Xalq artisti Azərin Türkiyənin Bolu vilayətindəki “Grand Kartal” hotelində baş verən yanğınla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi istirahətə yollanan insanlara səslənərək getdikləri məkanları araşdırmağı tövsiyə edib.
"Artıq hər yer təhlükəlidir. Getdiyiniz yerləri araşdırın, maraqlanın. Bunun başqa yolu yoxdur. Həyat təhlükəsizliyimiz öz əlimizdədir" deyə, Azərin bildirib.
Qeyd edək ki, sözgecən faciədə 78 nəfər həlak olub. Hotel sahibi Halit Ergül də daxil olmaqla 8 nəfər həbs edilib.