DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                     İran Fələstini niyə dəstəkləmədi .....                     DOST-umuz dövlət büdcəsinə qonub... .....                     “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” .....                     Quşçuluq şirkətinə yeni direktor seçilir .....                     Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? .....                 

"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Tarix: 24-10-2024, 09:31 | Çap et
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..."
“Almaz mənə görə çox yüklü, koloritli roldur. O elə obrazdır ki, bir aktrisa orada özünü maksimum göstərə bilər. Obraz buna şərait yaradır. Bu da aktrisa üçün çox önəmlidir. “Vətəndaş A” çoxseriyalı filmin ssenarisi Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında yazılıb. Şəhərdən ucqar kəndə gəlmiş bir müəllimə yalnız dərs demir, cahilliklə mübarizə də aparır. Serialda qaldırılan problemlər indi də gündəmdədir. Niyə 16 yaşında qız dərsini oxumaq əvəzinə ərə gedir? Almaz kənddə təzyiqlərə məruz qalır. Hətta məktəbdən qovulur, döyülür də... Güclü, mühafizəkar, mübariz qadın obrazıdır Almaz”.

Bu sözləri Teleqraf.com-a son günlər “Vətəndaş A” serialı ilə gündəmdə olan aktrisa Günəş Mehdizadə deyib.

Hər həftənin şənbə günü yayımlanan “Vətəndaş A”nın artıq beş seriyası arxada qalıb. Geniş tamaşaçı marağına səbəb olan ekran əsərinin çəkilişləri əsasən Daşkəsənin Bayan kəndində, müəyyən qismi isə Bakıda aparılıb.

Günəş Mehdizadə deyir ki, kənddə çəkilişin özünəməxsus çətinlikləri var:

“Bayan kəndi sıldırımlı qayalıqlar üzərində yerləşir deyə yol qət etmək, maşınların gedib gəlməyində maneələr yaranırdı. Uzun məsafələri ayaqla getməli olurduq. Amma bütün bu çətinliklər kəndin gözəlliyinin qarşısında yoxa çıxırdı. Bayan gözəl təbiəti olan kənddir”.

- Deyəsən, çəkilişlərə öz övladlarınızı da aparmışdınız?

- Bir-iki dəfə apardım. Çünki orda çox qaldım, arada zarafatla deyirdim, artıq filmin texniki heyət üzvünə çevrilmişəm. Bütün aktyorlar gəlib-gedirdi, mənsə orda qalırdım. Demək olar ki, əksər səhnələrdə yer almışam. Bütün səhnələri də keyflə işləmişəm.

Rejissorumuz Elvin Rüstəmzadə işinə çox məsuliyyətlə yanaşan biridir və heç bir səhnəni “yola vermirdi”. Bu baxımdan onunla işləyən aktyor və aktrisanın çəkildiyi səhnəni yola verməyə ixtiyarı yoxdur. Ümumiyyətlə, “Vətəndaş A”nın çəkiliş meydançasında olan ab-hava, durum film çəkiliş meydançasındakı kimiydi. Bizim əksər serial çəkilişlərində əyri-əksiklər o qədərdir ki...Bir adam neçə işi görür, kostyumer bu gün aktyoru geyindirirsə, sabah qrim edir. Bu və digər məsələlər çəkiliş zamanı adama qıcıq verir.

- “Vətəndaş A”nın prodüseri Sevinc Əliyevadır, o özü həm də aktrisadır. Görünür, bu da işə öz təsirini göstərib.

- Bəli, Sevinc özünə və peşəsinə hörmət edir. Bu, hiss olunurdu. Ona görə çalışırdı ki, çəkiliş meydançasında hər şey yüksək səviyyədə olsun.

- Universiteti bitirən kimi ailə qurmusunuz. Hələ sənət yolunun başlanğıcındaykən bu qərarı vermək çətin olmadı ki?

- Həyatda hər şeyi balansda saxlamağı sevirəm. Həmişə bu prinsiplə yaşayıram. Əgər bu gün sizinlə burda çay içirəmsə, sabahkı günümü evdə keçirməliyəm. Yaxud bu gün idmandayamsa, sabah yataqda uzanıb tənbəllik edəcəm. Hər gün eyni rejimdə qalmağı sevmirəm. Universitetə daxil olan ildən işləməyə başladım, mütamadi filmlərdə çəkildim, paralel olaraq bir ailəm də olsun dediyim dönəmdə ailə qurdum.

- Çox insan o balansı saxlamaqda çətinlik çəkir...

- Dəstəkdən çox şey asılıdır. Həyat yoldaşım Rasim (səs rejissoru Ramzes ləqəbi ilə tanınan Rasim Mehdizadə-red.) çox dəstək olur, mənə ürək-dirək verir. Bəzən tərəddüd etdiyim hansısa layihənin qərar anında mənə elə söz deyir ki, əməlli-başlı stimul olur və fikrim müsbətə doğru dəyişir.

Çəkildiyim “Suğra və oğulları” filmi Hindistanda festivalda iştirak edəndə filmi yaradıcı heyətdən mənim təmsil etmək məsələm ortaya çıxdı. Getməmək qərarında idim, tək getmək istəmirdim, üstəlik, xarici pasportumun vaxtı bitmişdi. Rasim dedi ki, sən Hindistana indi getməsən, öz xoşunla heç vaxt bilet alıb getməyəcəksən, bu şansı qaçırma.

Orda üç gün qalandan sonra qayıtmaq istədim, havası isti, yeməklərini yeyə bilmirəm, üstəlik də darıxıram. Hər yerdən ədviyyat iyi gəlir. Geri dönmək istəyirdim, onda da Rasim mənə ürək-dirək verdi, qaldım. Bəzən insan bir sözə bənd olur... Mənim üçün söz çox önəmlidir. Xoş söz umuram...

- Şanslısınız. Siz onunla çox şeyi bölüşüb məsləhətləşə və önəmlisi danışa bilirsiniz.

- Mən onun yanında böyüdüm. 11-ci sinifdə oxuyanda biz artıq tanış idik. O, telekanalların birində işləyirdi. Mən universitetə daxil olandan hər şey onun yanında, gözünün önündə olub. Rasimin mənə belə dəstəyi olduğuna görə həm sənəti, həm də ailəni paralel apara bilirəm. O olmasaydı hansı birindəsə axsayacaqdım. Ya ailədə, ya da sənətdə...

- Sevgi tükənirmi?

- Yox. Mən sevgini suya bənzədirəm. Suyun formulu heç vaxt dəyişmir. Formulu qalır, formasını dəyişir. Övlad olandan sonra başqa cür sevirsən, daha da doğmalaşırsan.

- Uşaqlı halınızla sənəti necə davam etdirdiniz? Ana kimi qayğılarınız var idi axı...

- Uşaqlar balaca olanda çətin idi. Fikirləşirsən ki, o səni istəyir, sənin üçün darıxır. Kimsə sənin üçün darıxanda sən rahatlıq tapa bilmirsən. Oğlum 9 aylıq olanda Moskvaya 1 günlük kastinqə çağırılmışdım. O bir gün mənim üçün bir əsr kimi keçdi. Bütün fikrim oğlumun yanında qalmışdı. Kastinqdən keçə bilmədim. Bəlkə də ilk işim idi ki, uğursuz alınırdı. Getdiyimə peşman idim.

- İndi övladlarınızın neçə yaşı var?

- Oğlumun 15, qızımın 9.

- Sizin “Yuğ” teatrındakı tamaşalarınıza baxırlar?

- Oğlum bu ildən gəlib baxır. İndiyə qədər nə qədər gətirsəm də baxmırdı. Artıq dostlarıyla gəlir baxır, hətta bir tamaşaya bir neçə dəfə gəlir. Bu məni sevindirir.

- İnsan hər şeydən nələrsə öyrənir. Dostlarından, ailədən, hətta övladlarından... Siz övladlarınızdan nələr öyrənmisiniz?

- Ailəm olandan sonra özümü tanımağa başladım. Günəş ailədə beləymiş, belə ana ola bilərəmmiş dedim. Əslində çətin sualdır, bu barədə düşünmək lazımdır. Amma diqqətimi çəkən bir detal var: uşaqlar böyüdükcə onlarla daha çox dost oluram.

Düzü, bunun belə olması üçün səy göstərməmişəm. Amma baxıram ki, getdikcə belə olur. Bəzən oğlum elə sirlərini mənimlə bölüşür ki, düşünürəm, nə yaxşı bunu mənə deyib. Onu cəzalandırmıram, bir dostum mənə etibar edib sirrini desə, nə edərəmsə, onunla da elə davranmağa çalışıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56
Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52
Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50
Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44
Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru