07-2014, 10:16 | Çap et
"Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm"
Teatrallar Günel Məmmədovanı Cülyetta (“Romeo və Cülyetta”), Reyhan (“M.S.S”), Sarıköynək (“Sarıköynəklə Valehin nağılı”), Viktoriya (“Viktoriya”) kimi obrazlardan, kinosevərlər “Yalan”, “Ləkə”, “Sirr”, “Həyat çiçəyi” kimi film və seriallardan tanıyır.

Kulis.az Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ilə müsahibəni təqdim edir.

- Günel xanım, məncə elə yaşıd olarıq, sizə Günel desəm olar?

- Olar, əlbəttə.

- Bayaq dediniz məşqdəyəm. Mövsümün sonunda nəyin məşqləridir belə?

- “Qoğalın nağılı”nı hazırlayırıq. Yeni mövsümdə, sentyabrda təqdim edəcəyik.

- Aktrisa Kəmalə Müzəffərli ilə oxşarlığınız var. “M.S.S.” tamaşasında da sizin ananızı oynamışdı....

- (Gülür) Hə, oxşadan çoxdur. Xətrini çox istəyirəm, amma qohumluğumuz yoxdur.

- Günel, necə bir ailədə doğulub böyümüsünüz?

- Ailədə incəsənətlə bir mən məşğulam. Anamın yaxşı səsi olub, amma oxumağa meyl etməyib. Beş yaşımdan rəqsə getmişəm, uşaqlıqdan filmlərə çəkilmişəm. İncəsənət gimnaziyasında oxumuşam. Bu sənəti seçməyim ailəmin sayəsindədir. Vaxtında dərnəklərə qoymasaydılar, yəqin mən də başqa sahənin adamı olardım. Sağ olsunlar. Amma sənət seçmə məqamında valideynlərim o qədər də razı deyildilər, düşünürdülər ki, bu həvəs keçicidir. Amma mane də olmadılar. Əvvəl o qədər dəstəkləmirdilər məni, indi tamaşalarıma da baxırlar, hətta, anam o dəfə mənə dedi ki, səninlə fəxr edirəm. Hazırda mənə böyük dəstək olurlar.

- Dəstək deyəndə nəyi nəzərdə tutursunuz?

- Elə problemlər olur ki, insan kiməsə sığınmaq istəyir. Bir də maddi dəstək təbii... Mənim sponsorlarım valideynlərimdir. Sağ olsunlar.

- İşlərinizə qarışırlar?

- Mən hər istədiyimi eləmirəm, ailəmi nəzərə alıram. Seriallara, filmlərə dəvət alanda ilk növbədə anamla məsləhətləşirəm. Ssenarini evdəki heyətə - rejissor, prodüser-redaktora təqdim edirəm...

- Senzuraya...

- Bəli (gülür), razı olsalar çəkilirəm...

- Cülyetta “Romeo və Cülyetta”, Sarıköynək “Sarıköynəklə Valehin nağılı”, Viktoriya (“Viktoriya”), Nərgiz (“Yalan” filmi)... Hamısı sevən, sevilən gözəl qızlardır... Bu səpkidə rollardan bezməmisiniz?

- Bezmək deməzdim, amma rəngarənglik olsun istəyərdim. İki-üç fərqli rolum olub, qalanları sevgili qəhrəman... Mənə elə gəlir ki, rejissorlar üçün mənə belə rollar tapşırmaq rahatdır. Elə rejissorlar var ki, işləməyi sevmirlər, hazır materialı götürmək istəyirlər. Bu səpkili qəhrəman alınıbsa, deməli hazır baza var. Ona görə də, belə rolu mənə tapşırırlar. Eyni motivli olsa da, o obrazları fərqli yaratmışam.

- Məsələn, sizin Cülyettanın əvvəlkilərdən fərqi nədir?

- Onu siz deyə bilərsiniz. Mən bilən, biri dram teatrında olub (Barat Şəkinskaya-A), biri bizim teatrda (Fatma Qədiri)... Biri də mən! O birilərini görməmişəm. Mən Cülyettaya ürəyimi qoymuşam, Günel olaraq fərqliyəmsə o da fərqlidir. Həm də bizim “Romeo və Cülyetta”nı Cənnət xanım müasirləşdirib.

- Dediniz ki, Cülyettanız fərqlidir. Cülyetta, Viktoriya, Sarıköynək hamısı sizin həyat təcrübənizdən, yaşadığınız hisslərdən qaynaqlanır?

- Müşahidə və mütaliə deyim. Çünki hələ belə dərin hiss yaşamamışam, açığını desəm.

- Mütaliə dediniz. Nə mütaliə edirsiniz?

- Rus bölməsini bitirmişəm, rusca oxuyuram. Viktor Hüqonun “Səfillər” romanını...

- Sizi sarsıdan əsər?

- Çox sevdiyim roman var - “Qürur və qərəz”. Bir də “Həyat” filmindən təsirlənmişəm. Uşaqlar mənə adətən xəbər verirlər - filan filmə bax. Amma iki ildir nə Oskar nə də Kanndan mükafat alan filmləri izləyə bilmirəm.

- Günel, səhnədə və ya çəkilişdə hansı kompleksləriniz var?

- Ən böyük kompleksim oxumaqla bağlıdır. Məncə, səsim yoxdur. Səhnədə oxumağa kompleksim var. Bu tamaşada məni oxutmaq üçün daha nələr etdilər... Düzdür, oxudum, amma səsim yoxdur, bilirəm. Mən istəyirəm oxuyuramsa qüsursuz, mükəmməl oxuyum. Bir də bəlli bir kompleksim, daha doğrusu, çərçivəm var - açıq-saçıq səhnələrə çəkilə bilmərəm.

- Özünüzdən gələn kompleksdir, yoxsa rejissorların yaxşı film ortaya qoya biləcəyinə inanmırsınız?

- Daha çox cəmiyyətdən gələn kompleksdir. Mən bu mühitdə yaşayıram, valideynlərim var. Valideynlərimi fikirləşirəm, özümü fikirləşirəm.

- Buna görə hansısa filmdən imtina etmisiniz?

- Rövşən İsax “Aktrisa” filmində baş rola məni çəkmək istəyirdi. Məhz açıq-saçıq səhnələr var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada Açıq-saçıq səhnələr elə də qabarıq deyil. İndi elə bir layihə olsa, çəkilərəm.

- Obrazlarınızla bağlı maraqlı fikir bildirən varmı?

- “Ləkə” serialında mənfi bir obraz yaratmışdım. Ələlxüsus yaşlı tamaşaçılardan belə reaksiyalar alırdım: “İfritə” deyirdilər, qarğış edirdilər: “Onu görüm...” (gülür)

- Sadiq pərəstişkarlarınız varmı?

- Şəxsi həyatda yoxsa sənətdə?

- Hər ikisi.

- Təbii ki, var.

- Sizə nələr yazırlar, ya da göndərirlər?

- Onlardan çox danışmaq istəməzdim (gülür). Amma onu deyim ki, hədiyyələr edirlər. Ən sevdiyim hədiyyə kukladır. Həm də “Monstr hay” (gülür). Deyəsən hələ böyüməmişəm.

- Gənc bir aktrisanın rastlaşdığı ən böyük problem?

- Axmaq adamlar, pis adamlar.

- Gənc aktrisaya qarşı intriqalar olur, eləmi?

- Nə yalan deyim, heyətlə problemlər olur.

- Cəbhələşmə necə olur - yaşlı aktrisalar gənclərə qarşı, yoxsa...

- (Gülür) Hər cür olur. Məncə başları işə qarışsa heç də belə problemlər olmaz. Demirəm işləmirlər, amma bir də var özünü qalmaqallara yox, tamamən işinə həsr edəsən.

- Qısqanclıqdan nə kimi tələlər qururlar?

- Elə şeylər olub ki... Olub ki, paltarlarımı cırıblar, kəsiblər. İndi hamısını xatırlayıb, qanımı qaraltmaq istəmirəm. Belə şeylərə verdikləri enerjini işə həsr etsələr, xalq artisti adını almışdılar indi.

- Xarici layihələrdə işləriniz olurmu?

- “Bakı, mən səni sevirəm” müştərək kinolayihəsinə çəkilmişəm. Bir də Türkiyədən serial təklifi gəlmişdi, hələ bir xəbər yoxdur amma.

- Seriallarda nə problemlərlə qarşılaşırsınız - təbii, qonorardan başqa...

- Düzü mən qonorarı necə istəmişəm elə də almışam. Məbləğ qane etməyəndə çəkilmirəm. Bu qədər sadə. Amma yaradıcılıq baxımından mətnlə bağlı problemlər olur. Cümlələr çox ədəbi olur. Bayaq dediniz ki, seriallara baxmıram. Haqlısınız. Necə baxasınız axı? Elə layihələr var ki, orada mətnə əməlli-başlı düzəlişlər edirəm. Mümkün deyil onu olduğu kimi oynamaq.

- Bayaq eyni ampluadan danışdıq. Gənc, gözəl görkəm fərqli rollar almağa mane olur. Gözəlliyiniz başqa nəyə mane olur?

- Elə bir məqam yoxdu deyim. Fərqli rollarım da olub e, amma eyni səpkili çox olub, dediyim kimi. Fərqli rollar da olub. Məsələn, “Çimnaz xanım yuxudadır” kimi komediya oynamışıq.

- Heç tamaşada öz aranızda oyunlar getdiyi olurmu?

- Olur (gülür). Cülyettanın ölüm səhnəsini oynayırdıq. Mən də dəhşət qıdığı gələn adamam. Tamaşa gedə-gedə Elnur Kərimov da (Romeo) mənim ayağımı qıdıqlayır. Mən özümü zorla saxlayıram...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda bayram günü QƏTL: - qız küçədə kişini öldürdü
Bu gün, 11:18
MOSKVANIN “QARABAĞ SANCISI” BİTMİR - Kremlin rəsmi ideoloqunun açıqlaması nəyi göstərir?
Bu gün, 11:16
Gürcüstan ABŞ-a yeni səfir təyin edib
Bu gün, 11:07
Tahir Kərimlinin partiyası növbədənkənar qurultaya gedir - AÇIQLAMA
Bu gün, 11:05
"Sahil S-İnşaat" işi niyə çözülmür - arxasındakı "sehirli əllər" üzə çıxır
Bu gün, 11:00
“Holcim Azərbaycan”ın ƏDALƏTİNƏ GÜVƏNDİKSƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 10:56
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker "Bəniz" ev dustaqlığına buraxılmayıb
Bu gün, 10:52
“Oğlumu evləndirə bilmirəm, ev yoxdur, almaq istəyirəm” -Fədayə Laçın
Bu gün, 10:49
Qadının bu halda işləməsi qadağandır... - Ekspert danışır...
Bu gün, 10:43
“Atama görə gecə ilə evimizi satdım” – Yaşar Nurinin qızından ETİRAF
Bu gün, 10:37
"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün, 10:31
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 10:21
Ermənistanın OYUNBAZ KATALİKOSU... - KİV
Bu gün, 10:18
Şərur səhiyyəsinin ASİMANI NƏDƏN BULANIQDIR? - ETİRAZ VAR...
Bu gün, 10:14
“Troni İnvestisiya Şirkəti”nin zərəri 5 dəfə artıb
Bu gün, 10:08
Tələbə Cavadın öldüyü qəzanın təfərrüatı – Anası günahkarları bağışladı...
Bu gün, 10:00
OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu
Bu gün, 09:55
Naxçıvanda dərdini kimə deyəsən... - BİLMİRSƏN...
Bu gün, 09:47
Paşinyana qarşı müxalifətin gücü YETƏRLİ OLACAQMI? - “Hraparak”
Bu gün, 09:34
Erməni kilsəsini azad etməli, yeni katolikos seçilməlidir - Paşinyan
Bu gün, 09:29
Naibə Allahverdiyeva da Mehriban Ələkbərzadəni tənqid etdi - Paylaşımını sildi
Bu gün, 09:27
Bəraət almış sahibkara qarşı MİLYONLUQ PROTEST - SƏBƏB
Bu gün, 09:21
Tütün mallarını istehsalı və satışı ilə məşğul olan məşhur şirkətin 4,8 milyon manat - VERGİ BORCU VAR
Bu gün, 09:17
İşəgötürən BUNA MƏCBURDUR... - Ekspert danışır...
Bu gün, 09:14
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR - FAKT BUDUR!
Bu gün, 09:10
Vüqar Səfərli və oğlunun müsadirə edilmiş əmlakları ilə bağlı şikayət araşdırılır - MƏHKƏMƏ
Bu gün, 08:59
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru