“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                     Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” .....                     Paşinyandan müxalifətə erkən seçki şoku .....                     İrəvanda “artsax nümayəndəliyi”: .....                     “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                     Paşinyanın növbəti hiyləsi: .....                     "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər" .....                     Vardanyanın Paşinyanı Bakıya gətirmək planı .....                     Zelenski Qərbə çağırış etdi: .....                     "Hələ də anlaya bilmirəm ki,..." .....                     Paşinyan II Qareginin yerinə namizəd tapıb .....                     Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara .....                     “Qarabağ”ın Lissabon FƏTHİ .....                     "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb .....                     Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı .....                     "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." .....                     "Qarabağ"ın hər hücumu təhlükəli idi" .....                     Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                 

Türk mahnılarını oxuduğu üçün onu konsertlərə buraxmırdılar... - ANIM
Tarix: 14-01-2024, 00:35 | Çap et
Türk mahnılarını oxuduğu üçün onu konsertlərə buraxmırdılar...
Onun yaşantıları mənə bir həyat fəlsəfəsini xatırlatdı: insan yalnız kefindən, bərbəzəkli, firavan, bahalı həyatdan harınlayıb insanlardan uzaqlaşmır. O, həm də insanlara zərəri toxunmasın, onlara ziyan verməsin deyə özünü təcrid edə bilər. Ramiz Rövşən necə deyir:

Təkcə gücsüzlüyündən

yıxılmır, atam balası,

Arabir gücündən yıxılır adam.

Başını dik tutub gəzdiyi yerdə

içindən yıxılır adam.

Haqqında söhbət açdığım sənətkar dimdik gəzdiyi yerdən yıxılıb. Populyarlığının zirvəsində olduğu, sevdiyi-sevildiyi zaman. Övladının əlindən tutmalı olduğu bir zamanda onun əlini buraxıb, xanımından uzaqlaşıb, mühitini tərk edib, özünü xəstəxanada məhkum həyatına qapadıb, qapadıb ki, xəstəliyi heç kimə keçməsin, yaxınlarına zərəri toxunmasın, oğlu sağlam yaşasın.

Hüseynağa Hadıyevdən söhbət gedir. 80-90-cı illərin populyar müğənnisi, mahnıları indiki kimi deyil, həqiqətən hitə çevrilən Hüseynağa Hadıyevdən.

Çiçəklər açmasa, gələrsən yaz gələr,

Üfüqlər tutulsa, gülərsən göy gülər

Qəzəblə qışqırsan ulduzlar tökülər…

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda məşhur “Sovetski” məhəlləsində dünyaya gəlib. Anası, Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı olan Törə xanım oğlunu aktyor görmək istəyirmiş. “Sovetski”dən çox aktyor, rejissor, sənətkar çıxıb, amma uşaq vaxtlarında çoxu quşbaz olarmış. Hüseynağa Hadıyev də uşaqlıqdan bu işə aludə olub. Deyilənə görə, tanınmış müğənni olduğu vaxtlarda da hərdən sevimli məşğuliyyətinə qayıdarmış. Musiqi təhsili yalnız “Pionerlər” evində getdiyi qarmon dərnəyi ilə yekunlaşıb. Anasını vaxtsız itirən gələcək müğənni təhsil arxasınca düşə bilməyib.

Dərnəkdən tanıdığı dostları vasitəsilə təsadüfən “Dan ulduzu” ansamblının üzvləri ilə tanış olandan sonra həyatı dəyişir. “Nə gözəldir Azərbaycan”, “Bağçadan gələn səs”, “Gəl, barışaq”, “Köçəri quşlar”, “Bir xumar baxışla”, “Unuda bilmirəm”, “Mehriban insanlar”, “Xalidə”, “Mənim dünyam” və sair kimi mahnılarla ansamblın tarixinə adını yazan müğənni az bir zamanda tanınır və sevilir. O zamanlar dövlət televiziyasının xüsusi qaydaları vardı. Onun efirinə çıxmaq üçün gərək qaydalara əməl edəydin. Hüseynağa Hadıyev isə təbiətcə çərçivələrə, qaydalara sığmayan adam olub. Ona kostyum geyin, qalstuk tax deyirmişlər, o isə gödəkcədə səhnəyə çıxırmış. Bu səbəbdən də bəzən onu konsert proqramlarından uzaqlaşdırırdılar. Azərbaycanda bütün müğənnilərin yalnız Azərbaycan bəstəkarlarının mahnıların ifa etdiyi dönəmlərdə Hüseynağa Hadıyev türk mahnılarını da ifa edirdi. Bu da müğənninin rəsmi tədbirlərdən, konsertlərdən uzaq saxlanması ilə nəticələnirdi, amma tamaşaçının böyük məhəbbəti onu sınmağa qoymurdu. Çünki nə oxuyurdusa, onun adına yazılırdı, özünəməxsus böyük istedadla ifa etdiyi bütün mahnılar indi də onun ifasında qulaqlarda qalıb.

Onu hədsiz sayda toylara dəvət edərdilər, həm də yüksək qonorarla. Hüseynağa Hadıyev nə var-dövlət, nə də maşın həvəskarı olmayıb, qazancını evə, maşına deyil, yalnız brilyanta verərmiş. Daş-qaş həvəskarı imiş. Bir də çoxlu geyimləri olub. Getdiyi toylardan qayıdanda həmişə quşlarına yem alıb gətirərmiş. Sarsılan kimi özünü verirdi sevimli quşlarının yanına, onları yemləyir, onlarla danışır, dərd-qəmi bu minvalla azaldırdı.

Dərdini heç kimlə deyil, quşlarla dağıdan adam həyatının ən böyük ağrısını da heç kimə deməyib. Deyilənə görə, səhhəti ağırlaşanda onlardan da uzaqlaşıb. Hələ hərbi xidmətdə olarkən ağır xəstəliyi olduğunu bilən Hüseynağa bunu hamıdan gizlədib, vaxtlı-vaxtında müalicəsini ala bilmədiyindən xəstəliyi irəliləyib. Bəlkə ailəsindən, oğlundan uzaqlaşmasının da səbəbi xəyanət, başqasını sevməyi yox, məhz bu olub.

1994-cü ildə ciyərləri vərəm səbəbindən sıradan çıxan vaxt Hüseynağa Hadıyev sevdiyi qadından da uzaqlaşmışdı, amma nə oğlunu, nə də xanımını yanına buraxmayıb. Sənət yoldaşları həkimindən onun ümidsiz olduğunu öyrənəndə yanına getmək istəsələr də razı olmayıb, heç kimlə görüşməyib.

Hamının sevimlisi, fərqli səsi, ifa tərzi, səhnə manerası ilə seçilən Hüseynağa Hadıyev 1994-cü il yanvarın 12-də 47 yaşında Vərəm dispanserində dünyasını dəyişib. Vəfatından iki gün sonra bacısı onu ölüxanadan çıxardıb dəfn edib…

Və arxasınca heç kim deməyib

Dözüm necə, necə sənsiz,

Səni unuda bilmirəm…

Tamaşaçısından qeyri…

Müəllif: Ramilə Qurbanlı - Mənbə: Pressklub.az
diaaz.space









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Bu gün, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Bu gün, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Bu gün, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Bu gün, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Bu gün, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Bu gün, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Bu gün, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Bu gün, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Bu gün, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru