"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

Xalq artistindən Musiqili Teatra 18+ ittihamı - kim haqlıdır?
Tarix: 2-02-2024, 09:04 | Çap et
Xalq artistindən Musiqili Teatra 18+ ittihamı
Xalq artisti İlham Namiq Kamal Azərbaycan Dövlət Akademik Musiqili Teatrını sərt tənqid edib. Xalq artisti bu haqda sosial şəbəkədə yazıb.

Sənətçi teatrda səhnələşdirilən “Qadınım” tamaşası ilə bağlı bu fikirləri qeyd edib: “Üzeyir Hacıbəyovun təməlini qoyduğu teatr 18+ tamaşalar nümayiş etdirir. Milli dəyərlərimizi necə qoruyaq?!”

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qadınım” tamaşasının premyerası yanvarın 25-də baş tutub. Tamaşa Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanıb. Səhnə əsəri musiqili lirik-psixoloji melodram janrında təqdim edilib. Tamaşanın süjet xəttinin əsasında sevgi və ehtiras dolu iki aşiqin öz hissləri uğrunda sonadək mübarizə aparması dayanıb.

Türk retro musiqilərinin canlı ifa olunduğu “Qadınım”da əsas rolları teatrın gənc aktyorları - Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili canlandırıblar. Tamaşada eyni zamanda teatrın xor və balet artistləri iştirak edib. Səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Premyeradan sonra mədəniyyət sahəsindən yazan bir sıra jurnalistlər tamaşa haqqında tənqidi fikirlərini bildiriblər. Əksəriyyət tamaşada intim, seksual hərəkətlərə çox yer verildiyini qeyd edib.

Jurnalist Həmidə Rüstəmovanın tamaşa ilə bağlı qeydi: ""Akademik tərbiyəsizlik cəhənnəm, zövqsüzlük lap zülm imiş. Ayıbdır, inandığınız və inanmadığınız bütün ali teatr dəyərlərinə and olsun ki, biabırçılıqdır. İstədiyiniz qədər məddah yığıb, təriflədin, amma və lakin dərinlikdə özünüz də bilirsiniz ki, bu eybəcərliyin adı yoxdur!"

Məsələ ilə bağlı tamaşanın rejissoru İradə Gözəlova “Yeni Müsavat”a danışıb. Rejissor qeyd edib ki, səslənən tənqidlər tamaşaya deyil, onun şəxsinə ünvanlanıb ki, bu da yolverilməzdir: “Əslində səslənən fikirlər tənqid deyil, dedi-qodudur. Adətən tamaşa haqqında tənqid yazılı, professional şəkildə olur. Yəni kimin sözü varsa, peşəkar şəkildə yazsın və mən də onu qiymətləndirərdim, hətta çox sevinərdim. Tənqid əlbəttə ki, olmalıdır, bu yaxşıdır. Lakin çox təəssüf ki, sosial şəbəkələrdə şəxsi məsələləri ortaya atıblar. Kimlərsə fikirlər səsləndirir ki, guya bu tamaşa mənim həyatımla bağlıdır. Halbuki bu əsəri Tuncər Çücənoğlu yazıb və həyatımla bu əsərin bir bağlılığı yoxdur. Bu fikirlərin səslənməsi mənə çox pis toxunub. Mənim şəxsi həyatımın tamaşaya nə aidiyyəti var?

Qeyd edim ki, Xalq artisti İlham Namiq Kamal bu tamaşaya baxmayıb. Çox istərdim ki, tamaşa baxıb, fikirlərini bildirsin. Məsələn, Xalq artisti Afaq Bəşirqızı tamaşanın premyerasına gəlib baxdı və bəyəndiyini bildirdi. Həmçinin Türkiyədən xeyli sayda qonaqlar gəlmişdi, onlar da tamaşa haqqında çox xoş təəssüratlarını bildirdilər.

Tamaşanın daxili baxışını Mədəniyyət Nazirliyi qəbul edib. Yəni onlar daxili baxışda iştirak edib. Öz sözlərini, fikirlərini bildiriblər, biz də tamaşanı bir neçə dəfə süzgəcdən keçirib, təqdim etmişik. O tamaşada 18+ olan bir şey yoxdur. Ola bilər ki, tamaşa ilə bağlı hansısa şəkil qoymuşuq, bu da İlham Namiq Kamalın xoşuna gəlməyib. Tamaşaya ona görə 18+ yazmışıq ki, bu tamaşanın süjeti uşaqlar, yeniyetmələr üçün deyil".

Tamaşanın premyerasında tamaşaçı kimi iştirak etmiş xalq artisti Afaq Bəşirqızı isə bunları qeyd edib: “İlk öncə qeyd edim ki, tamaşanın premyerasına gedib baxmışam, çox da bəyənmişəm. Tamaşada 18+ olan heç nə yoxdur. Tamaşada bəzi qadınların ikinci qadın olmaq faciəsi öz əksini tapır. Yəni tamaşada bu məsələ qaldırılıb. Aktyorlar da çox gözəl oynayırlar, eləcə də quruluşunu çox bəyəndim. Aktyorlar öz canlı ifalarında mahnıları ifa edirlər, özü də peşəkarcasına. Tamaşa boyu bir tamaşaçı belə yerindən tərpənmədi. Sonda uzun müddət alqışlar səngimədi. Nə qədər insan məndən o tamaşanın biletini istəyib, lakin bildiyim qədər sonrakı tamaşa üçün biletlər artıq bitib. O ki qaldı tamaşa ilə bağlı səslənən tənqidi fikirlərə, mən, sadəcə, onları sağlam olmayan fikirlər adlandırardım. İlham Namiq Kamalın teatrla bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə həmin fikirlərlə qətiyyən razı deyiləm”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru