Qənirə Ataşovanın instagram hesabı bərpa olundu - özü AÇIQLADI
Tarix: 23-11-2024, 09:20 |
Çap et
Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığı araşdırmalardan sonra instagram hesabı bağlanan jurnalist Qənirə Ataşovanın hesabı bərpa olunub.
Bu barədə Gununsesi.info-ya ABŞ-da yaşayan həmrakımız özü deyib.
Onun sözlərinə görə, bu sahə üzrə mütəxəssislərin dəstəyi ilə instagrama müraciətinə dərhal reaksiya verilib vəı problem həllini tapıb.
“Mənim başladığım bu proses gələcəkdə qurbanların olmamasına böyük stimul verdi. Çünki, plastik cərrah adı ilə insanların sağlamlığına qəsd edən bu “həkimləri” indi hər kəs tanıyır” deyə Ataşova bildirib.