"İstəsəydim sentyabrdan "Günaydın, Azərbaycan"a başlayardım. İstəmirdim. Bu proqramı dekabrda tamaşaçıların təkidi ilə başladım".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib. Aparıcı proqramın uzun müddət yayımlanmamasından danışıb:
"Sübut etdim ki, siyasətdən gəldim və bunu bacardım. Gəldim sosiala, reytinqləri dağıtdıq. Şouya gəldim, hamı dedi ki, getsin işi ilə məşğul olsun. Şou bunluq deyil. Təkrarlarımız belə reytinqdə birinci idi. Atamın, anamın canına bu layihəni tamaşaçıların istəyi ilə etdim".